Xocalının Təzəbinə kəndinə növbəti köç oldu .....                        Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                       
29-09-2022, 17:02
Azərbaycanda daha 1049 nəfərə vaksin vurulub


Azərbaycanda daha 1049 nəfərə vaksin vurulub

Azərbaycanda son gündə koronavirus əleyhinə 1049 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 889 515 təşkil edir.

29-09-2022, 17:00
Son sutkada 149 yoluxma - 3 nəfər öldü


Son sutkada 149 yoluxma - 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.

29-09-2022, 16:58
Maqnit qasırğası olacaq


Maqnit qasırğası olacaq

Son üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə olmasına baxmayaraq, səthində bəzi aktiv oblastlar parçalanıb. Yerə praktik təsir edə bilməyən C sinif və zəif təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə, hətta pozulmasına gətirərək radiasiya və maqnit qasırğası yarada bilən M sinif alışmalar müşahidə olunub. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, son sutka ərzində Günəşdə müşahidə olunan tac kütlə atılmaları 30 sentyabr - 1 oktyabr tarixləri üçün Yerə yaxınlaşaraq maqnit sahəsində dəyişiklik yarada biləcək. Çox zəif radiasiya qasırğası ilə yanaşı, Günəş atmosferindən gələn yüksək sürətli axınların Yerə daha yaxın olacağı səbəbindən mülayim (G1) və orta (G2) səviyyədə geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının gücünü göstərən əmsal 9 ballıq sistemlə 2-dən 6-ya kimi yüksələcək. Günəşdə alışmaların baş vermə ehtimalı sentyabrın 29-da C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5%-dir.
29-09-2022, 16:09
Hərbi Hava Qüvvələri döyüş təlimlərinə başladı


Hərbi Hava Qüvvələri döyüş təlimlərinə başladı

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

29-09-2022, 15:26
Maşın kanala aşdı - Ölənlər var


Maşın kanala aşdı - Ölənlər var

Masallı rayonunda avtomobil kanala aşıb. Butov.az xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində baş verib. Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəki şəxsləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.
29-09-2022, 15:17
Təxribata əl atan 3 erməni hərbçi məhv edildi


Təxribata əl atan 3 erməni hərbçi məhv edildi

Ermənistan silahlı qüvvələri yenidən atəşkəs razılaşmasını pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Butov.az bildirir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hazırda hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Məlumata görə, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb. Ermənistan tərəfi həmişəki kimi bu dəfə də atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışıb. Bu məqsədlə guya atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yalan məlumatları dövriyyəyə buraxıb. Daha sonra Ermənistan Müdafiə Nazirliyi 3 hərbi qulluqçusunun ölməsi barədə xəbər yayıb. Lakin öldüyü deyilən hərbçilərlə bağlı əlavə məlumat verilməyib. Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
28-09-2022, 21:04
“Sağlam Qida” Könüllülərinin II maarifçilik məktəbi təşkil olunacaq


“Sağlam Qida” Könüllülərinin II maarifçilik məktəbi təşkil olunacaq

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyələşdirdiyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə həyata keçiriləcək. Layihə rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, layihənin məqsədi qeyri-formal təhsillə gənclərdə və gənclər vasitəsilə yeniyetmələrdə dayanıqlı inkişaf məqsədlərinin 2-ci və 3-cü məqsədləri istiqamətində sağlam və düzgün qidalanma vərdişlərini yaratmaq, qida təhlükəsizliyi şüurunu formalaşdırmaq və onların alış-veriş edərkən, yemək yeyərkən və s. qida təhlükəsizliyini əlaqələndirən hər mərhələdə bir sağlam qida könüllüsü kimi vəzifə almalarını təmin və könüllülərdən ibarət mobil qrup vasitəsilə yeniyetmələr arasında maarifləndirmə işini təşkil etməkdən ibarətdir.

