İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
5-07-2023, 13:41
İlham Əliyev türk nazirlə Ermənistanə müzakirə etdi


İlham Əliyev türk nazirlə Ermənistanə müzakirə etdi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Tərəflər regional məsələlərə dair fikir mübadiləsi aparıb. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.
5-07-2023, 13:10
Prezident Abdullahiyanı qəbul etdi


Prezident Abdullahiyanı qəbul etdi

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib. İranın xarici işlər naziri onu qəbul etdiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi. Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğuladı. Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd etdi, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğuladı. İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu dedi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatında rolundan və onun təsisatlanması istiqamətində həyata keçirdiyi işlərdən danışdı. Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.
5-07-2023, 12:14
İlham Əliyev Türkiyənin XİN Başçısını qəbul etdi


İlham Əliyev Türkiyənin XİN Başçısını qəbul etdi

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirdi. Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd etdi, Türkiyənin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvət olunmasına görə təşəkkürünü bildirdi. Türkiyənin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bununla da ölkəmizin çox önəmli prosesə rəhbərlik etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının təsisatlanması prosesində ölkəmizin gördüyü işlər, həmçinin sədrlik prosesi barədə məlumat verdi. Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışdı. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edildi.
5-07-2023, 11:10
Ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur - Prezident


Ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur - Prezident

Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.
5-07-2023, 10:57
Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur - İlham Əliyev


Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur - İlham Əliyev

Ermənistan, həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olur. Zəngəzur dəhlizi Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktı ilə üzərinə götürdüyü digər öhdəlikdir və buna görə də yerinə yetirilməlidir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı ifadə edib. İşğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirdən dövlətimizin başçısı qeyd edib ki, o, xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.
4-07-2023, 22:50
“Qarabağ” klubu Avstriyada qələbə qazandı


“Qarabağ” klubu Avstriyada qələbə qazandı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu son yoxlama matçını keçirib. Çempion Bolqarıstan təmsilçisi SSKA-ya qalib gəlib. Oyunda qapılara bir qol vurulub. Birinci hisssənin sonlarında Cica fərqlənib. Ağdam klubu bundan əvvəl iki yoldaşlıq oyununda qüvvəsini sınamışdı. “Legiya” ilə 2:2 oynayan “Qarabağ”, “Ferentsvaroş”a 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Avstriya toplanışını başa vuran “Qarabağ” İspaniyaya yola düşəcək. Komanda Marbelya bölgəsində 4 günlük hazırlıq keçəcək.
4-07-2023, 20:19
Naxçıvanda antik dövrə aid qəbir abidəsi aşkarlandı


Naxçıvanda antik dövrə aid qəbir abidəsi aşkarlandı

Naxçıvanda Tumbultəpə yaşayış yerində arxeoloji
qazıntı aparılır. AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb. Aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub. Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb: "Hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun".
Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
4-07-2023, 19:13
Türkiyədəki səfirimiz milli müdafiə naziri ilə görüşdü


Türkiyədəki səfirimiz milli müdafiə naziri ilə görüşdü

Azərbaycanla Türkiyə arasında müdafiə sahəsindəki güclü əməkdaşlığın inkişaf edəcəyinə əminik. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin səfir Rəşad Məmmədovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşünə dair məlumatında bildirilib. Qeyd edilib ki, səfir Rəşad Məmmədov Yaşar Güləri müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
4-07-2023, 17:20
Türkiyənin XİN Başçısı Bakıya gəlir


Türkiyənin XİN Başçısı Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində o, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına qatılacaq, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
4-07-2023, 16:19
Azərbaycan və Pakistan nümayəndələri Fəaliyyət Planını imzaladı


Azərbaycan və Pakistan nümayəndələri Fəaliyyət Planını imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan yüksək səviyyəli münasibətlərin olduğunu, iki ölkənin dövlət başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünə daimi dəstəyindən, xüsusilə 44 günlük Vətən müharibəsində ölkəmizə, haqq savaşımıza ədalətli mövqedən göstərdiyi siyasi dəstəkdən məmnunluq ifadə olunub. İki ölkənin beynəlxalq təsisatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi, Azərbaycan və Pakistan arasında sosial sahədə əlaqələrin genişlənməkdə olduğu diqqətə çatdırılıb. Ötən ilin may ayında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistanın Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin son illər Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalandığı bildirilib. Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal platformaların, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan müsbət təcrübə barədə məlumat verilib. Əmək və sosial müdafiə sahəsində Pakistanla ikitərəfli əlaqələrin inkişafı, fəal təcrübə mübadiləsi üçün böyük potensial olduğu, DOST təcrübəsini Pakistanla bölüşməyə hazır olduğumuz vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycanla Pakistan arasında da əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. S.H.Turi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını, əmək, məşğulluq, sosial müdafiə sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Görüşün yekunu olaraq Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Pakistanın Xarici Pakistanlılar və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb. Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyi olan şəxslərin sosial və məşğulluq problemlərinin həlli, onlar üçün xüsusi peşə hazırlığı və peşə istiqamətləri üzrə proqramların hazırlanması, əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsinə dair qanunvericiliyin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!