Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı .....                        Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI .....                        “Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər” .....                        Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ .....                        Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək .....                        Tofiq Xanəliyevə şərti cəza verildi .....                        DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı - Türkiyənin rəqibi müəyyənləşdi .....                        Köhnə avtomobil nömrələrində də defis silinəcək? - RƏSMİ CAVAB .....                        34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                       
3-12-2021, 10:50
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 1,94 % bahalaşaraq bir bareli 67,79 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçersləri 1,87 % bahalaşaraq bir bareli 70,97 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
3-12-2021, 08:39
“Azərişıq” Məhkəmə qərarını niyə saya salmır?


Hörmətli redaksiya,
Mən, Yardımlı rayon Zevin kənd sakini Bəgəliyev Maqsud Əlisahib oglu ali təhsilli mühəndisəm. 1987-ci ildə AZİ-ni bitirmişəm. Həmin vaxtdan da Yardımlı rayon Elektrik Şəbəkəsində mühəndis vəzifəsində işləmişəm.
2017-ci il aprelin 11-də həmişəki kimi işə getmişəm və həmin vaxt işdə qəza baş verib. Agır xəsarət almışam, sol ayağım dizdən aşağı qəlpə sınıqlarıdır. Həmçinin başımdan da ağır zədə almışam. Bununla əlaqədar Biləsuvar rayon xəstəxanasında əməliyyat olunmuşam. Vəziyyətim agırlaşdıgından oradan Sumqayıt travmatologiya xəstəxanasına gətirilmişəm. Orada yenidən əməliyyat olunmuşam. Eyni zamanda başımdan da müalicə almışam. Ayagımdakı millər üç ildən bir dəyişdirilməlidir. Onları ömürlük daşımalı olacagam. Xəstəxanada bir il altı ay yatmşam. Orada mənə yeddi ay bülleten pulu verilib.
Xəstəxanadan çıxandan sonra mən "Azərişıga"müraciət etdim ki, mənə dəyən maddi-mənəvi ziyanı ödəsinlər. Lakin rədd cavabı aldım. Məcbur olub Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət etdim. Orada iddia qaldırdım ki, mənə verilən əlilliyin yanlış qeyd olunan səbəbi dəyişdirilsin. Məhkəmə iddiamı təmin etmədi və mən apelyasiya məhkəməsinə üz tutdum. Məhkəmə iddiamı qəbul etdi və mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsi barədə qərar çıxardı. Qarşı tərəf qərardan narazı olduğundan, işi Ali Məhkəməyə verdi. Məhkəmə "Azərişıgın" iddiasını rədd edərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı. Lakin "Azərişıq" məhkəmə qərarını saya salmır.
Respublika Əlillərin Bərpa Mərkəzində Cavid həkim mənə bildirdi ki, iddianın təmin olunması üçün "Azərişıq" onlara sorğu göndərməlidir. Onu al gətir. Amma hazırda "Azərişıga"rəhbərlik edən Vüqar Əhmədov və müavini Tanrıverdi Mustafayevə müraciətlərim nəticəsiz qaldı. Mənə bildirdilər ki, sorğu verən deyillər. İndi iki aydır ki, iki idarənin arasında get-gəldə qalmışam.
İdarəni çapıb-talayan Tanrıverdi Mustafayev və Vüqar Əhmədov sadə əmək adamlarının qanuni haqlarını beləcə yeyib üstündən də su içirlər. Onlara bildirəndə ki, dövlət başçısına müraciət edəcəm, cavabında, kimə istəyirsən şikayət elə, biz heç kimdən qorxmuruq.
Hörmətli redaksiya, xahiş edirəm ki, hüquqlarımın müdafiəsi işində, düşdüyüm çətin və mürəkkəb vəziyyətdən çıxmaqda mənə kömək əli uzadasınız.
İmza : Bəgəliyev Maqsud Əlisahib oglu.
15.11.2021-ci il.
2-12-2021, 20:31
Ölkədə bu gün ərzində peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 057 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 27 414 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.

