Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
28-11-2025, 15:49
AYNA-ya yeni səlahiyyət verildi


AYNA-ya yeni səlahiyyət verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.
Bu, Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
28-11-2025, 15:19
Bu su kanalının ətrafında yaşayanlara kompensasiya ödəniləcək


Bu su kanalının ətrafında yaşayanlara kompensasiya ödəniləcək

Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək.
Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.
Bundan başqa, Ağdaşda 32 tikili və 71 496 ədəd ağac qiymətləndiriləcək.
28-11-2025, 14:52
Yataqxanada yaşayırdılar, Qırmızı Bazara köçdülər - FOTO


Yataqxanada yaşayırdılar, Qırmızı Bazara köçdülər - FOTO

Noyabrın 28-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç karvanı yola salınıb.
Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 55 nəfərdən ibarət 16 ailə köçürülüb.
Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

28-11-2025, 14:38
Ramiz Mehdiyev Türkiyəyə yardıma qarşı çıxıbmış - YENİ FAKTLAR


Ramiz Mehdiyev Türkiyəyə yardıma qarşı çıxıbmış - YENİ FAKTLAR

Ümummilli Lideri Heydər Əliyevin 1993–1999-cu illərdə köməkçisi və Prezident katibliyinin rəhbəri vəzifələrində işləmiş Eldar Namazov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yeni faktlar açıqlayıb.
Eldar Namazov Mehdiyevin vaxtilə Türkiyəyə zəlzələyə görə yardıma mane olmağa cəhd etdiyini bildirib. Bu barədə o, jurnalist Akif Təvəkküloğluna müsahibəsində bildirib.
"90-cı ilərin ortalarında Türkiyədə dəhşətli zəlzələ olmuşdu. Həmin vaxt Azərbaycan mediasında Türkiyəyə yardım kampaniyası başladıldı. Televiziyada deyilirdi ki, SOCAR-ın I vitse-prezidenti İlham Əliyev də Türkiyəyə yardım kampaniyasına dəstək verib.
Sonra məlumat getdi ki, Müdafiə Nazirliyi Türkiyəyə yardıma başlayb. Bu yardımlara çadırlar, ləvazimatlar, dərmanlar aid idi. Həmin anda Ramiz Mehdiyev nazirliklərə zəng edib, hamısının üstünə təpinirdi ki, "siz niyə Türkiyəyə dəstək verirsiniz? Türkiyə bizdən varlı dövlətdir, Azərbaycan niyə Türkiyəyə dəstək verməlidir?".
Bu məsələ ilə bağlı Heydər Əliyev iclas keçirdi. Ramiz Mehdiyevi ayağa qaldırıb dedi, “sən nə danışırsan, Türkiyə bizə qardaş dövlətdir, fərqi nədir bizdən varlıdı, ya yox? Qardaş ölkədə zəlzələ olub, insan tələfatları baş verib, biz ora qardaş dəstəyimizi göndəririk. Yardımın həcminin mənası yoxdur, əsas odur ki, qardaş qardaşa kömək etməlidir".
Bu isə (Ramiz Mehdiyev-red) nazirliklərə, o cümlədən Müdafiə Nazirliyinə zəng edib, "siz niyə dövlət malını dağıdıb, Türkiyəyə yardım edirsiniz” deyib. Nazirliklər də ona cavab veriblər ki, prezidentin tapşırığı var, İlham Əliyev cənabları bu işdə işirak edir. O da SOCAR-ın xətti ilə Türkiyəyə yardım edir".
E.Namazov onu da qeyd edib ki, o zaman dövlət başçısının xarici səfərləri zamanı Ramiz Mehdiyev daxildə təxribatlara əl atırmış:
"Bundan başqa Azərbaycan Prezidenti nə zaman Avropa ölkəsinə səfər edirdisə, onun təyyarəsi səmaya qalxan kimi Ramiz Mehdiyev mütləq bir-iki "çepe" törədirdi, ya gözlənilmədən dava-dalaş düşür, ya da kimlərsə həbs olunurdu. Elə bir vəziyyət yaradırdı ki, Azərbaycan Prezidenti Avropada, yaxud başqa yerlərdə ölkənin maraqları barədə danışanda gündəlik tamam dəyişirdi. Aləm bir-birinə qarışırdı ki, Azərbaycanda nəsə baş verib. Bax, o rejimi hamı tutmuşdu. Azərbaycan Prezidenti xaricə səfər edəndə daxildə deyirdilər ki, hazırlaşmalıyıq. Prezident xaricə gedən kimi Ramiz Mehdiyev burada nəsə “çepe” törədəcək və bu, Azərbaycan Prezidentinin danışıqlarına da təsir göstərəcək. Bir sözlə, Ramiz Mehdiyev Azərbaycan Prezidentinin danışıqlarını ya pozmağa, ya da çətin vəziyyətə salmağa çalışırdı".
28-11-2025, 13:24
Məmmədbəyliyə köçən ailələrə evlərinin açarları verildi


