13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
19-10-2025, 11:06
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başladı


Üç boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib.
Yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.
Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək.
Nəsrin Abdullazadə (40 kq) də Avropa çempionatında ilk qarşılaşmasını aktivinə yazıb. Boksçumuz 1/8 finalda Ester Moloşanı (Macarıstan) mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29). Abdullazadə 1/4 finalda Esila Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq.
Leyla Mahmudlu (50 kq) isə 1/8 finalda Aleksandra Sinaqraya (İtaliya) qalib gəlib. Təmsilçimiz rəqibini 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə məğlub edib. O, ikinici görüşünü Adriana Munos Qinesə (İspaniya) qarşı keçirəcək.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
19-10-2025, 10:00
Yerdə maqnit qasırğası başladı


Yerdə maqnit qasırğası başladı

Yer kürəsində maqnit qasırğası başlayıb.
Bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib. Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.
Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.
19-10-2025, 09:25
Qan analizi ilə 50 növ xərçəng aşkarlanacaq


Qan analizi ilə 50 növ xərçəng aşkarlanacaq

Yeni tədqiqatın nəticələrinə əsasən, 50-dən çox xərçəng növünü aşkar edə bilən qan analizi diaqnozun qoyulma prosesini sürətləndirə bilər.
Şimali Amerikada aparılan sınaqlar göstərib ki, test xərçəngin geniş spektrini müəyyənləşdirə bilir və bu xəstəliklərin təxminən dörddə üçü üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.
Məlumata görə, aşkarlanan halların yarıdan çoxu xəstəliyin erkən mərhələsində olub ki, bu da müalicənin daha effektiv və bəzən tam sağalma ilə nəticələnməsi üçün əsas amillərdəndir.
ABŞ-nin “Grail” adlı əczaçılıq şirkəti tərəfindən hazırlanmış “Galleri” testi şişdən qoparaq qan dövranına düşən xərçəngə xas DNT fraqmentlərini aşkar edir. Hazırda bu test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir. Tədqiqat çərçivəsində ABŞ və Kanadadan 25 min yetkin insan bir il ərzində izlənilib. Onlardan təxminən 1 faizi müsbət nəticə alıb və bu halların 62 faizində sonradan xərçəng təsdiqlənib.
Layihənin rəhbəri, Oreqon Səhiyyə və Elmlər Universitetinin radiasiya tibb üzrə dosenti Dr. Nima Nabavizadeh bildirib ki, əldə olunan nəticələr xərçəng diaqnostikasına yanaşmanı əsaslı şəkildə dəyişə bilər. Onun sözlərinə görə, bu test çoxsaylı xərçəng növlərini daha erkən mərhələdə, müalicənin uğurla nəticələnmə ehtimalının ən yüksək olduğu vaxtda aşkarlamağa imkan verir.
Tədqiqat, həmçinin, göstərib ki, test mənfi nəticə göstərən insanların 99 faizindən çoxunda xərçəngin olmadığı düzgün müəyyən edilib.
19-10-2025, 09:09
Göygölün mərkəzində ər və arvadı maşın vurdu


Göygölün mərkəzində ər və arvadı maşın vurdu

Göygöldə iki piyadanı maşın vurub.
Hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Rayon sakinləri - 1950-ci il təvəllüdlü N.Mirzəyev və daha bir qadın yolu keçən zaman onları avtomobil vurub. Onlar xəstəxanaya çatdırılıb. Dərhal xəstələrə yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, xəsarət alanlar ər və arvad olub.
Fakt araşdırılır.
18-10-2025, 22:31
27 azərbaycanlı deportasiya edildi


27 azərbaycanlı deportasiya edildi

Bu ilin ilk doqquz ayında Gürcüstandan 27 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Gürcüstandan əcnəbilərin çıxarılmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.
18-10-2025, 21:10
“Beşiktaş” öz meydanında məğlub olub


]“Beşiktaş” öz meydanında məğlub olub

Türkiyə Super Liqasının 9-cu həftəsində "Beşiktaş" evdə "Gençlerbirliği"ni qəbul edib.
1:0 hesabı ilə öndə olan "qartallar" 2 dəqiqədə 2 top buraxaraq 3 xalı əldən veriblər.
Super Liqada bu mövsüm ilk ev oyununda məğlub olan "Beşiktaş" 13 xalla 6-cı, "Gençlerbirliği" isə 9 xalla 13-cü pillədə qərarlaşıb.
Səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edən "Trabzonspor" isə 3 xal qazanıb.
Bu qələbə ilə Qara dəniz təmsilçisi xallarını 20-yə yüksəldib, "Rizəspor" isə xalını 8-ə çatdırıb.
18-10-2025, 20:04
Ersin Tatardan Azərbaycanla bağlı paylaşım


Ersin Tatardan Azərbaycanla bağlı paylaşım

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.
O, bu barədə "X" sosial media hesabında yazıb.
"Can Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə ən səmimi duyğularımla təbrik edir, Azərbaycan Prezidenti, dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycana xalqımın sevgi, salam və səmimi ehtiramlarını çatdırıram", - paylaşımda qeyd olunub.
18-10-2025, 19:32
Zakir Həsənov Bred Kuperlə görüşdü


Zakir Həsənov Bred Kuperlə görüşdü

Oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Qonaqları salamlayan müdafiə naziri onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurlu islahatlardan danışıb.
General-polkovnik Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcud əlaqələrdən məmnunluq ifadə edib.
Admiral B.Kuper isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin əlaqələrimizin daha da güclənməsinə faydalarını vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirən qonaq əməkdaşlığımızın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.
18-10-2025, 19:00
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
O bu barədə "X" hesabında paylaşım edib.
“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, - paylaşımda qeyd olunub.
18-10-2025, 18:47
Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi


Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
Qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd edib. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını deyib.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!