Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
29-09-2025, 14:30
Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi


Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.
ADY-dən verilən məlumata görə, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.
Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq.
Bakı Limanı üzrə Vahid Keçid Mərkəzi əməliyyatların səmərəliliyini artıraraq ümumilikdə yükdaşıma əməliyyatlarının sürətinə müsbət təsir göstərəcək və sənədləşmə prosesinin daha rahat formada icrasını təmin edəcək. Mərkəzin fəaliyyəti idxal əməliyyatlarının daha çevik icrasına, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artmasına və ölkənin logistika sisteminin dayanıqlığının yüksəldilməsinə, Orta Dəhlizin rəqabətqabiliyyətini gücləndirərək Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Mərkəz həmçinin Azərbaycanın tranzit-logistika sistemində yeni sinerji yaradacaq. Yükdaşımaların sürəti və şəffaflığının artması həm beynəlxalq daşıyıcıların Azərbaycan ərazisindən keçən marşrutlara üstünlük verməsinə, həm də region ölkələrinin tranzit marşrut seçimində Orta Dəhlizin daha cəlbedici mövqeyə çıxmasına şərait yaradacaq. Bu cür optimallaşdırmalar ölkə gündəliyində mühüm yer tutan “qlobal nəqliyyat qovşağına çevrilmək” hədəfinə xidmət etməklə yanaşı, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq ticarətdə etibarlı tərəfdaş imicinin gücləndirilməsində xüsusi rol oynayacaq.
Qeyd edək ki, Bakı Limanının ADY-yə inteqrasiyası əməliyyat çevikliyinin artırılmasına, yüklərin daşınmasında vahid idarəetmə mexanizminin yaradılmasına imkan verib. Görülən işlərin nəticəsində Bakı Limanında 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (47 min TEU) ilə müqayisədə 48 faiz çoxdur. Vahid Keçid Mərkəzinin fəaliyyəti əməliyyatların daha da optimallaşdırılmasına xidmət edərək Bakı Beynəlxalq Dəniz Limanında yükaşırma göstəricilərinin davamlı artmasına gətirib çıxaracaq.
29-09-2025, 14:19
Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu


Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının müdafiəsiz yaşayış məntəqələrinin ərazilərində, həmçinin təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan, minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə hadisə yerindən fotolar da nümayiş olunub.
Sonra Tərtər rayonunun Əskipara kəndinin “ağ fosfor” tərkibli 122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.), Əkbərli Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət faktları üzrə və s. sənədlər tədqiq edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
29-09-2025, 14:16
Əməkdar artist Cabir İmanov VƏFAT ETDİ


Əməkdar artist Cabir İmanov VƏFAT ETDİ

Əməkdar artist Cabir İmanov vəfat edib.
O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.
Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
28-09-2025, 15:42
Loran Blan istefaya göndərildi


Loran Blan istefaya göndərildi

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi Loran Blanı istefaya göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yerli çempionatın son turunda “Əl-Nəsr”ə məğlubiyyətdən (0:2) sonra fransalı mütəxəssislə bağlı qərar verilib.
Qeyd edək ki, Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyulundan “Əl-İttihad”ı çalışdırır. Komanda onun rəhbərliyi altında ilk mövsümündə liqa və Kral kubokunu qazanıb. “Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatına ardıcıl üç qələbə ilə başlayıb və yalnız son turda uduzub. Komanda 4 turdan sonra 9 xalla 3-cü pillədədir.
27-09-2025, 21:22
“Neftçi” xal itirdi


“Neftçi” xal itirdi

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
“Neftçi” evdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib - 1:1
27-09-2025, 19:57
Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan


Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan

Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu sülh prosesində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu həlledicidir.
“Onun fədakarlığı, ardıcıllığı və prinsipiallığı qeyri-mümkün kimi görünənləri mümkün etdi. Ona görə də biz Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qərar verdik. Çünki biz öz nümunəmizdə Prezident Trampın bu ideyaya həqiqətən sadiq olduğunu gördük”,- deyə Paşinyan əlavə edib.
27-09-2025, 19:45
Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay


Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay

Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib:
“Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.
Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi. Çox istəyirdim ki, onu görüm. Dualarım yerinə yetdi”.
Ətraflı “Baku TV”nin reportajında:

27-09-2025, 18:45
Qarabağ sonsuza qədər Azərbaycandır!


