20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
5-04-2026, 13:17
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb


Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb

Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Füzuli şəhərində yaradılan 3000 yeni iş yeri ölkəmizin güclü iqtisadi potensialının və davamlı inkişafının bariz nümunəsidir. Qoy doğma yurdlarımızda qurulan bu yeni həyat daim firavanlıq, sabitlik və əmin-amanlıqla müşayiət olunsun, gələcəyimiz daha da parlaq olsun", - paylaşımda bildirilib.
5-04-2026, 11:38
Əfqan Sadıqov deportasiya olundu - Gürcüstan DİN


Əfqan Sadıqov deportasiya olundu - Gürcüstan DİN

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.

***

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.
Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.
DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.
Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.
5-04-2026, 10:36
Humanitar körpü Azərbaycan oldu – 3 297 nəfər təhlükədən çıxarıldı


Humanitar körpü Azərbaycan oldu – 3 297 nəfər təhlükədən çıxarıldı

İrandan fevralın 28-i saat 8:00-dən aprelin 4-ü saat 10:00-dək Azərbaycana ümumilikdə 3 297 nəfər təxliyə olunub.
Təxliyə olunanların 572 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, Çinin 730, Rusiyanın 354, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, Hindistanın 238, Omanın 84, İndoneziyanın 68, İranın 134, İtaliyanın 44, Əlcəzairin 57, İspaniyanın 26, Almaniyanın 25, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun 11, Böyük Britaniya, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliyanın 9, Sudanın 8, Venesuela 7, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstan, Vyentam, Finlandiya, Qırğızıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
4-04-2026, 21:10
Bəzi bölgələrə qar yağır


Bəzi bölgələrə qar yağır

Saat 20:00 olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şahbuz, Şərur, Ordubad, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.
Yardımlıda saat 17:00-17:10 radələrində diametri 1,3 mm olan dolu düşüb.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.
4-04-2026, 20:56
Bakı yolları yenilənəcək - AAYDA


Bakı yolları yenilənəcək - AAYDA

Paytaxt sakinlərinin gündəlik həyatını asanlaşdırmaq və Bakı şəhərini beynəlxalq tədbirə layiqincə hazırlamaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir işləri uğurla icra olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülən işlər əvvəlcədən tərtib olunmuş xüsusi plan əsasında icra edilir.
İlkin plana əsasən təmir prosesi 23–30 mart bayram günlərini əhatə etməli idi. Lakin hava şəraitinin gözləniləndən daha qeyri-sabit keçməsi müəyyən ləngimələrə səbəb olsa da, qısa müddət ərzində təmir işlərinin başa çatıdırlması hədəflənir.
42 fərqli ünvanda intensiv işlər aparılmaqla ümumilikdə 151 849 kvadratmetr yol sahəsi yenilənəcək.
Gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti sayəsində yollar daha hamar, təhlükəsiz və rahat vəziyyətə gətirilir.
Həyata keçirilən bu tədbirlər paytaxtın yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və şəhərin beynəlxalq tədbirə yüksək səviyyədə hazır olmasına mühüm töhfə verir.
4-04-2026, 18:25
40 kiloqrama yaxın narkotik MƏHV EDİLDİ


40 kiloqrama yaxın narkotik MƏHV EDİLDİ

Ötən gün 40 kq yaxın narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 3-də ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə və 2970 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
4-04-2026, 03:00
“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları


“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları

2 aprel tarixində Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.
Hadisəyə səbəb olan münaqişə martın 26-da, mərhum ilə 22 yaşlı şəxs arasında toy məclisində başlayıb.
Bildirilir ki, ağır cinayətdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu toy günü qisas almaqla hədələyib. Dünən isə onu evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib.
Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan gənc hadisə yerində çoxlu qan itirərək həyatını itirib.
Yerli sakinlər bildirirlər ki, mərhum qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq öldürüb.
“Qışqırıq səsinə çıxdım. Artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi və bu həyətə daxil oldular. Yazıq hasardan tullanmaq istəyirdi, amma çatmadı. Onu yaxaladı və boğazını kəsdi. Eşitdiyimə görə, onların arasında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona “səni bağışlamayacağam” deyə hədələyib. Sonrada belə qisas aldı,” – deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib ki, yaralı gənc təxminən yarım saat kömək istəyib:
“Hamı qorxurdu, heç kim yaxınlaşa bilmirdi, çünki qatil bıçaqla silahlanmışdı. Mən gələndə artıq hamı çöldə idi, o isə qaçmışdı. Təcili yardıma belə zəng etməyə qorxurdular. Mən zəng etdim, amma artıq gec idi – hadisə yerində ölmüşdü. Boğazında dərin kəsik var idi, qan itkisindən həyatını itirdi”.
Qeyd edək ki, hadisə ilə bağlı saxlanılan 22 yaşlı şəxsə qarşı ittiham irəli sürülməsi gözlənilir. Araşdırma Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
4-04-2026, 00:26
Sumqayıtda qardaş qardaşı bıçaqladı


Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən yataqxanada qeydə alınıb.
İlkin məlumata görə, qardaşlar aralarında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, ona lazımi tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən C. Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
3-04-2026, 23:53
Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib


Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib

Qars vilayətinin Sarıqamış rayonunda Türkiyə və Azərbaycanın hərbçilərinin iştirakı ilə "Sarsılmaz Qardaşlıq - 2026" təlimi keçirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin X sosial media hesabında məlumat paylaşılıb.
"Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində "Sarsılmaz Qardaşlıq - 2026" təlimi uğurla həyata keçirilib", - məlumatda bildirilib.
Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.
3-04-2026, 23:42
Son 10 mövsümün tamaşaçı rekordu


Son 10 mövsümün tamaşaçı rekordu

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçı (2:2) rekordla əlamətdar olub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 21 min tamaşaçı izləyib.
Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/26 mövsümünün deyil, son 10 mövsümün yeni rekordudur.
Bir oyunu daha çox tamaşaçının izləməsinə sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ”la “Neftçi” arasında kubokun final görüşünü (1:0) 23 min izləyici seyr edib.
Bu gün keçirilən “Qarabağ” – “Sabah” matçı 2008-ci ildən PFL-in bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 5-ci göstərici kimi tarixə düşüb. Lakin daha çox tamaşaçı olan 4 oyunun hamısı kubokun final görüşləri olub. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma PFL bayrağı altındakı yarışlar üçün hər hansı bir komandanın ev sahibliyi etdiyi (final neytral meydanda keçirilir) ən çox tamaşaçı toplayan matç olub. Əvvəlki rekord 2016-cı il fevralın 14-də qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (1:2) 20 min 400 tamaşaçı olub.
Ümumiyyətlə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması sonuncu dəfə 2006/07 mövsümündə yaşanıb. Həmin vaxt “Neftçi” – “Xəzər Lənkəran” görüşünü 25 min nəfər izləyib. Bugünkü matçda isə sonrakı 19 mövsümün rekordu qeydə alınıb.
Qeyd edək ki, bu oyunadək mövsümün rekordu eyni komandaların eyni stadiondakı çempionat matçına məxsus idi. Misli Premyer Liqasının XXII turunun martın 1-də baş tutan matçında (3:3) 10 min 361 seyrçi qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!