Bütöv.az
2-12-2021, 20:29
Azərbaycanda 205 uşaq bağçasında nöqsanlar aşkarlanıb

Bu günə qədər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib.

Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirib ki, monitorinqlər zamanı 205 bağçada 1 236 nöqsan aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.

Qeyd olunub ki, AQTA ölkə üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamaları davam etdirir: "Bu ilin oktyabrın 4-dən başlayan yoxlamalar çərçivəsində məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl olunması yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən bağçalarda yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.

Bütöv.az
2-12-2021, 20:22
Hərbi cinayətlər xeyli azalıb - Firad Əliyev

Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə işgüzar fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Axar.az xəbər verir ki, bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb.

Bütöv.az
2-12-2021, 20:20
Çavuşoğlu və Lavrov Cənubi Qafqazı müzakirə etdilər

Dekabrın 2-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

XİN rəhbərləri ikitərəfli məsələlər, həmçinin regional problemlər, o cümlədən Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, görüş zamanı Suriya, Liviya, Ukrayna kimi bölgələrdə cərəyan edən proseslər də müzakirə olunub.

Mənbə: mid.ru

Bütöv.az
2-12-2021, 20:10
Bakıda narkotik satan daha 27 nəfər saxlanılıb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin noyabr ayının 15-dən həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.




Bütöv.az
2-12-2021, 20:06
Rəisinin yanında qoçuya dönən DSX mayoru – VİDEO

Xəbər verdiyimiz kimi, Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçinin vida mərasimində Baku TV-nin əməkdaşı Tural Museyibov DSX mayoru tərəfindən şiddətə məruz qalıb.

Mətbuat şurasının sərdi Əflatun Amaşov bildirib ki, əgər zorakılıq aşkar edilirsə, jurnalistə zor tətbiq edilirsə artıq bu cinayət məsuliyyəti daşıyır.
“Jurnalistin qanuni peşə fəaliyyətinə mane olma və ya mane olma hədəsi varsa bu artıq cinayət məsuliyyəti daşıyır”, – deyə, hüquqşünas Ələsgər Məmmədli qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:



Bütöv.az
2-12-2021, 20:03
Helikopter qəzasının bəzi detalları İLK DƏFƏ AÇIQLANDI - VİDEO

Noyabrın 30-da DSX-nin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə bağlı bəzi detallar ilk dəfə açıqlanıb.
“Real TV” xəbər verir ki, qəzaya uğramazdan əvvəl helikopter II helikopterə eniş komandası verə bilib.

Daha ətraflı aşağıdakı süjetdə:


[media=https://www.youtube.com/watch?v=hd75gJ1KeOU]

Bütöv.az
2-12-2021, 19:54
AZAL-ın “GÖYLƏ UÇAN” QİYMƏTLƏRİ... – “Xərcləri dövlət ödəyir, gəlirlər fərdi şəxslərin şirkətlərinə gedir”

Dekabr ayında bütün dünyada hava nəqliyyatından istifadə edənlərin sayında artım müşahidə olunur. Çünki qış turizm mövsümünün başlaması və Yeni il bayramı məhz bu aya təsadüf edir. Pandemiyadan əvvəl, dekabr aylarında xarici ölkəyə üz tutan vətəndaşlarımızn sayı da həmişə çox olub. Lakin Azərbaycandan xarici ölkəyə səfər etmək elə də asan məsələ deyil.

“Azərbaycan Hava Yolları Dövlət Şirkəti” (AZAL)- nin bilet qiymətlərinin baha olması əksər vətəndaşın bu arzusunu ürəyində qoyub. Bu problem illərdir Milli Məclisdə, media və televiziyada gündəmə gətirlisə də, həllini tapmayıb. Azərbaycandan nəinki uzaq məsafələrə səyahət etmək, qonşu ölkələrə uçmaq belə xeyli vəsait tələb edir. Bilet qiymətlərinin yüksək olmasından ən çox əziyyət çəkənlər isə tələbələrdir.