Birliyin sədri Asim Vəliyevin verdiyi məlumata görə layihə çərçivəsində həm qida ixtisası üzrə, həm də digər sahələr üzrə təhsil alan könüllü 16-25 yaş arası gənclər arasından 25 gənc seçilərək maarifləndiriləcək və “sağlam qida” könüllüsü yetişdiriləcək. Hazırlanmış könüllü təlimçilər həmçinin məktəblilər arasında maarifləndirmə işinin aparılmasına cəlb olunacaq. İlk olaraq seçilmiş könüllülər peşəkar mütəxəssislər tərəfində 4 gün ərzində məlumatlandırılacaq. Daha sonra azyaşlı məktəblilər üçün qida təhlükəsizliyi təhsilinin gərəkliliyinin əhəmiyyətini nəzərə alaraq, ölkəmizin qida sahəsindəki ən böyük problemi olan qida təhlükəsizliyi haqqında ibtidai məktəblərdə maarifləndirici tədbirlər keçiriləcək. Beləliklə könüllülərimiz vasitəsilə maariflənən məktəblilər də qida təhlükəsizliyi sahəsində əldə etdikləri biliklər vasitəsilə, ailələrini və yaxın ətraflarını da sağlam qida satın almağa və düzgün qidalanmağa, sağlam istehlak vərdişlərinin yaxşılaşmasına sövq edəcəkdir. İştirakçılara maarifləndirici bukletlər, kitabçalar və dəftərxana ləvazimatları paylanılacaq və sonda sertifikatlarla təltif olunacaqdır.
28-09-2022, 20:54
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Taekvondoçumuz Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 54 kq-da çıxış edən idmançı ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, Dadaşov finala yüksəlib. Həlledici qarşılaşma kifayət qədər gərgin alınıb. Milan Millla (Niderland) ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmanın aktivinə digər mükafatı Eltac Qafarov yazdırıb. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medala sahib çıxıb.
28-09-2022, 20:46
Naxçıvanın sabiq naziri azadlığa çıxdı


Naxçıvanın sabiq naziri azadlığa çıxdı

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Butov.az xəbər verir ki, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub. Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib. Həmin müddət başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.
28-09-2022, 20:39
Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq


Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq

İctimai Televiziya yeni mövsümə start verir. İctimai TV-dən verilən məlumata görə, bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcəklər. Mövsümün sonuna kimi isə İngiltərə Premyer Liqasında hər turun iki ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi “Bol idman”da müzakirə olunacaq. Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcəklər”. Əyləncəli-musiqi proqramı olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq. İctimai TV-nin digər yeni layihələrindən “Savaş şəhəri” hərbi yarış proqramı, “Yaxşı həkim” sağlamlıq verilişi, “Kainat necə qurulub?” maarifləndirici veriliş, “Şənbə axşamı” məlumatlandırıcı-əyləncə proqram, “Rakadarum” musiqili proqramı geniş ictimaiyyət üçün maraqlı olacaq. “Camaat nə deyir?” əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq. Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən “Milyonçu”, “61!”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək. İctimai Televiziyanın efirində hərbi-vətənpərvərlik mövzusuna yenə xüsusi yer verilib. Bu qəbildən Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Görünməyən qəhrəmanlar” silsiləsindən daha bir filmin çəkilişləri davam edir. İndiyədək 11 seriyası nümayiş etdirilib. Milli qəhrəmanlarımıza həsr edilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”, 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən “Döyüşçü” layihəsi, “Radius” hərbi analitik-informasiya proqramı bu mövzuda olan verilişlərdir. Tamaşaçılar “Qarabağ gündəliyi”ndən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. “Şuşa ili” ilə əlaqədar sosialyönümlü “Mənim Şuşam” videoçarxlarının yeni buraxılışları da təqdim olunacaq. Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi “Diqqət Mərkəzi”ndə olacaq. İctimai-siyası mövzular eyni zamanda, müəllif proqramlarında - tanınmış politoloq Eldar Namazovun “Aydınlıq”, Nigar Sabirqızının aparıcılığı ilə “İTV Xəbər Yekun”, tanınmış jurnalist Elçin Şıxlının “Pressinq”, Orxan Fikrətoğlunun “Halbuki”, Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında “Sabaha saxlamayaq” və s. verilişlərdə işıqlandırılacaq. İTV-nin böyük populyarlıq qazanmış simalarından biri - Dadaş Dadaşlinskinin “3D” verilişinin fərqli buraxılışları efirə gedəcək. Onu da qeyd edək ki, İctimai Teleradionun efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!