Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
3-12-2021, 11:28
Parlamentdə bir dəqiqəlik sükut elan edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında helikopter qəzası zamanı şəhid olan hərbi qulluqçularımızın xatirəsi anılıb.

Bütöv.az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərimizə Allahdan rəhmət, yaralı hərbi qulluqçularımıza isə şəfa diləyib.

Şəhid hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.
3-12-2021, 11:04
Ceyhun Bayramov belaruslu həmkarı ilə müzakirə apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.

Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütöv.az
3-12-2021, 11:02
Nə mində bir bərəkət var.... NƏ DƏ HALALLIQ... - İTTİHAM

Halallıq geniş anlayışdır, təkcə kolbasa ilə bağlı deyil..

“Leş Tofiq” “Səhliyalı” şirkətinə nə qədər ölmüş heyvan cəmdəyi, leş satıb ?

“1000 BƏRƏKƏT HALAL NEMƏT” ət və ət məhsulları ilə Azərbaycan bazarına daxil olan “Səhliyalı” şirkəti 1996-cı ildə fəaliyyətə başlayıb. 2000-ci ildən başlayaraq kolbasa və sosiska istehsalını həyata keçirdi.
Şirkətin reklamından bəlli olur ki, Avstriyadan müasir avadanlıqlar gətirilib, guya şirkətin işçiləri xarici ölkələrdə təcrübə keçiblər.
Bütün bunlar şirkətin özü barəsində ucuz və bayağı reklamdır.
Bəs əslində vəziyyət necədir ?
Birincisi ondan başlayaq ki, son 20-30 ildə “HALAL” adı altında ölkə bazarına o qədər halal olmayan, haram, ölmüş heyvan cəmdəkləri girib ki, Azərbaycan insanını belə reklamla aldatmaq mümkün deyil.
İkincisi, HALALLIQ təkcə ətlə, kolbasa ilə bağlı məsələ deyil. İnsan hər məsələdə halallığı qorumalıdır, yoxsa kolbasa ilə halallıq olmaz.
Üçüncüsü, bəzi şirkətlər Qafqaz Müsəlmanları İdarəsindən guya halallıq sertifikatı alaraq əhaliyə ən iyrənc məhsulları təqdim edirlər.
Elə “Səhliyalı” şirkətinin “Min bərəkət halal nemət” markası ilə satılan kolbasa və sosiskalarının istehsal olunduğu sexlərdən yayılan videolar göstərdi ki, məhsulların içindən siçan nəcisi, heyvan tükü çıxır.
Bunun harası HALAL oldu, cənab Səhliyalı ?
Bir məsələni unutmayın ki, Xırdalanda taxta sexinin ərazisini hasara alıb orada uzun illər gizli olaraq ölmüş heyvan, at, eşşək cəmdəkləri satılırdı və bu məsələyə yüksəkçinli bir polis zabiti “krışa”lıq edirdi. Bax, həmin zaman “Səhliyalı” şirkətinin Xırdalanda 2 kolbasa sexi var idi. Aydın oldumu ?
Təsəvvür edirsiniz, hətta hökumətin rəsmi orqanı olan qəzetlər yazıb ki, “Səhliyalı” kolbasa üçün ərəb ölkələrindən mənşəyi məlum olmayan, üfunət iyi verən heyvan əti gətirir və ətə o qədər ədviyyat, zərərli maddələr vurulur ki, üfunət iyi çəkilsin.
Şirkət hətta öz saytı olan sahliyalı.com-da da ət məhsullarını haradan aldığını göstərmir.
Bəs onda istehlakçı aldığı məhsulun tərkibini, mənşəyini haradan bilsin ?
Hətta mediada şirkətin istehsal etdiyi sosiskadan siçan ətinin çıxmasını göstərən faktlar da var.
Bəli, mediada “Min bərəkət, halal nemət” adlı kolbasaların konkret olaraq leş ətlərdən hazırlandığı barədə ciddi informasiyalar var.
“Səhliyalı”nın çox iyrənc reklamı da var. Guya öz halallığını camaata göstərmək üçün hamını gözünün qarşısında “Bismillah” deyərək xüsusi aparatla heyvanın başı kəsilir. Bu biabırçılıqdır, vəhşilikdir.
Bir məsələni də unutmaq olmaz ki, dünyada onkoloji xəstəliklərin mənbəyi daha çox kolbasadır.
Bir sözlə, Bəşirovlar ailəsinə məxsus olan “Səhliyalı” şirkəti Min bərəkət adı altında min hoqqadan çıxır.
(gundelik baki.com)
Bütöv.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
3-12-2021, 10:59
ETSN-nin ƏRKÖYÜN İŞÇİSİ... - İşdən çıxarılsa da, yenə də İŞ BAŞINDADIR...