Qarabağ sonsuza qədər Azərbaycandır!

Qarabağ sonsuza qədər Azərbaycandır.
Bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 27 Sentyabr- Anım Günü ilə əlaqədər "X" hesabında bildirib.
"Qəlbimizdə eyni hisslər, dilimizdə eyni musiqilərlə yaxşı gündə də, pis gündə də bir yerdə olmağa davam edəcəyik. İşğal altında olan Azərbaycan torpaqlarını azadlığa qovuşduğu şərəfli mübarizənin ildönümü olan Anım günündə şəhidlərimizi rəhmət və ehtiramla yad edir, qazilərimizə can sağlığı, uzun ömür arzulayıram", - o yazıb.
27-09-2025, 18:21
Gəncədə 22 marşrut fəaliyyətə başlayır


Gəncədə 22 marşrut fəaliyyətə başlayır

Gəncə şəhərində 22 sayda avtobus marşrutu fəaliyyətə başlayır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, aşağıda qeyd edilən tarixlərdən yeni avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.


28 sentyabr:


• 1 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - Yeni Gəncə (28 May prospekti);

• 2 nömrəli marşrut – Heydər Əliyev prospekti - Şah İsmayıl Xətai prospekti - Dədə Qorqud küçəsi (dairəvi marşrut);

• 3 nömrəli marşrut – Yeni Gəncə (28 May prospekti) - Cümhuriyyət prospekti;

• 6 nömrəli marşrut – Şıxzamanlı qəsəbəsi - Bağmanlar küçəsi;

• 7 nömrəli marşrut – Poçt qəsəbəsi - Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu);

• 8 nömrəli marşrut – Dəmiryol deposu - Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);

• 9 nömrəli marşrut – Təbriz küçəsi - "Kəlbəcər" şəhərciyi.29 sentyabr:

• 4 nömrəli marşrut – İmamzadə türbəsi - Cümhuriyyət prospekti;

• 5 nömrəli marşrut – Y.Məmmədəliyev küçəsi - V.Qocayev küçəsi;

• 11 nömrəli marşrut – Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) - "Kəlbəcər" şəhərciyi;

• 14 nömrəli marşrut – Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) - N.Nərimanov küçəsi (Parkın ətrafı);

• G1 nömrəli marşrut – Göygöl Şəhər Mərkəzi Xəstəxanası - N.Nərimanov küçəsi (Parkın ətrafı).


30 sentyabr:


• 10 nömrəli marşrut – Poçt qəsəbəsi - N.Nərimanov küçəsi (Parkın ətrafı);

• 12 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - 1 nömrəli şəhər xəstəxanası;

• 13 nömrəli marşrut – Gəncə Beynəlxalq Avtovağzalı(Şəmkir istiqamətində) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

• 15 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

• 17 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası- İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);

• 18 nömrəli marşrut – N.Nərimanov küçəsi (Parkın ətrafı) -Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);

• 20 nömrəli marşrut – Ə.Xəqani küçəsi (hərbi hissə) - N.Nərimanov küçəsi (Parkın ətrafı).


1 oktyabr:


• 16 nömrəli marşrut – Məhsəti qəsəbəsi ( Ə.Xasməmmədov küçəsi) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

• 19 nömrəli marşrut – V.Qocayev küçəsi - "Grand" bazar;

• G2 nömrəli marşrut – Göygöl avtostansiyası - N.Nərimanov küçəsi (Parkın ətrafı).
27-09-2025, 15:34
Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO


Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO

Baş Prokurorluğun rəhbərliyi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Kamran Əliyev və prokurorluğun rəhbər heyəti şəhidlərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!