Sabah bəzi yollarda görmə məhdudlaşacaq .....                        Cüdoçularımız İslam Oyunlarının finalında .....                        İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir .....                        ABŞ-də helikopter qəzası: ölən və yaralılar var .....                        Xəzər sahilində daha 71 ölü suiti tapıldı .....                        Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan .....                        Almaniya 3 milyard avroluq silah alır .....                        Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                       
2-09-2023, 15:24
Şirin nəvə


Şirin nəvə

Qaymaq kimi dodağı, findiq kimi burnu var,
Belə sirin nəvədən, gōrəsən harada var?
ADAdı onun adı, şirin, şəkərdi, baldı.
Hərdən desin, Ay Nənə,
Nənə desin can Nənə!

Şükr olsun Yaradana, onu bizə pay verdi,
Elə bil ōmrümüzə, Günəş verdi, Ay verdi,
Nənəsi çağıranda, Nənəsinə hay verdi.
Sanki dedi Ay Nənə,
Nənə dedi, can Nənə!

Sevir Ülüş xalası, Sevir Zəhra bibisi,
Uzaqdan sevələyir, onu Samiq dayısı.
Tək Rüqəyya balamın xoş diləyi, arzusu
Atası Məhəmmədin şirin, şəkər yavrusu!

Babaları uzaqdan həsrətini cəkirlər,
Hədiyyəsin, payını arada gōndərirlər.
Kənarda olsalar da, onu əzizləyirlər
Ada deyər, ay baba,
Baba deyər can baba!


Ofuş nənəsi ona cici paltarlar alır,
Yəmən nənəsi də ki, nənni, araba alır.
Böyük nənə Gülfirə, götürür qucağına,
Xəstələnsə dolanır, gah solu, gah sağına
Böyüyüb İnşəallah,
Çağıracaq ay Nənə,
Nənə deyər can Nənə!

Adını biz çağırdıq, ömrünü Tanrı versin.
Qoy Sənə cansağlığı, qoy Sənə tale versin!
Layiq övlad olasan Vətəninə, elinə
Qoy təriflər söylənsin işinə, əməlinə.

Hərdən bir də deyəsən
Ay mənim Yəmən nənəm,
Mən də deyim, can Nənə! can Nənə!

Yamən Orucova
01.09.2023
2-09-2023, 14:52
Erməni silahlı qüvvələri mövqelərimizi Naxçıvan istiqamətində atəşə tutdu


Erməni silahlı qüvvələri mövqelərimizi Naxçıvan istiqamətində atəşə tutdu

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
2-09-2023, 14:23
Ombudsman əsir düşmüş hərbiçilərimizlə bağlı jurnalistlərə açıqlama verdi


Ombudsman əsir düşmüş hərbiçilərimizlə bağlı jurnalistlərə açıqlama verdi

Ermənistanda əsirlikdə olan Aqşin Bəbirov və Hüseyn Axundovun vəziyyəti ilə bağlı mütəmadi olaraq işlər davam etdirilir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, həm Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlıq edilir və onların ailələri ilə əlaqə saxlanılır.
Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Ermənistanda əsir saxlanılan, guya “qətldə ittiham olunan” azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə "azadlıqdan məhrum edilib".
2-09-2023, 13:57
Ermənistana məxsus PUA məhv edildi - VİDEO


Ermənistana məxsus PUA məhv edildi - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Butov.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın səyyar yerüstü idarəetmə stansiyasının məhv edilməsinin görüntülərini təqdim edir.

2-09-2023, 13:21
“Bayer” klubunun icraçı direktoru yerli mətbuata açıqlama verdi


“Bayer” klubunun icraçı direktoru yerli mətbuata açıqlama verdi

"Məqsədimiz qrupun qalibi olmaqdır".
Bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer” klubunun icraçı direktoru Fernando Karro yerli mətbuata açıqlamasında deyib.
Püşkatmanın nəticəsini şərh edən Leverkuzen təmsilçisinin rəsmisi qrupdakı komandalara hörmətlə yanaşdıqlarını bildirib: “Maraqlı rəqiblərlə oynamağı səbirsizliklə gözləyirik. “Qarabağ”, “Molde” və ”Haken” öz ölkələrinin son çempionudur. Buna görə də onları ciddi rəqib kimi qəbul edirik. Ötən mövsüm Avropa Liqasının yarımfinalınadək irəlilədik. Bu həvəs bizi daha çox ruhlandırır. İddialıyıq və hər şeyi ötənilki təcrübə ilə edəcəyik”.
Qeyd edək ki, H qrupunda yer alan “Qarabağ” “Bayer”ə qarşı oyunlarını oktyabrın 26-da səfərdə, noyabrın 9-da isə evdə keçirəcək.
2-09-2023, 13:10
Ermənistanın iddiaları beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır - XİN


Ermənistanın iddiaları beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır - XİN

"Dağlıq Qarabağın" "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə də zidd olduğu bəllidir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır".
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatına dair şərhində əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir.
"Bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib. Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb", - XİN-dən bildirilib.
2-09-2023, 12:48
Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirdi


Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirdi

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirib.
Tanınmış yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb.
Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hucumlardan zinhara gəldiyini qeyd edib: “Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”-deyə yazıçı vurğulayıb.
2-09-2023, 12:21
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
2-09-2023, 11:51
İlham Əliyev vyetnamlı həmkarına təbrik məktubu göndərdi


İlham Əliyev vyetnamlı həmkarına təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk. Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamaq istərdim.
Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq.
İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
2-09-2023, 11:37
Erməni silahlı dəstələri mövqelərimizi minaatanlardan atəşə tutdu


Erməni silahlı dəstələri mövqelərimizi minaatanlardan atəşə tutdu

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!