Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR .....                        Şamaxıda ağır qəza - ölən var .....                        Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp .....                        Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA .....                        Şairin küçədə meyiti tapıldı .....                        Özgür Özəl haqqında istintaq başladı .....                        Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi .....                        Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib .....                        Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi .....                       
9-07-2025, 19:13
Sabahın havası ilə bağlı SƏRT XƏBƏRDARLIQ


Sabahın havası ilə bağlı SƏRT XƏBƏRDARLIQ

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Ximətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
9-07-2025, 18:40
Rusiya Azərbaycanın iki şirkətinə qadağa qoydu


Rusiya Azərbaycanın iki şirkətinə qadağa qoydu

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") iyulun 11-dən etibarən Azərbaycanın iki istehsalçısından süd idxalına qadağa qoyub.
Bildirilir ki, Azərbaycan istehsalçıları olan "ALLBUY" MMC və "MILK PRODUCTS" MMC-dən bütün növ süd məhsullarının idxalı qadağan edilib.
Qərarın Azərbaycan müəssisələrinin Rusiya tərəfinin yoxlamalarını qəbul etməkdən imtina etməsi və onların öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı olmaması ilə bağlı olduğu iddia edilir.
9-07-2025, 18:37
Ramal Aslanov ifadə verdi: “Öncədən məlumatım olmayıb”


Ramal Aslanov ifadə verdi: “Öncədən məlumatım olmayıb”

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid, Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanov ifadəsində bildirib ki, o, daha öncə bu iş üzrə saxlanılıb: “Mənim bu hadisədən saxlanıldıqdan sonra xəbərim olub. Hadisə günü uşaqlarla bu olay baş verən məkanın yaxınlığında görüşüb, çay içib, domino oynamışdıq. Bildiyim qədəri ilə hadisənin səbəbi Ceyhunla Fuadın telefonla danışarkən bir-birlərini söyməsi olub. Bu dava ilə bağlı öncədən məlumatım olmayıb. İddia olunduğu kimi mən bunu planlamamışam. Tamamilə təsadüf olub. Əgər bilsəydim, belə hadisələrin baş verməsinə qəti imkan verməzdim”.
O əlavə edib ki, bu hadisədən öncə Fuad Zeynalovla mübahisəsi olub: "Bu hadisələrdən öncə Fuad Zeynalovla aramızda problem olub. Belə ki, o, komandamız məğlub olanda bizi dəstəyə gəlməmişdi. Söhbət əsnasında mənə qarşı hörmətsizlik də etmişdi. Lakin biz bundan sonra Fuadla barışdıq. Hətta şəhərdə görüşmüşük də. Bu hadisənin dava ilə əlaqəsi olduğunu düşünmürəm. Elnur bunu hörmətsizlik kimi qəbul etsə də".
Digər şahid Elvin Məmmədov da hadisə ilə əlaqədar daha əvvəl saxlanılıb. O bildirib ki, hadisə günü təqsirləndirilənlə birlikdə şəhərdə görüşüb çay içiblər: "Biz çay içib evə gedirdik. Mən arxada gedirdim. Saat gecə 2 idi. Qaranlıq olduğu üçün dəqiq görmədim, amma Ziko (Fuad Zeynalov-red.) ilə onların dava etdiyini gördüm. Bunun nə səbəbə baş verdiyini bilmirəm".
Növbəti proses iyulun 21-nə təyin olunub.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.
9-07-2025, 18:07
İlham Əliyev həmkarı ilə görüşdü - Mühüm saziş İMZALANDI


İlham Əliyev həmkarı ilə görüşdü - Mühüm saziş İMZALANDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı.
Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu.
Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi.
SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunuldu və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.
Sonra Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı.
Görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.
9-07-2025, 17:54
Səməd Vəkilov Qərbi Azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb.

Səməd Vəkilov Qərbi Azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb.

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin icrasına başlayıb. Bu barədə təşkilatın sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Qərbi Azərbaycandan məcburi köçürülərək Salyan rayonunda məskunlaşmış icmaların tarixi və mədəni irsinin araşdırılması, qorunması və ictimaiyyətə tanıdılmasıdır.
“Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deportasiya olunan və Salyanda məskunlaşan şəxslərin həyat hekayələrinin toplanması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfədir. Bu icmaların qeyri-maddi mədəni irsinin öyrənilməsi və sənədləşdirilməsi milli kimliyin qorunması baxımından vacibdir” – deyə Səməd Vəkilov bildirib.
Layihə çərçivəsində deportasiya olunan icmalarla bağlı kitab hazırlanacaq. Eyni zamanda Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri, maddi və qeyri-maddi mədəni irsi, toponimlərin dəyişdirilməsi, dini və tarixi abidələrin dağıdılmasını əks etdirən 5 televiziya verilişi çəkiləcək.
Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.
8-07-2025, 20:23
Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi


Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
O, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.
Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı "X" sosial şəbəkə hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksək səviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.
8-07-2025, 20:13
33 yaşlı qadın doğuş zamanı öldü


33 yaşlı qadın doğuş zamanı öldü

Sabirabadda doğuş zamanı 33 yaşlı qadın ölüb.
İmişli rayon sakini Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı həyatını itirib.
Ananın dünyaya gətirdiyi övlad isə sağ qalıb.
8-07-2025, 19:45
Nəriman Cəlilov Ərdoğanın qəbulunda


Nəriman Cəlilov Ərdoğanın qəbulunda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın bu ölkəyə yeni təyin olunnmuş səfiri Nəriman Cəlalovu qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya Xidmətindən bildirilib.
Görüş zamanı səfir dövlət başçısına etimadnaməsini təqdim edib.
Qeyd edək ki, N.Cəlalov bu ilin may ayında Türkiyəyə səfir təyin olunub. O, bundan əvvəl Krım Tatar Milli Məclisinin sədr müavini vəzifəsini icra edirdi.
8-07-2025, 18:49
Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi


Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Mülki Məcəllənin 377-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Mülki Məcəllənin 378-ci, 379-cu və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
8-07-2025, 18:43
Vardanyan növbəti dəfə hakim qarşısında


Vardanyan növbəti dəfə hakim qarşısında

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra Z.Ağayev bildirib ki, təqsirləndirilən Ruben Vardanyanın ötən iclasda verdiyi vəsatətlə bağlı cinayət işinin materialları nəzərdən keçirilib. Qeyd edib ki, məhkəmə onun və müdafiəçisinin verdiyi bütün vəsatətləri qiymətləndirib.
Ardınca Ruben Vardanyan məhkəməyə müraciət edib. Bildirib ki, daha əvvəl məhkəmə kollegiyası iclas protokolları ilə tanış olmaq üçün ona və müdafiəçisinə şərait yaradıb. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokollarda öz əksini tapmış qərarlarla tanış olmaq istəyirlər. Bundan başqa, müdafiə tərəfi müxtəlif tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarlardan çıxarışın da onlara təqdim olunmasını xahiş edib.
Vəkil Avraam Berman təqsirləndirilən şəxsin müraciətini müdafiə edib.
İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisinə istədikləri sənədlərlə tanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılıb, əvvəl olduğu kimi, yenə də şərait yaradılacaq.
Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.
Zərərçəkmiş Elməddin Lətifovun hüquqi varisi qismində ifadə verən Sabir Lətifov deyib ki, onun qardaşı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribat nəticəsində həlak olub.
Zərərçəkmiş Şamil Həsənovun hüquqi varisi Şiraslan Həsənov övladının Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini bildirib.
Zərərçəkmiş Şamxal Həmidovun hüquqi varisi qismində tanınaraq dindirilən Asif Şükürov qeyd edib ki, ki, Ş.Həmidov Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub.
Zərərçəkmiş Bəhruz Rüstəmlinin hüquqi varisi Mövlam Rüstəmli ifadəsində qardaşının Xocalı rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində qəlpə yaralarından öldüyünü bildirib.
Zərərçəkmiş Kamal Qasımovun hüquqi varisi Sevinc Qasımova oğlunun Xankəndi şəhəri istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib.
Zərərçəkmiş Pərviz Hünbətov ifadəsində deyib ki, Ağdam rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs diqqətə çatdırıb ki, hadisə zamanı Sadiq Qəhrəmanov həlak olub, Ramin Osmanov və Aqil Quliyev isə müxtəlif növ bədən xəsarətləri alıblar.
Məhkəmədə ifadə verən Elmir Qasımov isə dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında qeyd edib ki, o, Şuşa istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yanına düşərək partlaması nəticəsində sağ çiyin, sol ayaq, baş və bədənin müxtəlif nahiyələrindən çoxsaylı qəlpə xəsarətləri alıb.
Məhəmməd Mahmudov ifadəsində Xocavənd rayonu ərazisindən açılmış atəş nəticəsində kürəyindən xəsarət aldığını vurğulayıb.
Zərərçəkmiş Vəli Balabəyli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi istiqamətində atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandırarkən hadisə zamanı yanında olan daha iki nəfərin yaralandığını söyləyib.
Məhkəmədə ifadə verən Məhəmməd Kərimov isə Xocalı istiqamətində düşmənin snayperdən açdığı atəş nəticəsində boğaz nahiyəsindən yaralandığını, bir neçə şəxsin isə həlak olduğunu bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin sualına cavabında diqqətə çatdırıb ki, həmin vaxt düşmən ərazilərimizi iriçaplı silahlarla atəşə tutub.
Zərərçəkmiş Namiq Atakişiyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında vurğulayıb ki, o, Ağdam istiqamətində atılmış mərminin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb.
Zərərçəkmiş şəxs Oruc Məmmədov Xocavənd rayonu ərazisində atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.
Digər zərərçəkmiş Amin Cavadov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin içərisində olduğu maşının üzərinə düşərək partlaması nəticəsində xəsarət alıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hadisə zamanı Tural Ağcabəyov və Mirpaşa Mehdizadənin həlak olduğunu, özündən başqa daha dörd nəfərin isə yaralandığını söyləyib.
Zərərçəkmiş Etibar Hüseyinli ifadəsində deyib ki, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin ərazisində yerləşən əkin sahəsində piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Zərərçəkmiş Pərviz Qənbərov bildirib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində o, Rəşad Əliyev və Rəhim Nəsirov müxtəlif növ bədən xəsarətləri alıblar.
Zərərçəkmiş şəxs Mərkəz Sadıqov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun təxminən 7-8 metr yaxınlığına düşərək partlayıb və nəticədə çoxsaylı xəsarətlər alıb.
Zərərçəkmiş şəxs Valeh İbrəhimov deyib ki, düşmən tərəfindən atılmış “Faqot” tank əleyhinə idarə olunan raketin yaxınlığında partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.
Araz Usubov ifadəsində Xocavənd rayon ərazisində düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində ayaqlarından və boynundan çoxsaylı qəlpə xəsarətləri aldığını diqqətə çatdırıb.
Zərərçəkmiş Etibar Səfərov Kəlbəcər rayonunun ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət alığını söyləyib.
Orxan Kərəmli ifadəsində Ağdərə rayonu ərazisindən atılan minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib.
Zərərçəkmiş Vasif Yusupov Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində yaralandığını bildirib.
Etibar Baxışov isə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpə xəsarəti aldığını qeyd edib.
Bəhruz Nəzərov ifadəsində bildirib ki, Zəngilan rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində yaralanıb.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!