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir.


Kecən ay mediada xəbər verilmişdi ki, sahibkar Novruz Gülməmmədov Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilərdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. O, şikayətində həmin şəxslərin sahibkarlıq fəaliyyətinə mane olduqları, Basqal meşələrini şəxsi təsərrüfatları kimi idarə etdikləri, sahibkarlardan qeyri-qanuni olaraq haqq yığdıqlarını bildirib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə məsələyə operativ yanaşaraq, cinayət işi başlayıb. Novruz Gülməmmədov idarəyə çağırılaraq ifadəsi alınıb. Məlumatda bildirilir ki, sahibkar idarədə adıçəkilən şəxslər barəsində əlavə faktlar təqdim edib. O, bildirib ki, Əfqan Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan əmisi Cabbar Qəribova və nazirliyin departament rəhbəri Namiq Xıdırova güvənir. Şikayətçinin iddiasına görə, Əfqan Qəribov və işçilərinin qanunsuz əməllərinin arxasında məhz bu iki şəxs dayanır. Namiq Xıdırovun qardaşı oğlu Şamil Xıdırov isə idarədə baş meşəbəyidir.

Həmin faktlarla Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müracət etmiş daha bir şəkayətci Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu Qaynarxett.az-a bildirib ki, Şamaxı rayonunun Dədə-günəş meşəbəyliyinin 2 saylı meşə dolayının 6 və 7-ci kvartalları, ona bitişik meşə ərazisi əsil soyqırıma məruz qalıb. Həmin ərazidən 300 kub odun cıxarılıb. Dədə-günəş meşəsinin 9 saylı meşə dolayısının 0.50 hektar böyütmə bagı və 35 hektar meyvə bagında olmuş 2500 dəmir borudan cəmi 30-u qalıb. Bütün bu materiallar idarə rəisinin və sahə rəsi Xanmusanın həyətlərinə daşınıb.

Şikayətci bildirir ki, meşəbəyi Şakir Bəşirovdan 14 min manat 300 kub "odun pulu"nu idarə rəisi Əfqan Qəribov alıb və 2 saylı meşə dolayının 6-7-ci kvartalları, ona bitişik ərazi soyqırıma məruz qalıb. Bu azmış kimi sahə rəisi Xanmusa da əlavə olaraq 600 manat alıb. Üstəlik Ekologiya işçisi İdraka da 700 manat verən Şakir öz ərizəsin yazaraq işdən çıxıb. Bu qanunsuzluq barədə o, Nazirliyə və Korrupsiyaya Qarşı Mübarizə idarəsinə yazılı izahat verib və bu qanunsuz işlərin başında birbaşa Departament rəhbəri Namiq Xıdırovun dayandıgıni bildirib.

"İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının ərazisində 149 iaşə obyekti rəsmiləşdirmişdir 37 obyekti isə bilərəkdən siyahıya salmamışdılar. Ekologiya nazirliyinin auditinin təxmini hesablamasına görə Namiq Xıdırov Əfqan Qəribovun müavini Kamil adlı şəxsin və Xanmusanın iştirakı ilə Qarabağa kömək adıyla sahibkarlardan adambaşına 500-dən 2500 manat arası pul yığaraq mənimsəmişdir."

