Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
22-04-2023, 19:00
Şuşa istiqamətində növbəti erməni təxribatı - Hərbiçilərimiz yaralandı


Şuşa istiqamətində növbəti erməni təxribatı - Hərbiçilərimiz yaralandı

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
22-04-2023, 16:00
Əsir düşən hərbiçilərimizlə bağlı açıqlama - Rusiya XİN


Əsir düşən hərbiçilərimizlə bağlı açıqlama - Rusiya XİN

Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən məlumat verilib. Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar: “Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”. Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.
22-04-2023, 15:30
“Qarabağ”ın müdafiəçisinin ürəyi dayandı


“Qarabağ”ın müdafiəçisinin ürəyi dayandı

"Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb. Hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb. Azərbaycan U-21 millisinin üzvü Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.
22-04-2023, 15:00
Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupunun əsası qoyuldu


Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupunun əsası qoyuldu

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupu yaradılıb. Bu barədə Finlandiyada yaşayan Güney azərbaycanlı siyasi fəal Çingiz Göytürk məlumat verib. Məlumatda qeyd olunur ki, şuranın təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırılıb: "Vətənimiz Azərbaycanın da yerləşdiyi bölgədə cərəyan edən geosiyasi gəlişmələrlə yanaşı, İran adlanan ölkədə kəskinləşən milli, siyasi və sosial proseslərdə Güney Azərbaycanda yaşayan azərbaycan türklərinin öz milli dövlətçiliyinin bərpası uğrunda başlatdıqları milli hərəkatın önəmi və həlledici rolu bir daha özünü göstərib. Məhz belə bir şəraitdə, Güney Azərbaycan Milli hərəkatının Azərbaycan mərkəzli Milli dövlətçilik düşüncəsini mənimsəyən, Milli dövlətçiliyimizin bərpası uğrunda müstəqil iradə sərgiləyən və məhz bu doğrultuda Milli gücün formalaşdırılmasını hədəfləyən güclü, vahid milli-siyasi təşkilatlanmanın zərurəti ortaya çıxıb. Bu zərurətdən yola cıxaraq 2022-ci ilin ikinci yarısından etibarən bir sıra milli qurum, təşkilat nümayəndələri və şəxsiyyətlərimiz bir araya gələrək, bu doğrultuda təşəbbüs qrupunun yaradılması qərarına gəldilər. Təşəbbüs qrupu daxildə və xaricdə apardığı müzakirə, məsləhətləşmə və razılaşmalar nəticəsində Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (bundan sonra MDŞ) aşağıdakı prinsiplər əsasında yaradılmasını və 12 Dekabr 2022-ci il Mİlli Dövlətçilik günündə elan olunmasını qərarlaşdırdı. Lakin, ümümmilli mənafeyimizi nəzərə alaraq, Təşəbbüs qrupu milli hərəkatda gərəksiz rəqabətə yol verməmək məqsədilə MDŞ-nin həmin tarixdə elan olunmasını təxirə saldı. Ancaq bu gün hərəkatımızda milli dövlətçilik şüurunun və bu doğrultuda mübarizə əzminin ön plana çıxdığı bir mərhələdə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının öz fəaliyyətinə başlaması təxirəsalınmaz bir zərurətə çevrilib. Bu zərurətdən yola çıxaraq Təşəbbüs qrupu Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırılıb",-deyə o bildirib. Güney Azərbaycan Milli Dövlətçilik Şurasının prinsipləri
1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir.
2. MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ, uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəngan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir.
3. MDŞ, Güney Azərbaycan Milli hərəkatının müstəqil qərarvermə zərurətinə inanır, milli dayanışmanın gerçəkləşdirilməsi və vahid milli gücün formalaşdırılması yönündə iş aparır.
4. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmiyyətə tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir.
5. MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmiyyətə tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurumla danışıq və müzakirə MDŞ-nın prinsipləri və birgə aldığı qərar əsasında həyata keçirililəcək.
6. MDŞ sivil, mədəni mübarizəyə üstünlük verir, özünümüdafiənin bütün məşru yollarından istifadə etməyi məqbul sayır.
7. MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüqüqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır.
8. İran və irançılığı, hər hansı ad və ya örtü altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır.

22-04-2023, 14:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 18° isti olacaq.
22-04-2023, 12:30
“Formula 1” səbəbindən mərkəzi küçələr bağlanır


“Formula 1” səbəbindən mərkəzi küçələr bağlanır

Bakıda daha bir neçə yol "Formua 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq. Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir. Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.


21-04-2023, 19:00
Güləşçimiz ermənini məğlub edərək finala vəsiqə qazandı


Güləşçimiz ermənini məğlub edərək finala vəsiqə qazandı

Azərbaycanın Yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyada davam edən Avropa çempionatında finala yüksəlib. 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda erməni güləşçi Qraçya Poqosyanı sınağa çəkib. Taleh Məmmədov indiyədək iki dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.
21-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 22° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacağı ehtimal edilir.
20-04-2023, 23:57
Azərbaycan bayrağını yandıran erməniyə qadağa qoyuldu


Azərbaycan bayrağını yandıran erməniyə qadağa qoyuldu

İrəvanda Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın dövlət strukturlarına girişi qadağan edilib. Bu barədə Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti məlumat yayıb. Nəşr yazır ki, o, Ermənistan İctimai Televiziyasının ərazisinə və polis tərəfindən qorunan digər dövlət binalarına daxil ola bilməyəcək. Qeyd edək ki, Azərbaycanda Aram Nikolyan barəsində cinayət işi açılıb, onun saxlanılması üçün beynəlxalq axtarış elan edilib.
20-04-2023, 22:00
Azərbaycandan Rusiyaya nota


Azərbaycandan Rusiyaya nota

Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi yolverilməz bəyanatları ilə əlaqədar Səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib. Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb. “Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirləri qəbuledilməz olduğu vurğulanmış, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib. İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda “Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd olunub. Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycan olub. Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib. Oleq Matveyçev iki ölkə arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır. Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir", - deyə səfirliyin məlumatında qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!