Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                        İlham Əliyevlə Ərdoğan Naxçıvana hücumu müzakirə etdilər .....                        Paşinyan üçüncü dəfə Təhlükəsizlik Şurasını topladı .....                        Azərbaycan və İsrail XİN başçıları Naxçıvana hücumu müzakirə etdi .....                        İsrailli politoloq: İran Azərbaycanı regional münaqişəyə cəlb etmək istəyir .....                        Çin dünyaya dizel və benzin satışını dayandırdı .....                        Rusiyada general saxlanıldı .....                       
22-06-2022, 06:10
Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib

Türkiyənin Muğla vilayətində yerləşən meşəlik ərazilərdə üç fərqli nöqtədə eyni zamanda yanğın baş verib.
Hadisə ilə bağlı məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi hazırda yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Son məlumata əsasən, güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün deyil. Havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi də çətinləşib. Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.
Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.
Hidrometeoroloqlar iyunun 22-i günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən çox sayda helikopter və təyyarə ilə havadan söndürmə işlərinin aparılması planlaşdırılır.
Hadisə ilə bağlı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) verilən son açıqlamada ölkənin Burdur, Aydın, Dənizli və Antalya vilayətlərindən mütəxəssislərin bölgəyə cəlb edildiyi, Afyonkarahisar, Kütahya, İzmir və Uşakda yerləşən qrupların isə həyəcan vəziyyətinə gətirildiyi bildirilir.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgəyə gediblər.
21-06-2022, 15:36
Vanetsyan deputat mandatından imtina edir

Vanetsyan deputat mandatından imtina edir

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, Vətən Partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina edir. Bu barədə Vanetsyan sosial şəbəkə hesabında yazıb.
“Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı. Çünki bir neçə dəfə açıq şəkildə demişəm ki, artıq özümü bu parlamentdə görmürəm. Ermənistan vətəndaşları bizə bu hakimiyyətin dağıdıcı fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ verib. Lakin indiki parlament bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, - Vanetsyan bildirib.
21-06-2022, 14:22
Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak oldu

Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak oldu

Ukraynada ruslarla döyüşlər zamanı ABŞ vətəndaşı Stiven Zabelski həlak olub. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Stiven Zabelski mayın 15-də döyüş zamanı həlak olub:
“Onun ABŞ ordusunun veteranı olduğu və minaya düşərək öldüyü deyilir. Zabelskinin həyat yoldaşı və övladlığa götürdüyü beş uşağı qalıb”.
21-06-2022, 07:46
Energetika Nazirliyində görüş

Energetika Nazirliyində görüş

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə görüş keçirilib. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan və AYİB arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb. Elektroenergetika, bərpaolunan enerji və enerji səmərəliliyi istiqamətində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Xatırladaq ki, hazırda Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsi və kiçik miqyaslı bərpaolunan enerji layihələri üçün lazımi normativ çərçivənin formalaşdırılması istiqamətlərində əməkdaşlıq davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!