Şikayətci Adil Əsədovun dediyinə görə "6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov Əfqan Qəribov ilə bir yerdə işləyiblər və yaxın dostdurlar. Əfqan Qəribovun bütün qanunsuz işlərini Akif Məmmədov ört-basdır edir. Yoxsa o bu qədər qanunsuzluqlara niyə göz yumsun?. Vəzifəsi təbiəti qorumaq olan bu şəxs nə məqsədlə reaksiya vermir, şıkayətləri qulağardına vurur? Sual da cavab da aydındır. Belə ki, onlar hamısı əlbirdir, arxalarıda olan da məhs nazirlikdə oturur. Başqa cür olsaydı belə qanunsuzluqlar olmazdı. Əlavə olaraq bildirirəm ki, bu yaxınlarda vəzifədən kənarlaşdırılmış Əfqan Qəribov heç nə olmamış kimi hər gün idarədə olur, işçilərədə deyir ki, "narahat olmayın, bu gün, sabah qayıdıram yerimə".

Sonda şikayətci Adil Əsədov bu qanunsuzluqlar barədə Prezident İlham Əliyevə və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə teleqram göndərdiyini dedi. O, bildirdi ki, prezident İlham Əliyev cənabı çıxışlarında məmurları sahibkarlığın inkişafına yardım etməyə çağırır, amma onlar bunun əksini görür. Yaxud dövlət rəhbərliyinin təşəbbüsü ilə demək olar ki, hər il müxtəlif bölgələrdə ağacəkmə kampaniyaları keçirilir, amma bu ağacları qorumağa məsul olan şəxslər meşələri məhv edirlər. Ona görə də şikayət etdim. Susmaq hamımıza ziyan gətirir. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şıkayətimə operativ reaksiya verəcək. (Qaynarxett.az)

Bütöv.az
3-12-2021, 10:57
“Azergold”da şok: Ata tender keçirir, oğul qalib gəlir…

“Azergold” QSC-dəki qeyri-adi tenderlə bağlı Buta.vs olduqca inginc material dərc edib.

Axar.az xəbər verir ki, “Azergold” QSC-nin sədri Zakir İbrahimovun öz oğlu Zaur İbrahimə dəyəri milyonlarla manatla ölçülən tenderlər qazandırdığı bildirilir.

Məlumatda deyilir ki, Zaur İbrahim hazırda atasının rəhbərlik etdiyi “Azergold” QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir:

“O, Britaniyada ali təhsil aldıqdan sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır.

Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar. Bu yolla bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər...”

Məlumatda deyilir ki, Zaurun şəxsi keyfiyyətləri götürülən işlərin keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilməsinə imkan verməyib. Buna baxmayaraq, “Azergold” Zaura aid şirkətlə işləməkdə davam edib:

“Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və ona “gözün üstündə qaşın var” deyən olmur.

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC (http://www.azcdgroup.com) edirlər. Ofisin ünvanını dəyişirlər, amma əməllər dəyişmir. Şirkətin adı dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “Azergold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,859 (iyirmi iki milyon üç yüz yeddi min qoqquz yüz qırx beş) manat olan Tülallar-Çovdar avtomobil yolunun inşası tenderini, - burada bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etməsinə baxmayaraq - nə hikmətdirsə, yenə Zaur İbrahimin “AZCD Group” şirkəti qazanır.”

Beləliklə də, məlum olur ki, nəticədə sözügedən şirkət bir il ərzində“Azergold” QSC-nin ümumi dəyəri 30 milyon (!) manatdan çox olan 3 layihəsini “qazanıb”.

Məlumatda Z.İbrahimin kübar həyat tərzi keçirməsi, işçiləri tez-tez təhqir etməsi və s. bu kimi şəxsi keyfiyyətlərindən də bəhs olunur.

Xatırladaq ki, ölkə başçısının da dəfələrlə tenderlərin və dövlət satınalmalarının korporativ maraqlara xidmət etməsi və buradakı korrupsiya halları barədə açıqlamaları, tənqidləri olub. Lakin belə görünür ki, Azərbaycanda bu sahədə səliqə-səhman yaratmağa tələsən yoxdur və bu gedişlə hələ xeyli müddət büdcə vəsaitlərinin tender adı ilə talanması prosesi davam edəcək.

Bütöv.az
3-12-2021, 10:50
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 1,94 % bahalaşaraq bir bareli 67,79 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçersləri 1,87 % bahalaşaraq bir bareli 70,97 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
3-12-2021, 08:39
“Azərişıq” Məhkəmə qərarını niyə saya salmır?