Məlumat üçün qeyd edək ki, 1992-ci ildə yaradılmış AZAL-ın donanmasına “Boeing” və “Airbus” şirkətlərinin istehsalı olan 18 sərnişin təyyarəsi daxildir. AZAL ölkəxarici 50 şəhərə, ölkədaxili isə 2 şəhərə müntəzəm uçuşlar həyata keçirir. Hazırda hava yolu ilə sərnişin daşımalarının 97 faizi AZAL-ın tabeliyindədir. Ölkədə “Buta” və Türk Hava Yolları (THY) şirkətləri də fəaliyyət göstərir. Lakin AZAL monopolist siyasətlə bu şirkətləri də özünə tabe etməyi bacarıb.

2020-ci ildə pandemiyanın vurduğu zərəri aradan qaldırmaq üçün dövlət büdcəsindən AZAL-a 87 milyon manat dotasiya verilib. Buna baxmayaraq şirkət həmin ili 160 milyon manat zərərlə başa vurduğunu açıqlayıb.

Vətəndaşlar da AZAL-ın satdığı biletlərin qiymətlərindən narazıdırlar. Onlar qonşu ölkələrdəki bilet qiymətlərinin Azərbaycandan dəfələrlə ucuz olduğunu vurğulayırlar.

Paytaxat sakini Taleh Muradov “AzPolitika.info”ya bildirib ki, təhsili ilə bağlı tez-tez Türkiyəyə səfər etməli olur: “Təyyarə qiyməti çox baha olduğundan avtobusdan istifadə edirdim. Lakin hazırda pandemiya ilə əlaqədar bu mümkün deyil. Bakıya təyyarə ilə gedib-gəlmək üçün 600 manatdan çox xərcim çıxır”.

Pərviz Əsgərov qeyd edir ki, ən sərfəli üsul Gürcüstan Hava Yolları ilə səyahət etməkdir: “Bir çox vətəndaşımız bu cür dolayı yollarla xaricə üz tutur. Çünki Gürcüstanda onlarla şirkət 40-50 avro qarşılığında istənilən Avropa ölkəsinə uçuşlar edir”.

Azər Əliyev isə bildirib ki, qiymətər aşağı olmalıdır ki, bütün vətəndaşlar rahat səyahət edə bilsinlər: “Düşünürəm ki, AZAL-ın özəlləşdirilməsi həm vətəndaşlara sərf edər, həm də ölkədəki turizm inkişaf etmiş olar”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən,cari ilin 9 ayında ölkədaxili biletlərin qiyməti sabit qalıb. Bir gedişin qiyməti 53.67 manat təşkil edib. Xarici səfərlərlə bağlı hər gedişin qiyməti isə 1.3 faiz bahalaşaraq 724.27 manata yüksəlib. Təyyarələrin dövlət tərəfindən alındığını, hava limanlarının dövlət büdcəsinin vəsaiti ilə tikildiyini nəzərə alsaq, AZAL-ın bilet qiymətlərini vətəndaşlara bu qədər baha satması anlaşılan deyil.

Məsələn, 31 dekabr tarixindəki Tbilis-İstanbul reysi “Pegasus” Hava Yolları vasitəsilə 82 manat təşkil edirsə, eyni tarixdəki Bakı-İstanbul reysini AZAL 359 manata təklif edir. Yəni Gürcüstandan 4 dəfə baha qiymətə.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”ya bildirib ki, pandemiyanın yaratdığı yeni reallıqlar, hava şirkətlərinin uçuş xərcini artırıb: “Bunun bir çox səbəbi var. İlk növbədə dünyada “ağ benzin”in qiyməti bahalaşıb. Bundan başqa yeni təyyarələrin qiyməti yüksəlib, epidemioloji vəziyyət şirkətlərin uçuş qrafikinin tez-tez dəyişməsinə, planlarının yenilənməsinə səbəb olub. Tez-tez qapanmalar olduğundan, insanlar biletlərini qaytarırlar. Nəticədə reyslər təxirə salınır, ya da təyyarədə çox az adam olur. Bu nüansların hər biri aviaşirkətlərin xərcinin artmasına səbəb olur. Pandemiyadan əvvəl şirkətlər növbəti illərin planlamasını aparıla bilirdisə, hazırda bu qeyri-müəyyən formada həyata keçirilir”.

