Ceyhun Bayramov Macarıstana getdi .....                        907-ci düzəliş ləğv edilir - Proses başladı .....                        Biznesin İnkişafı Fondu ASC-yə çevrildi - SƏRƏNCAM .....                        Prezident 2026–2029-cu illər üçün strategiyanı təsdiqlədi .....                        Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert .....                        Prezident rektoru işdən çıxardı - Yeni təyinat .....                        Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA .....                        Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi .....                        Alimentlə bağlı yeni qayda .....                       
5-03-2023, 11:34
Söyüş qəbul edənlərindir...


Əntiqə Rəşid Aslan

Söyüş qəbul edənlərindir...

Əvvəllər Dənizkənarı Milli Parkda Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).
Bilirsiniz yəqin, Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.
Məlum, o qənimətləri qanını qaşığa qoyan, canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza, cavan, nakam canınıza, ruhunuza qurban olum...
Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...
2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi. Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.
Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.
Yadıma düşdü. Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də".
O quruca torpağın üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək.
Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun!

Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir? Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?
Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil...
Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun!..

4-03-2023, 22:10
Silahlı hücumu törədən şəxslərdən biri saxlanılıb, digəri öldürülüb


Silahlı hücumu törədən şəxslərdən biri saxlanılıb, digəri öldürülüb

Bakının Xətai rayonunda cinayət əməli törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir.
4-03-2023, 22:08
Silahlı hücum zamanı xəsarət alan şəxs əməliyyat edilib


Silahlı hücum zamanı xəsarət alan şəxs əməliyyat edilib

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
4-03-2023, 22:04
Prezident əsasnaməyə dəyişikliklə bağlı fərman imzaladı


Prezident əsasnaməyə dəyişikliklə bağlı fərman imzaladı

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilib.
4-03-2023, 21:19
Prezident ekologiya nazirliyinə yeni müavin təyin etdi


Prezident ekologiya nazirliyinə yeni müavin təyin etdi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
4-03-2023, 21:12
Silahlı insident zamanı ölən şəxs ailənin yeganə oğlu olub


Silahlı insident zamanı ölən şəxs ailənin yeganə oğlu olub

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib. Silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş. O, ailənin yeganə oğlan övladı imiş. Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
4-03-2023, 15:03
Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli oldu


Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli oldu

Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Bidirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var. "Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir. Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.
4-03-2023, 14:59
TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydı


TƏBİB silahlı insidentdə yaralananlarla bağlı məlumat yaydı

Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 12:21 radələrində çağırış daxil olub. Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qeyd edək ki, bu gün Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib.
4-03-2023, 14:55
Beyləqan rayonunda meşə yanğını baş verib


Beyləqan rayonunda meşə yanğını baş verib

Beyləqan rayonu, Eyvazalılar kəndi yaxınlığındakı qamışlıq sahədə baş verən və sonradan meşə sahəsinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən söndürülüb. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanğına səbəb meşə sahəsi yaxınlığındakı ərazidə suvarma-drenaj kanallarının daxilindəki qamışlıqların kənd sakinləri tərəfindən yandırılması olub: “Yanğın nəticəsində 2 hektar qamışlıq sahə yanıb, meşə fonduna ziyan dəyməyib. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”. C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
4-03-2023, 14:52
Silahlı insidentdə ölən şəxsin fotosu yayıldı


Silahlı insidentdə ölən şəxsin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Həlak olan şəxs Həsənov Rüfət Rahib oğludur. Hazırda faktla əlaqədar araşdırma aparılır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!