TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
30-08-2023, 11:14
Ermənilər Edillidə azərbaycanlıları 3 metr dərinlikdə basdırıbmış


Ermənilər Edillidə azərbaycanlıları 3 metr dərinlikdə basdırıbmış

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.
Bu, Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.
“Bugünədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.
Aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir. Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb”.
Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlandığı da əlavə olunub: “Fərrux kəndi yaxınlığında tapılmış qalıqların ekspertizası nəticəsində Ermənistan tərəfinin iddialarının əksinə olaraq, insanların heç bir qəbirüstü abidə və ya tanınma lövhəsi olmadan dəfn edildiyi və antropoloji təhlilə əsasən həmin insan qalıqlarının Azərbaycan türklərinə aid olduğu üzə çıxarıb.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 62 nəfər Azərbaycan hərbçisi Birinci Qarabağ müharibəsi zamanı 1992 – 1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Eyni zamanda, toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb”.
Hesabatda Şuşada da bugünədək bir neçə kütləvi məzarlıq aşkarlandığı qeyd olunub: “Xüsusilə Şuşa həbsxanası ərazisində aşkarlanmış məzarlıqlarda insanlara işgəncə verilməsinin izləri aşkarlanmış, baş və bədənin ayrı basdırılması, qarın boşluğunda mismarların olması və s. kimi hallar məlum olmuşdur. İnsan qalıqlarının tapıldığı bu cür kütləvi dəfn yerlərindən sonuncusu isə çirkab quyusunda aşkarlanıb”.
Həmçinin vurğulanıb ki, ümumilikdə, azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb.
“Bugünədək aparılmış eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilərək onların qalıqları ailələrinə təhvil verilərək adətlərə uyğun şəkildə dəfn mərasimləri keçirilib. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar isə hərbi qulluqçulara aid olub. Aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir və Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini bir daha sübut edir”.
29-08-2023, 22:30
İdmançılarımız Rusiyada keçirilən festivalda qızıl medal qazandı


İdmançılarımız Rusiyada keçirilən festivalda qızıl medal qazandı

Taekvondo üzrə ölkəmizi təmsil edən idmançılarımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında nailiyyətlər qazanıblar.
54 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Səyyad Dadaşov rəqibi Rusiya təmsilçisi Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edib. Nəticədə idmançımız qızıl medala layiq görülüb.
Digər finalçımız Vaqif Hacıyev (68 kiloqram) İqor İokovlev ilə döyüşdən məğlub ayrılaraq (2:0) gümüş medalla kifayətlənib.
Eltac Qafarov (80 kq) isə iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə məğlub olaraq festivalı gümüş medalla başa vurub.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Festivalda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
29-08-2023, 21:57
Bir qrup erməni Qarabağda sülhməramlılara hücum etdi


Bir qrup erməni Qarabağda sülhməramlılara hücum etdi

Bir qrup erməni Ağdam - Xankəndi yolunda Rusiya sülhməramlılarını avtomobilinə hücum edib.
Müvafiq görüntüləri teleqram kanallarında yayılıb.
Ermənilər iddia edir ki, sülhməramlıların avtomobilində azərbaycanlı olub və o, sülhməramlıların formasını geyinib.
Erməni bloger Mika Badalyan həmin şəxsin sülhməramlıların fotoqrafı olduğunu bildirib.
29-08-2023, 21:44
Sel suları Giləzi-Xızı yolunu bağladı


Sel suları Giləzi-Xızı yolunu bağladı

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.
Sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.
29-08-2023, 21:21
Fransa Prezidenti İlham Əliyevə zəng etdi


Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.
Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.
Prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.
29-08-2023, 20:20
AzQAC Ağdam-Xankəndi postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar


AzQAC Ağdam-Xankəndi postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar.
Çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcək və istirahət edəcəklər.
Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.
29-08-2023, 19:33
52 nəfər laçınlının yurd həsrəti sona çatdı


52 nəfər laçınlının yurd həsrəti sona çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr doğma elinə qovuşmağın sevincini yaşayıb.
Laçın şəhəri bu gün 13 ailəyə qucaq açıb və daha 52 nəfər laçınlının yurd həsrəti sona çatıb.
Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar.
Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.


29-08-2023, 18:23
Azərbaycan Dəmir Yolları BMT-nin Qlobal Sazişinə qoşuldu


Azərbaycan Dəmir Yolları BMT-nin Qlobal Sazişinə qoşuldu

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-cü ilin avqust ayından etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Qlobal Sazişə qoşulmaqla ADY hazırda nəqliyyat sahəsində dünyanın 500-ə yaxın nüfuzlu şirkətinin yer aldığı təşəbbüsdə Azərbaycanı təmsil edən ilk şirkət olub.
Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, rahat və təhlükəsiz hərəkət təminatını hədəfləyən ADY öz fəaliyyətini qlobal dayanıqlılıq məqsədlərinə uyğunlaşdıraraq Azərbaycanın regionun əsas nəqliyyat habına çevrilməsi istiqamətində ciddi səy göstərir.
Belə ki, bu təşəbbüsə qoşulmaqla ADY ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır.
BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş öz üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçilərin hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğunlaşdırmaq və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.
29-08-2023, 17:48
Sertifikasiyadan kəsilən müəllimlər işə qəbul imtahanında iştirak edəcək


Sertifikasiyadan kəsilən müəllimlər işə qəbul imtahanında iştirak edəcək

Sertifikatlaşdırmadan kəsilən müəllim yenidən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə bilər.
Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Müəllimlərin sertifikatlaşdırılması" mövzusundan danışarkən deyib.
Qeyd edək ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib:.
Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib.
29-08-2023, 16:34
Baş nazir notariuslarla bağlı yeni qərar imzaladı


Baş nazir notariuslarla bağlı yeni qərar imzaladı

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qüvvədə olan təlimata görə, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin, bu əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də, göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən, bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Dəyişikliyə əsasən, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsait- lərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də, həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!