Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
5-01-2022, 11:14
Azərbaycanda bu dərmanın istifadəsi QADAĞAN OLUNDU

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

Bu barədə Bütöv.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

"Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, topdan və pərakəndə satışı dayandırılıb"- mərkəzdən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə “EQİS əczaçılıq zavodu” QSC-yə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide 0010319 seriya (2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blister, “Svvissmed Service” MMC şirkətinin müraciətinə əsasən Sloveniyanın “Lek Pharmaceuticals d.d.” şirkətinin istehsalı olan KN0066 seriya ilə buraxılmış 50 mg tərkibli örtüklü tabletlər №50 və 028361 seriya ilə buraxılmış “Fosfalyugel” ticarət adlı dərman vasitəsinin Azərbaycanda satışı qadağan edilib.
5-01-2022, 10:31
Kamran Əliyevdən kadr dəyişikliyilə bağlı ƏMR

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.

Bütöv.az
5-01-2022, 10:06
Dünya bazarında neftin son qiyməti

Dünya bazarında neftin qiyməti cüzi azalıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası ticarət əməliyyatlarının gedişində Brent markalı neftin 2022-ci il mart müqaviləsinin dəyəri 0,01% azalaraq 79,99 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2022-ci il fevral müqavilənin dəyəri də 0,06% azalaraq 76,94 ABŞ dolları təşkil edib.
5-01-2022, 10:03
Təbii qazın qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,65% artaraq 3,74 ABŞ dolları təşkil edib.
Gülər Seymurqızı
4-01-2022, 20:41
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 183 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, buster doza üzrə vaksinasiya olunanların sayı isə 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 548, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 760, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 357 təşkil edir.

Bütöv.az
4-01-2022, 17:41
Beyin nəyi xoşlamır? - Xeyirli və zərərli vərdişlər

Rumıniyanın professoru, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı açıqlama edib.

Bu vaxta kimi 23.000 beyin əməliyyatı icra edən tanınmış həkim deyir ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. Çox adam ödünün, mədəsinin qeydinə daha çox qalır, nəinki beyni. Ümumiyyətlə, beyni ilə necə davranacağını bilmir.
Bütöv.az medicina.az-a istinadən beyninə xeyir və zərər verəcək səbəbləri təqdim edir
-Səhər yeməyini unutduqda və ya bilərəkdən imtina etdikdə beyin əziyyət çəkir.
Ayaq üstə, maşında və telefona baxa-baxa yemək beyni gərginləşdirir
-Beyninizə təmiz, sağlam, yağsız qida lazımdır. Şəkərdən tam imtina etmək olmaz, heç olmasa bal yeyin.
-Qara şokolad, su beyinə çox lazımdır.
-Əgər siz gündə 10 saat planşet, telefon, komputerdə asılıb qalmısızsa, elə hesab etməyin ki, bu beyinin xoşuna gəlir və ona yaxşı informasiya "yedizdirdiyinizə” görə sizə minnətdar olacaq.
-Beyin virtual yox, əyani, real ünsiyyət üçün yaranıb. Bütün günü sosial şəbəkələrdə danışmadan yazışmaq beyini izolyasiya edir
-Beyin səhər tezdən oyanmağı sevir. Onun oyanma vaxtı 7-8 arasıdır. Əgər onu yatmağa məcbur etsəniz, o əziyyət çəkəcək
-Yuxu zamanı beyin yatmır və işləyərək digər orqanlara nəzarət edir. Siz bu zaman onun digər köməyindən də istifadə edə bilərsiz. Əgər çətin bir sual, məsələ, iş varsa, çıxış yolu tapmırsızsa, yuxudan öncə həmin sualı beyinə verin və ona tapşırın ki, bu tapşığırığı işləsin. Sabahı gün artıq cavab sizə gələcək. Beyin fikirlə reallıq arasında əlaqə yaradıb, mümkün həll yolunu ideya olaraq sizə ötürəcək.
-Beyin bu 3 şeyi xoşlamır: yağ, tütün və alkoqol.
Siqaret ürək damar kimi beyinə də mənfi təsir edir.
Eləcə də duz ona ziyandır
-Ət beyinə lazım olmasa da, bütün bədənə lazımdır. Ona görə yağsız ət qəbul edin
-Kakao, bal, şərbət, tünd şokolad – beynin həzzidir.
-Beynin aktiv saatları: səhər 10:00- 12:00 və 16:00-18:00 arası olur.
-Əgər zehni iş çox yorsa, çox tünd olmayan qəhvəni aram-aram içə bilərsiz
-Beyin gülüşü, zarafatı sevir. Tez-tez gülün, güldürün.
-Beyni məşq etdirin: çox gəzmək, ətrafda, təbiətdə detallara baxmaq, yeni bir şeylə məşğul olmaq, film, kitab və s. Eləcə də krosvord həll edin
-Beyin üçün hərəkətlər: yazmaq, gəzmək və nitq.
-50 yaşdan sonra rəqslərə getməyin Alsgeymer xəstəliyini önlədiyi sübut olunub
-Beyni zibildən təmizləyir: 6 saatlıq gecə yuxusu
4-01-2022, 17:34
DSX-nin hərbçilərini öldürən şəxs barəsində HƏBS QƏRARI - RƏSMİ - VİDEO

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Bütöv.az
4-01-2022, 17:19
İlham Şaban: “Bu il ölkəmizdə AVRO-5 standartlarına uyğun dizel istehsal olunacaq”

