20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
21-03-2026, 21:03
Avtomobil 49 yaşlı piyadanı öldürdü


Avtomobil 49 yaşlı piyadanı öldürdü

Cəlilabadda qəzada piyada ölüb.
Hadisə rayonun Günəşli kəndində baş verib.
Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən piyada 49 yaşlı Ceyhun Rzayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
21-03-2026, 15:30
Qətlə yetirilən müəllim haqda yeni məlumat


Qətlə yetirilən müəllim haqda yeni məlumat

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin qətlə yetirilən müəllimi Pərvanə Abbasova iki uşaq anası idi.
Bu barədə həmin məktəbin yaxınlığında yaşayan valideynlər məlumat veriblər.
Valideynlərin sözlərinə görə, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova 118 saylı məktəbdə informatika fənnindən dərs deyirmiş.
36 yaşlı P.Abbasova Bakı kompüter kollecini bitirib və 2021-ci ildə müəllim kimi fəaliyyətə başlayıb.
Onu ərinin bıçaqlayaraq öldürdüyü bildirilir.
Qeyd edək ki, Suraxanı rayon prokurorluğunun yaydığı məlumatda qeyd edilib ki, ilkin araşdırmalarla Pərvanə Abbasovanın 1983-cü il təvəllüdlü Vasif Abbasov tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
21-03-2026, 12:28
Sabahın hava proqnozu açıqlandı


Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
21-03-2026, 12:12
Şahdağa qar yağıb - Faktiki hava şəraiti


Şahdağa qar yağıb - Faktiki hava şəraiti

Martın 21-i saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Martın 21-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5, Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib.
21-03-2026, 10:17
Vətən müharibəsi veteranı avtoqəzada həlak olub


Vətən müharibəsi veteranı avtoqəzada həlak olub

Vətən müharibəsinin iştirakçısı yol qəzasında həlak olub.
Bu barədə mərhumun dostları sosial şəbəkədə bildiriblər.
Kəlbəcər rayonunun Mərcimək kənd sakini, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü olmuş Ramin Nurəddin oğlu İsayev 19 mart 2026-cı il tarixdə avtoqəza zamanı dünyasını dəyişib.
Ramin İsayev Şuşanın işğaldan azad olunmasında iştirak edib.
Allah rəhmət eləsin!
21-03-2026, 09:38
Bakıda müəllim qətlə yetirildi: əri saxlanıldı - YENİLƏNİB


Bakıda müəllim qətlə yetirildi: əri saxlanıldı — YENİLƏNİB

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Suraxanı rayon prokurorluğunun məlumatında bildirilib.
İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi olub.
Saxlanılan Vasif Abbasovun onun əri olduğu deyilir.

***

Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.
20-03-2026, 15:33
İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri.

İmişlidə Novruzun rəngi, ruhu və

sənət nəfəsi – möhtəşəm bayram

tədbiri.


19 mart 2025-ci il tarixində İmişli şəhərində fəaliyyət göstərən Diferensial Təhsil Tədris Mərkəzində əsl bayram ab-havası yaşandı. Mirvarid Dilbazi Poeziya Məclisi İB və Diferensial Təhsil Tədris Mərkəzi-nin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı konserti və rəssam Gülnarə Məmmədovanın “Bahar ətrili” sərgisi tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.

Tədbirə rayon ictimaiyyəti, müəllim və şagird kollektivi böyük maraqla qatıldı. Bayramın ruhunu daha da zənginləşdirən məqamlardan biri isə milli irsimizin təbliği oldu. Xüsusilə Kəlağayı Muzeyinin eksponatlarının nümayişi milli geyimlərimizin və adət-ənənələrimizin qorunmasına diqqəti bir daha ön plana çıxardı.

Tədbiri Güllü Tomarlı açıq elan etdi. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Dövlət Himni səsləndirildi. Tədbirin aparıcısı kimi çıxış edən Güllü Eldar Tomarlı Diferensial Təhsil Tədris Mərkəzinin uğurlu fəaliyyəti, milli dəyərlərin təbliği istiqamətində görülən işlər və rəssam Gülnarə Məmmədovanın əsərlərinin məzmunundan bəhs etdi.

