Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
7-04-2023, 14:38
Şuşada keçiriləcək açılış mərasiminin vaxtı açıqlandı


Şuşada keçiriləcək açılış mərasiminin vaxtı açıqlandı

TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik. Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu toplantısında çıxışı zamanı deyib. “Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaq”,- deyə Adil Kərimli bildirib.
7-04-2023, 14:35
Tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir


Tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir

Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir. Qeyd edək ki, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
7-04-2023, 14:28
Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlib


Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.


7-04-2023, 14:22
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
7-04-2023, 14:03
Ermənistan bütün təklifləri rədd edir - XİN başçısı


Ermənistan bütün təklifləri rədd edir - XİN başçısı

Son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib. Azərbaycanın daim UNESCO-nun missiyasını dəstəklədiyini bildirən XİN rəhbəri vurğulayıb ki, UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Nazir qeyd edib ki, Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir: "Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir".
7-04-2023, 13:40
Prezident Tarif Şurasıyla bağlı fərman imzaladı


Prezident Tarif Şurasıyla bağlı fərman imzaladı

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibində dəyişiklik edilib. Bu barədə prezident İlham Əliyev fərman imzalayıb. Qərara əsasən, Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Tarif Şurasının üzvü təyin edilib. Digər bir dəyişikliklə Tarif Şurasının iclasları üzvlərdən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Bundan əvvəl Tarif Şurasının iclasları üzvlərdən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.
7-04-2023, 00:03
Güllələnən deputat İranla bağlı diqqət çəkən məqamları vurğulayıb


Güllələnən deputat İranla bağlı diqqət çəkən məqamları vurğulayıb

Silahlı hücuma məruz qalan deputat Fazil Mustafa üzləşdiyi terror aktı ilə bağlı geniş müsahibə verib. Müalicə aldığı xəstəxanada Real TV-nin suallarını cavablandıran deputat yaşadığı sui-qəsd olayı və İranla bağlı diqqət çəkən fikirlər səsləndirib. Müsahibənin videosunu təqdim edirik:

7-04-2023, 00:00
Fazil Mustafa sui-qəsddən sonra ilk dəfə açıqlama verdi


Fazil Mustafa sui-qəsddən sonra ilk dəfə açıqlama verdi

Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisədən sonra ilk dəfə geniş açıqlama verib. Deputat üzləşdiyi terror hücumu ilə bağlı "Real TV"yə danışıb. O, hadisə günü dostları ilə birgə restoranda iftar edib. Terror aktı restorandan çıxıb evə gələn zaman baş verib. Həmin vaxt maşını Fazil Mustafa özü idarə edib. “Evə yaxınlaşarkən şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim", - deputat deyib. "Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşın qapısı da açıq idi, kimsə sürüb gedə bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub. Sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi”, - Fazil Mustafa əlavə edib. Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
6-04-2023, 23:52
Güllələnən deputat hadisədən sonra ilk dəfə görüntüləndi


Güllələnən deputat hadisədən sonra ilk dəfə görüntüləndi

Evinin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafanın müalicə aldığı xəstəxanadan fotosu yayılıb. Foto Real TV-nin rəhbəri Mirşahin Ağayevlə deputatın müsahibəsi zamanı lentə alınıb. Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
6-04-2023, 23:49
UEFA “Qarabağ” klubuna pul köçürdü


UEFA “Qarabağ” klubuna pul köçürdü

UEFA “Qarabağ” klubuna Avropa Konfrans
Liqasının pley-off mərhələsində iştirakına görə ödəniş edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. UEFA tərəfindən ayrılmış 300.000 (üç yüz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!