Hazırda oxunan: İlham Şaban: “Bu il ölkəmizdə AVRO-5 standartlarına uyğun dizel istehsal olunacaq”

“Gələn il Azərbaycanda Heydər Əliyev adına Neftayırma Zavodunun ilk dəfə olaraq “EURO-5” standartlarına uyğun yanacaq istehsal etməsi planlaşdırılır. Belə ki, gələn ilin ikinci rübünün sonlarından etibarən zavod tərəfindən yüksək standartlara cavab verən dizel yanacağı istehsal olunacaq. Bu Azərbaycanda ekoloji baxımdan çox bərbad vəziyyətdə olan yanacağın, dünyada çoxdandır istifadə olunan yüksək səviyyəli yanacaqla əvəzlənməsi deməkdir”.

Bu fikirləri 2022-ci ildə Azərbaycanda enerji istehsalının dünya standartlarına uyğunlaşdırılması ilə bağlı gözləntilərini Bizim.Media ilə bölüşən enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.

Ekspertin fikrincə, sözügedən layihənin reallaşması ölkəmizdə keyfiyyətsiz dizel yanacağı səbəbindən ekologiyaya vurulan zərəri azaltmağa imkan verəcək:

“Onu nəzərə alaq ki, Avropada ekoloji standartların sərtləşdirilməsi ilə əlaqədar, istifadəsinə icazə verilməyən köhnə maşınları Azərbaycan istehlakçıları böyük fərəhlə ölkəyə gətirirlər. Təsadüfi deyil ki, bu il pandemiya dönəmi olmasına baxmayaraq, 60 min maşın idxal olundu. Bu rəqəm gələn il bəlkə də 70 mini də ötəcək. Bu avtomobillərin çoxu isə, ekologiyaya ağır zərərlər vurur. Bunun nəticəsidir ki, Azərbaycanda son 5 ildə dizel yanacağının istehlakı 2 dəfədən çox artıb. Hər nə qədər “yaşıl enerji” konsepsiyasından danışılsa da, paytaxtda havanın çirklənməsinin 80%-dən çox məhz avtonəqliyyatın üzərinə düşür”.

İlham Şaban 2022-ci ildə ekologiyaya ciddi zərər vuran bu cür vəziyyətin öz həllini tapacağına ümid etdiyini də qeyd edib:

“Bununla bağlı “barmağarası” baxış mövcuddur. İnsanlar üçün stimullaşdırma və avtomobil parkının yenilənməsi ilə bağlı qonşu Rusiyada 2010-cu, Qazaxıstanda isə 2014-ci ildən həyata keçirilən oxşar proqramların tətbiqi hələ də yoxdur. Ümid edək ki, yavaş-yavaş bu sahədə nə isə yeniliklər baş versin, yanacağımız dünya standartlarına cavab versin”.

Ekspert, gələn il iki “yaşıl enerji” layihəsi üzrə işlərin start götürməsi ehtimallarını da dəyərləndirib:

“Bu il Energetika Nazirliyi alternativ enerji ilə bağlı Səudiyyə Ərəbistanı və BƏƏ ilə iki müqavilə imzalanıb. Lakin tikinti işlərinə hələ də start verilməyib. Ümid etmək olar ki, 2022-ci ildə hər iki əayihə üzrə tikinti işlərinə başlanılacaq və həmin işlərin 2024-cü ildə başa çatması proqnozlaşdırılır. Bundan sonra həmin stansiyalardan elektrik enerjisi tədarük etmək mümkün ola bilər”.

İlham Şaban enerji sahəsində 2022-ci ildə tətbiqinə başlanılacaq yeni qanun layihəsinin əhəmiyyətindən də danışıb:

“Bu il yeni qanun layihəsi qəbul olundu və Prezident tərəfindən imzalandı. Lakin onun tətbiqinə 2022-ci il 1 iyun tarixindən start veriləcək. Sözügedən qanun enerjidən rasional istifadə və enerji effektivliyinin artırılması ilə bağlıdır. Müstəqil Azərbaycanda enerjiyə yeni baxış dövrünü mən bu cür qiymətləndirərdim. Çünki binaların tikintisində, onların istiliyi saxlamaq qabiliyyəti layihələndirmə prosesində mütləq nəzərə alınmalıdır”.

Bütöv.az
4-01-2022, 17:12
Deputatdan taxılın bahalaşmasının qarşısını almaq TƏKLİFLƏRİ

“Taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənilir. Nəzərə alsaq ki, 2021-ci ilin 11 ayında Azərbaycan 1 milyon tondan artıq buğda idxal edib. Bu, məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir. 2020-ci ilin 11 ayında isə 1,2 milyon ton buğda idxal edilmişdi. Amma 1,2 milyon ton buğdaya 262 milyon dollar vəsait ödənmişdi. Rəqəmlərin müqayisəsi onu göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxarır”.

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov buğdanın qiymətinin artma səbəblərindən danışarkən deyib.
Deputat artımların qarşısının alınması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edir:
“Təbii ki, biz qiymət artımlarının qarşısını alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik. Əvvəlcə taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı. Xüsusən nəzərə alsaq ki, buğda strateji əhəmiyyət daşıyır. Bu baxımdan yüksək miqdarda buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər.
Bu da nəticə etibarı ilə həm istehsalın genişləndirilməsinə, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınmasına imkan verər”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!