20-08-2022, 01:20
Dünyanın ikinci ən yaşlı qadını vəfat etdi
Dünyanın ikinci ən yaşlı qadını Tekla Yunievicz vəfat edib. Bu barədə cümə günü Polşanın RMF radiostansiyası məlumat yayıb. 116 yaşında olan Polşa vətəndaşı ölkənin ən yaşlı və dünyanın ikinci ən yaşlı qadını idi. O, 1906-cı ildə anadan olub. Yaxınları qadının hər zaman aktiv, əhval-ruhiyyəsinin yüksək olduğunu, zarafat etməyi çox sevdiyini deyirlər.
20-08-2022, 01:05
Qəbələ və Xaçmazda meşə yanğınları söndürüldü Avqustun 15-dən etibarən Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində qeydə alınmış yanğınlar bu gün axşam saatlarında tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlkin məlumata əsasən, yanğın nəticəsində Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında təqribən 4 hektar ərazidə kol-kos və qurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və qurumuş ağaclar yanıb. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal və Şimal-qərb Regional mərkəzlərinin müvafiq qüvvələri, eyni zamanda Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, "Azərsu" ASC-nin və yerli icra orqanlarının əməkdaşları iştirak edib.
20-08-2022, 00:42
İran hərbçiləri Füzuli və Xocavənddə
Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarında olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər. Komando hərbi hissəsini ziyarət edən İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Qonaqlara 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsində hərbi birliyin keçdiyi döyüş yolu haqqında geniş brifinq təqdim edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olub.
20-08-2022, 00:33
Baş nazir yeni qərar imzaladıEnerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası təsdiq edilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Əli Əsədov “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarı imzalayıb. Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Sənəd “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydasını, o cümlədən enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtlərini müəyyən edir. Enerji effektivliyi xidmətləri sifarişçi ilə icraçı arasında bağlanılmış və müvafiq qaydada tərtib edilmiş müqavilə əsasında göstərilir. Enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi üçün müqavilənin ayrılmaz tərkib hissəsi olan enerji effektivliyi üzrə tədbirlər planı icraçı tərəfindən tərtib edilir, sifarişçi ilə razılaşdırılır və icra edilir.
20-08-2022, 00:10
İkinci Dünya Müharibəsinə aid aviabomba tapıldı
Xorvatiyanın Osiyek şəhərindəki Drava çayında İkinci Dünya Müharibəsi dövrünə aid aviabomba tapılıb. Bu barədə Xorvatiya polisi məlumat yayıb. Drava çayı ətrafında gəzən bir şəxsin suda obyekt gördükdən sonra polisə xəbər verdiyi bildirilib. Bombanın çəkisinin 150 kiloqram olduğu deyilir.
20-08-2022, 00:08
Meşə yanğınları nəzarətə götürüldüSiyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov avqustun 19-da şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb. Nazir, həmçinin Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.