Hörmətli redaksiya,
Mən, Yardımlı rayon Zevin kənd sakini Bəgəliyev Maqsud Əlisahib oglu ali təhsilli mühəndisəm. 1987-ci ildə AZİ-ni bitirmişəm. Həmin vaxtdan da Yardımlı rayon Elektrik Şəbəkəsində mühəndis vəzifəsində işləmişəm.
2017-ci il aprelin 11-də həmişəki kimi işə getmişəm və həmin vaxt işdə qəza baş verib. Agır xəsarət almışam, sol ayağım dizdən aşağı qəlpə sınıqlarıdır. Həmçinin başımdan da ağır zədə almışam. Bununla əlaqədar Biləsuvar rayon xəstəxanasında əməliyyat olunmuşam. Vəziyyətim agırlaşdıgından oradan Sumqayıt travmatologiya xəstəxanasına gətirilmişəm. Orada yenidən əməliyyat olunmuşam. Eyni zamanda başımdan da müalicə almışam. Ayagımdakı millər üç ildən bir dəyişdirilməlidir. Onları ömürlük daşımalı olacagam. Xəstəxanada bir il altı ay yatmşam. Orada mənə yeddi ay bülleten pulu verilib.
Xəstəxanadan çıxandan sonra mən "Azərişıga"müraciət etdim ki, mənə dəyən maddi-mənəvi ziyanı ödəsinlər. Lakin rədd cavabı aldım. Məcbur olub Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət etdim. Orada iddia qaldırdım ki, mənə verilən əlilliyin yanlış qeyd olunan səbəbi dəyişdirilsin. Məhkəmə iddiamı təmin etmədi və mən apelyasiya məhkəməsinə üz tutdum. Məhkəmə iddiamı qəbul etdi və mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsi barədə qərar çıxardı. Qarşı tərəf qərardan narazı olduğundan, işi Ali Məhkəməyə verdi. Məhkəmə "Azərişıgın" iddiasını rədd edərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı. Lakin "Azərişıq" məhkəmə qərarını saya salmır.
Respublika Əlillərin Bərpa Mərkəzində Cavid həkim mənə bildirdi ki, iddianın təmin olunması üçün "Azərişıq" onlara sorğu göndərməlidir. Onu al gətir. Amma hazırda "Azərişıga"rəhbərlik edən Vüqar Əhmədov və müavini Tanrıverdi Mustafayevə müraciətlərim nəticəsiz qaldı. Mənə bildirdilər ki, sorğu verən deyillər. İndi iki aydır ki, iki idarənin arasında get-gəldə qalmışam.
İdarəni çapıb-talayan Tanrıverdi Mustafayev və Vüqar Əhmədov sadə əmək adamlarının qanuni haqlarını beləcə yeyib üstündən də su içirlər. Onlara bildirəndə ki, dövlət başçısına müraciət edəcəm, cavabında, kimə istəyirsən şikayət elə, biz heç kimdən qorxmuruq.
Hörmətli redaksiya, xahiş edirəm ki, hüquqlarımın müdafiəsi işində, düşdüyüm çətin və mürəkkəb vəziyyətdən çıxmaqda mənə kömək əli uzadasınız.
İmza : Bəgəliyev Maqsud Əlisahib oglu.
15.11.2021-ci il.
2-12-2021, 20:31
Ölkədə bu gün ərzində peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 057 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 27 414 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.

Bütöv.az
2-12-2021, 20:29
Azərbaycanda 205 uşaq bağçasında nöqsanlar aşkarlanıb

Bu günə qədər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib.

Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirib ki, monitorinqlər zamanı 205 bağçada 1 236 nöqsan aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.

Qeyd olunub ki, AQTA ölkə üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamaları davam etdirir: "Bu ilin oktyabrın 4-dən başlayan yoxlamalar çərçivəsində məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl olunması yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən bağçalarda yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.

Bütöv.az
2-12-2021, 20:22
Hərbi cinayətlər xeyli azalıb - Firad Əliyev

Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə işgüzar fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Axar.az xəbər verir ki, bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!