Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
17-04-2023, 15:32
Çinlə iqtisadiyyat sahəsində sənəd imzalandı


Çinlə iqtisadiyyat sahəsində sənəd imzalandı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb. QSC-dən verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir. Qeyd edək ki, Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman keçən il 26 million TEU konteyner aşırıb. Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır. Qinqdao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekorda həcmdə illik 1.6 milyarda tondan çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub. Bakı Limanı və Qinqdao Limanı ilə imzalanan memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədi ilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki. anlaşma memorandumuna görə həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq. Qeyd edək ki, Şandonq Port Qrupun İdarə Heyətinin Sədri və Baş Direktoru cənab Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel 2023-cü il tarixlərində Azərbaycana işgüzar səfərdədirlər. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır. İmzalanma mərasmindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamunn imzalanması münasibəti ilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Qinqdao Limanı tərəfindən hədiyyə olunan və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərdində yerləşən Bakı Limanında ucaldılması, Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrnin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək. Qinqdao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bunlar “Qinqdao Daqanq Liman ərazisi” , “Huanqdao” neft ərazisi ”, “Qianvan” liman ərazisi”, “Donqjiakou liman ərazisi” və “Veihai” liman ərazilədir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan limanlar qrupudur. Bakı Limanı ilə Qinqdao Limanı arasında imzalanan anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycan və Çin arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.
17-04-2023, 15:26
İşğaldan azad edilmiş ərazilərin 16%-dən çoxu minalardan təmizlənib


İşğaldan azad edilmiş ərazilərin 16%-dən çoxu minalardan təmizlənib

Bugünədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib. "38 726 hektar ərazi, o cümlədən Ağdam ərazisinin 17 597 hektarı, Füzulidə 11 605 ha, Tərtərdə 3 010 ha, Xocalıda 1 511 ha və Xocavənddə 5 004 ha ərazi minalardan təmizlənib", - o deyib.
17-04-2023, 15:11
Bu il üçün əhalinin sayı açıqlandı


Bu il üçün əhalinin sayı açıqlandı

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 135 373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla). Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil etmişdir. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olmuşdur.
17-04-2023, 14:30
Ermənistanda saxlanılan hərbiçilərimiz həbs edildi


Ermənistanda saxlanılan hərbiçilərimiz həbs edildi

Ermənistanda saxlanılan azərbaycanlı hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı cinayət işi açılıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, onlar həbs edilib.
17-04-2023, 14:00
Beyləqanda dəhşətli hadisə - Hərbiçi idarə etdiyi maşınla kanala düşdü


Beyləqanda dəhşətli hadisə - Hərbiçi idarə etdiyi maşınla kanala düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Qeyd edək ki, Sahil Ağayevin hərbçi, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.
16-04-2023, 23:56
Yuxarı Qarabağ kanalı daşdı


Yuxarı Qarabağ kanalı daşdı

Yuxarı Qarabağ kanalı bəndi yararaq daşıb. Hadisə Bərdə rayonunda baş verib. Rayonun Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində kanal daşıb. Suyun daşması nəticəsində böyük ərazi su altında qalıb. Əraziyə çox sayda texnika cəlb olunub. Daha böyük fəsadların qarşısını almaq üçün bəndbərkitmə işləri aparılır. Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Hadisəyə səbəb kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.
16-04-2023, 16:30
Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat


Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat

Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib. Beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılıb. Bu bir daha Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyinin bariz göstəricisidir. Bu addımlar beynəlxalq idman təşkilatları tərəfində kəskin qınanmalı, Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina edilməlidir. Qeyd edək ki, Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.
16-04-2023, 15:30
48 minə yaxın şagird imtahanda iştirak edib


48 minə yaxın şagird imtahanda iştirak edib

Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 201 imtahan binası, 3582 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 567 imtahan rəhbəri və ümumi rəhbər, 4483 nəzarətçi-müəllim, 663 buraxılış rejimi əməkdaşı (mühafizə), 201 bina nümayəndəsi ayrılıb. İmtahanda 48 049 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Bu gün, həmçinin Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu artıq Dövlət İmtahan Mərkəzinin Ağalıda təşkil etdiyi ikinci imtahandır. Martın 12-də keçirilən ilk imtahanda 11-ci, bu gün isə 9-cu sinif şagirdləri imtahan veriblər. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
16-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
16-04-2023, 11:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq. Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!