Məmmədbəyliyə köçən ailələrə evlərinin açarları verildi

Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 33 ailə olmaqla, 177 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.





28-11-2025, 13:13
Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı


Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb.
Beləliklə, 12 noyabr 2025-ci il tarixli Sərəncamla R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb.
Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib.
Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir.
Redaksiya heyəti sədrinin müavinləri Akif Əlizadə (AMEA-nın həqiqi üzvü), İbrahim Quliyev (AMEA-nın həqiqi üzvü) və Anar Rzayevdir (Xalq yazıçısı).
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli (AMEA-nın prezidenti), məsul katibi Tofiq Nağıyevdir (AMEA-nın vitse-prezidenti).
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.
28-11-2025, 13:05
Keçmiş məhkum 10 kq narkotiklə tutuldu


Keçmiş məhkum 10 kq narkotiklə tutuldu

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Son olaraq paytaxtın Qaradağ rayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb. Onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağı planlaşdırdığını bildirib.
E.Kərimov barəsində başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 155 kiloqram müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

28-11-2025, 12:52
Xocavəndin Qırmızı bazar qəsəbəsinə 55 nəfər köçürüldü


Xocavəndin Qırmızı bazar qəsəbəsinə 55 nəfər köçürüldü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu gün Xocavəndin Qırmızı bazar qəsəbəsinə 16 ailə olmaqla 55 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
28-11-2025, 12:29
Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqləndi


Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqləndi

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi Qaydası təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Təlimlər Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra – Sifarişçilər) müraciətləri əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən keçirilir. Təlimlərin məqsədi minatəmizləyənlərə vəzifə və öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək üçün bilik, bacarıq və vərdişləri yüksək səviyyədə aşılamaqdır.
Təlimi bitirmiş şəxslərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi Agentliyin yaratdığı İmtahan Komissiyası tərəfindən iki mərhələdə aparılır. Qiymətləndirilmə zamanı verilən sualların və tapşırıqların sayı və məzmunu İmtahan Komissiyası tərəfindən müəyyən edilir. Nəzəri biliklərin qiymətləndirilməsi mərhələsi test üsulu ilə həyata keçirilir, sualların ən azı 70 (yetmiş) faizinə düzgün cavab vermiş şəxslər praktiki bacarıqların və vərdişlərin qiymətləndirilməsi mərhələsinə buraxılırlar. Praktiki bacarıq və vərdişlərin qiymətləndirilməsi mərhələsi sahə şəraitində nümayiş metodundan istifadə edilməklə həyata keçirilir. Bu mərhələdə verilən tapşırığı (tapşırıqları) müvafiq Standart Əməliyyat Prosedurlarının tələblərinə uyğun icra etmiş şəxslərə Agentlik tərəfindən sertifikat verilir.
28-11-2025, 12:21
Daha 48 nəfər Ağdama KÖÇÜRÜLDÜ


Daha 48 nəfər Ağdama KÖÇÜRÜLDÜ

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!