Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
21-08-2023, 13:15
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri bu tarixdə toplaşacaq


Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri bu tarixdə toplaşacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı açıqlanıb.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bilirilir ki, TDT-nin 10-cu sammiti bu il noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.
Bundan əvvəl noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Xatırladaq ki, təşkilatın bundan əvvəlki sammiti ötən il Səmərqənddə keçirilib.
21-08-2023, 12:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
21-08-2023, 11:51
İlham Əliyev həmkarına təbrik ünvanladı


İlham Əliyev həmkarına təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Paraqvay arasındakı dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".
21-08-2023, 11:24
Özbəkistan Prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı


Özbəkistan Prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.
Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Səfər proqramına iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər daxildir.
"Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri gündəlikdədir. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır", - açıqlamada deyilir.
20-08-2023, 21:26
Prezident və xanımı dünya çempionatının finalını izləyirlər


Prezident və xanımı dünya çempionatının finalını izləyirlər

Avqustun 20-də Macarıstanın paytaxtı Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə finalı izləyirlər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də yarışa baxırlar.
Atletika üzrə dünya çempionatı ilk dəfədir Budapeştdə keçirilir. Macarıstanın ev sahibliyi etdiyi ən böyük idman yarışı olan atletika üzrə dünya çempionatı avqustun 19-da start götürüb. Avqustun 27-dək davam edəcək bu mötəbər turnirdə 200-dən çox ölkədən 2000-dən artıq idmançı atletikanın 49 növü üzrə mübarizə aparır. Azərbaycanı dünya çempionatında iki idmançı təmsil edir.
20-08-2023, 19:43
Azad Laçın bu gün daha 46 nəfərə qucaq açdı


Azad Laçın bu gün daha 46 nəfərə qucaq açdı

İllərin həsrəti bitməkdə davam edir, laçınlılar üçün yarım qalan xatirələr yenidən canlanır. Azad Laçın bu gün daha 46 nəfərə qucaq açıb. Laçına çatan növbəti 13 ailə öz evinin açarını sevinc hissləri ilə təhvil alıb.
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr öz evinə və doğma elinə qovuşmağın sevincini yaşayıb.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən yenidən öz evində məskunlaşacaq ailələrə evlərin açarları təqdim olunub və onlar sevinc hissi ilə açarları təhvil alıblar. Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrə Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.
20-08-2023, 19:04
İlham Əliyev Orbanla bir sıra məsələləri müzakirə etdi


İlham Əliyev Orbanla bir sıra məsələləri müzakirə etdi

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.
Görüşdə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə səfərə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Macarıstanın Milli günü münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğulayıb, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edilib, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.
Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olunub, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulanıb.
Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.
20-08-2023, 18:18
Ermənilər Laçın istiqamətində təxribat törətdi


Ermənilər Laçın istiqamətində təxribat törətdi

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
20-08-2023, 17:24
İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşdü


İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşdü

Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü olub.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
19-08-2023, 23:19
Tartarlı kəndində yolun əsas hissəsi asfaltlandı


Tartarlı kəndində yolun əsas hissəsi asfaltlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin və Goranboy rayon İcra Hakmiyyətinin başçısının yerlərdə keçirilən qəbulları vətəndaş qəbullları zamanı müraciətlər araşdırılıb.
Bir qrup Tatarlı kənd sakininləri, xüsusən də Şəhid, Milli Qəhrəman Ocaqverdiyev Sərxanın anası Gülzar Ocaqverdiyevanın kəndarası yolların asfaltlanması ilə bağlı müraciətlərinə əsasən kənd yolunun əsas hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövcud imkanları daxilində 23 saylı Yol İstismarı idarəsi tərəfindən asfaltanması təmin edilmişdir.
Bununla əlaqədar rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev yolun istismara verilməsində iştirak edib.
Bir qrup kənd sakini yolun asfaltlanmasının kəndin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!