Ekspert qeyd edir ki, AZAL-ın dövlət şirkəti olması onun xərclərini xeyli artırır: “AZAL dövlət mülkiyyəti olduğundan xərcləri minimallaşdırmaq və optimallaşdırmaq şirkət rəhbərlərinin marağında deyil. Həmçinin AZAL-ın monopolist şirkət olması da hamıya məlumdur. Aydındır ki, rəqabət olmayan yerdə hər zaman xərclər qeyri-müəyyən olur və bu da biletlərin qiymətinə təsirsiz ötüşmür. Hava limanlarının AZAL-ın idarəetməsində olması da beynəxalq şirkətlərlə maraqların toqquşmasına səbəb olur. AZAL hava limanlarının sahibi olduğundan istədiyi aviaşirkətləri ora buraxır və ya buraxmır. Bundan əziyyət çəkənlər isə vətəndaşlar olur”.

Ekspert xatırladır ki, əksər dövlət şirkətlərində olduğu kimi AZAL da eyni üsuldan istifadə edir: ”Yeni satınalmaları, müxtəlif xərcləri dövlət şirkətləri qarşılayır. İşin gəlirli sahələri isə, məsələn daşımalar, bilet satışı hansısa məmurun sahibi olduğu şirkət tərəfindən yerinə yetirilir. Yəni işin xərc hissəsini dövlət şirkətləri, rahat və gəlirli hissəsini isə fərdi şəxslərin sahibləndiyi şirkətlər reallaşdırır. Nəticədə bu gəlirlər dövlət büdcəsindən yayınaraq, həmin sahibkarın cibinə daxil olur. Qeyd etdiyimiz bütün bu amillər AZAL-ın qiymətləri optimallaşdırmasına mane olur”.

Qiymətlərin bu qədər baha olması turizm sektoruna da mənfi təsir göstərir. Hər il Azərbaycanda turizmin inkişafı üçün büdcədən milyonlarla manat pul ayrılır. Bakıda və bölgələrdə yeni turizm sahələri yaradılır. Lakin nədənsə bilet qiymətlərində turizm adına müsbət addım atılmır. Nəzərə almaq lazımdır ki, turist təkcə gedəcəyi yerlə yox, bilet qiymətləri ilə də maraqlanır. Bu zaman sual olunur, “təyyarə xidmətinin bu qədər baha təklif olunması, ölkədəki digər qiymətlərlə bağlı turistlərdə hansı təəssüratı yaradır?”.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin nümayəndəsi Fikrət Təhməzov “AzPolitika.info”ya bildirdi ki, təbii olaraq bilet qiymətlərinin baha olması ölkədə turizmin inkşafını ləngidən amillərdəndir: “İqtisadi nəzəriyyə bunu göstərir ki, aşağı qiymətlər adətən satışların həcmini çoxaldır və bu, turizmə müsbət təsir göstərir: ”Bilet qiymətlərinin müəyyən olunması isə “Azərbaycan Hava Yolları” QSC-nin səlahiyyətindədir”.

AZAL-ın məlumat mərkəzindən isə “AzPolitika.info” ya bildirildi ki, mütəmadi olaraq yeniliklər və kampaniyalar haqqında sosial şəbəkədə və rəsmi saytda sərnişinlərə məlumat verilir: “Həmçinin qeyd olunub ki, pandemiya dövründə yaranan zərərlərin, yanacağın və daşıma xərclərinin artmasıyla əlaqədar yaxın tarixdə bilet qiymətlərinin ucuzlaşması gözlənilmir”.
(“AzPolitika.info”)

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!