Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından bir il ötür.
10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi.
Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi, erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş nazirini axtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.
10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.
Dövlət başçısı İlham Əliyevin 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmi.di:
“Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”.
Kapitulyasiya aktını hansı şəraitdə imzalanmasından asılı olmayaraq Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.
İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni rəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran, “uğurlu həmlələr” edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqla nəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olan Ararat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərək İrəvanın mərkəzində döyüldü.
Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diktə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.
Siyasi arenada İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.
Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər.
Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanın torpaqlarımızdan çıxması ilə bağlı tarix verməsi şərtilə döyüşlərə son qoyulacağını açıqladı. Lakin ermənilərin əsirinə çevrildikləri mənfur ideyalar, separatçıların ehtirasları, saxta “qələbə” təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdən qorxu Ermənistan rəhbərliyinin bu təklifə razılaşmaması ilə nəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sona çevrildi. Azərbaycan tərəfi dövlət başçısının da haqlı olaraq dediyi kimi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.
Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhz ortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusu qarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyib birbaşa gəldiyi yerə qədər qaçıb.
Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında əldə olunan uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirib. Dövlət başçısının ortaya qoyduğu siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur edib.
İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”umuz Şərqi Zəngəzur və Qarabağın əbədi azadlığına möhür vurub.
10 noyabr üzərindən illər keçsə də Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.
Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin zülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 5 752 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 477, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.
Noyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Butov.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında kövrək anlar yaşayıb. Akar Vətən Müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə arasında keçən söhbəti xatırlayaraq göz yaşlarını tuta bilməyib: “Təlimlər zamanı onunla söhbət edərkən övladımızın “bu təlimlər, uğurlar vacibdir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” sözlərini dedikdən sonra müharibədə yaralanması, yaralı ikən xəstəxanada "verdiyim sözü tutdum" deyərək şəhid olması mənalı, vacib və dəyərli xatirədir. Şəhidlərimizin və qazilərimizin ailələrinin heç bir şəkildə incidilməməsi üçün biz Türkiyə olaraq, siz də burada Azərbaycan olaraq hər cür fədakarlığı göstərdik və göstərməyə davam edirik. Onların rahat və dinc olmaları bizim üçün çox önəmlidir. Onlara qarşı hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksi davranış isə mütləq millətimizin qəlbində mühakimə olunar, qəbul edilməz və lazımi reaksiyanı alar. Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əzəli qardaşlığı!".
Türkiyə ordusunun hərbçilərinin Azərbaycandakı xidmət müddətinin uzadılması ilə bağlı Rəcəb Tayyib Ərdoğanın imzaladığı memorandum Parlamentə təqdim edilib.
“Haber Global” məlumat verir ki, qanun layihəsinin bu gün Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində müzakirəyə çıxarılması planlaşdırılır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
Rusiya sülhməramlıları Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə böyük tədbir keçirməyi planlaşdırırlar.
Axar..az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq”, - məlumatda qeyd olunub.
Məlumata görə, Muradov bu gün Ermənistana, sabah isə mükafatların verilmə mərasiminin keçiriləcəyi Qarabağa yollanacaq.