Daha sonra Tədris Mərkəzinin təsisçisi və direktoru Elşən Şəmmədli qonaqları salamlayaraq Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. O, çıxışında gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasının əhəmiyyətindən, mərkəzdə təhsil alan şagirdlərin uğurlarından və müəllim kollektivinin peşəkarlığından bəhs etdi.

Tədbirdə çıxış edən İmişli rayon Mədəniyyət idarəsinin rəisi Nazim Əzimov, "Xalq sözü" qəzetinin redaktoru Nizami As lanoğlu, rayon ağsaqqallarından Hüseyn Minbaşıoğlu, Seyid Rza, Murad Seyidov, rəssam Behbud Səfərov, və Təranə Qasımova öz təbriklərini çatdıraraq bu cür tədbirlərin milli dəyərlərin yaşadılmasında mühüm rol oynadığını vurğuladılar.

Gecənin ən təsirli məqamlarından biri görkəmli xanəndə Vahid Əliyevin çıxışı oldu.öz gözəl ifaları ilə muğamın sehrinə iştirakçıları heyran edən yaşlı xanəndə maraqlı çıxışları ilə xoş ovqat yaratdı. Azərbaycanın əməkdar jurnalisti, şair Avdı Qoşqarın çıxışı isə tədbirin digər ən təsirli məqamı oldu. O, gənclərə dəyərli tövsiyələrini çatdıraraq öz şeirləri ilə tədbirə xüsusi rəng qatdı.
Şair Birliyant Atəşin poetik çıxışı da qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Konsert proqramı bir-birindən rəngarəng musiqi nömrələri ilə yadda qaldı. Müğənnilər Natiq İmanov, Tural Əliyev, Röyal İmişli , saz ifaçıları Anar Xudiyev və Tunar Əzizov, Elgün İbrahimov və Tunar Məmmədov çıxışları ilə iştirakçıların zövqünü oxşadılar. Konsertə əsl bayram əhval-ruhiyyəsi bəxş etdilər.

Tədbirin ən maraqlı hissələrindən biri isə Diferensial Təhsil Tədris Mərkəzinin istedadlı şagirdlərinin ifasında təqdim olunan Kosa, Keçəl və Bahar qızı obrazları oldu. Bu səhnəciklər Novruzun qədim ənənələrini canlandıraraq tədbirə xüsusi rəng və canlılıq qatdı.
Bu möhtəşəm tədbir bir daha göstərdi ki, milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. İmişlidə keçirilən bu bayram tədbiri isə həm mədəniyyətin, həm də təhsilin vəhdətinin gözəl nümunəsi kimi yadda qaldı.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədliyə təşəbbüs və təşkilati dəstək üçün, möhtəşəm sərgi üçün gənc rəssam Gülnarəyə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
19-03-2026, 19:03
Xırdalanda qəza - Motosiklet sürücüsü öldü


Xırdalanda qəza - Motosiklet sürücüsü öldü

Xırdalanda ölümlə nəticələnən yol qəzası baş verib.
Qeyd edilib ki, Qalubiyyə küçəsində avtomobil motosikletə çırpılıb.
Nəticədə motosiklet sürücüsü dünyasını dəyişib.
19-03-2026, 18:40
ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır


ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır

ABŞ-nin Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20–24 mart tarixlərində bağlı olacaq və 25 mart tarixində fəaliyyətini bərpa edəcək.
Bu barədə səfirlik məlumat yayıb.
“ABŞ səfirliyi adından hər kəsə təhlükəsiz və xoş bayram arzulayırıq.Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız yaranarsa, +994 12 488 33 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yaxın Şərqdə olan ABŞ vətəndaşları üçün konsulluq məlumatı və ya yardım almaq məqsədilə Dövlət Departamentinin 24/7 fəaliyyət göstərən Qaynar Xətti ilə əlaqə saxlayın: xaricdən +1-202-501-4444, ABŞ daxilindən isə 1-888-407-4747”,-məlumatda deyilir.
19-03-2026, 18:28
Nazirin müavinlərinin sayı artırıldı


Nazirin müavinlərinin sayı artırıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.
Əvvəl nazirin dörd müavini var idi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!