Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
20-09-2024, 10:57
Diaspor təşkilatlarından Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanat


Diaspor təşkilatlarından Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanat

Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Niderland Krallığı hökuməti sentyabrın 13-də hazırkı səlahiyyət müddəti üçün planları özündə əks etdirən proqramı ictimaiyyətə təqdim edib vəbBu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunub:
"Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları isə bununla bağlı etirazlarını bildiriblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland Hökumətinin qərəzli mövqeyi barədə bəyanat yayıblar".
Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirdiyi vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığı, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinadının vacibliyi diqqətə çatdırılıb.
Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb.






20-09-2024, 10:45
Bakıda təmir olunan küçə və prospektlərin siyahısı


Bakıda təmir olunan küçə və prospektlərin siyahısı

Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunur.
Xüsusən paytaxt Bakı ərazisində yay tətili dönəmində hərəkət intensivliyinin azalmasından istifadə edilərək 20 ünvanda (küçə və prospekt) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yeni tədris ilinin başlanılmasına qədər yekunlaşdırılıb.
Bunlar Səbail rayonunda Teymur Elçin və Mehdi Hüseyn küçələri, Nərimanov rayonu, Atatürk prospekti, Yasamal rayonu Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək), Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən İ.Qutqaşınlı küçəsinədək), Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək), Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək), Əhməd Rəcəbli küçəsi (Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək), Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək), Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək), Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov prospektindən C. Xəndan küçəsinədək), 28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək), Mikayıl Müşfiq küçəsi ("Qurd" qapısından Bakı Şəhər DYP İdarəsinədək), Nizami küçəsi (Rəşid Behbudov küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək), Nizami küçəsi (Azərbaycan prospektindən Səid Rüstəmov küçəsinədək), Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol), Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək), Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək), Mətbuat prospekti və Həsənbəy Zərdabi küçəsidir.
Yay tətili zamanı başlanılan və yeni tədris ilinin başlanılmasına qədər təmiri yekunlaşdırılmış küçə və prospektlərin ümumi uzunluğu 27 390 metr təşkil edir.
Bundan başqa 3 ünvanda təmir işləri yay tətilindən öncə başlanılaraq yekunlaşdırılıb. Bunlar Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov pr-dən Ak.Həsən Əliyev küçəsinədək), Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxışı və Zığ şosesində Beton yoludur.
1 ünvanda isə - Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolunda (Yanardağa gedən yol) təmir işlərinə tətil zamanı başlanılıb və sentyabrın 17-də yekunlaşdırılıb.
Qeyd olunan ərazilərin ümumi uzunluğu 12 min metrdən artıqdır.
Hazırda təmir işləri 3 ünvanda - 8 Noyabr prospekti, Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək) və Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək) davam etdirilir ki, bu ərazilərdə işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
Təmiri davam edən ərazilərin ümumi uzunluğu 18 740 metr təşkil edir.
20-09-2024, 10:38
Ağdam Sənaye Parkında 400-dən artıq daimi iş yeri yaradılıb - AÇIQLAMA


Ağdam Sənaye Parkında 400-dən artıq daimi iş yeri yaradılıb - AÇIQLAMA

Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb.
Bunu açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımlı bildirib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2045 iş yerinin yaradılması nəzərdə tutulur.
Elçin Kazımlı, həmçinin qeyd edib ki, park Qarabağın dirçəldilməsinə böyük köməklik göstərəcək:
"Belə ki, dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında 6 sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Yeni açılışı olan müəssisələr sənaye parkında elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.
Bu sözügedən 6 müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdı. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək"- deyə o bildirib.
19-09-2024, 21:46
Amerikada koronavirusun yeni ştammı yayılır


Amerikada koronavirusun yeni ştammı yayılır

COVID-19 virusunun dünyada yayılmağa başlayan XEC adlı yeni variantı artıq ABŞ ştatlarının yarısında qeydə alınıb.
25 ştatda ştammın xarakterik mutasiyaları ilə ən azı bir yoluxma hadisəsi baş verib. Bəzi ştatlarda yoluxma 15-ə kimi yüksəlib. Tibb mütəxəssisləri daha əvvəl yayılmış ştammlardan fərqli olaraq bu variantla bağlı hələ ki, ciddi narahatlıq ifadə etməyiblər.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri virusun yanvarın ortalarında pik həddə çatacağını proqnozlaşdırıblar.
19-09-2024, 21:05
Ağdamın Xıdırlı kəndindən FOTOLAR


Ağdamın Xıdırlı kəndindən FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.
Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.




19-09-2024, 20:43
“İmarət” stadionunun təməli qoyuldu - FOTO


“İmarət” stadionunun təməli qoyuldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.
“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.
Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.
Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.
Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Dövlətimizin başçısı stadionun təməlini qoydu.
19-09-2024, 20:12
Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında


Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.
Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
19-09-2024, 17:46
Bakıda körpünün üzərində iki maşın yanır


Bakıda körpünün üzərində iki maşın yanır

Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə NİİM məlumat yayıb.
Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
19-09-2024, 17:27
Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir


Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.
Son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb.
Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb.
Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.
Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib.
19-09-2024, 17:00
3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX


3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX

İsrailin Livana həyata keçirdiyi kiberhücum nəticəsində İran səfiri də daxil olmaqla, 3000-ə yaxın insan yaralanıb, 10-a yaxın şəxs isə ölüb.
Xarici medianın məlumatına görə, İsrail kiberhücumu çağrı cihazlarına (peycer) edib. İlkin məlumata görə, İsrailin kiberhücumu nəticəsində istifadəçilərin çağrı cihazlarına siqnal göndərilib. Bəzi cihazlar istifadəçilərin əlində partlayıb, bir çoxu isə siqnal səsindən dərhal sonra partlayıb.

Bəs peycer nədir?

Peycer məlumat göndərmək üçün mobil rabitə cihazıdır. Mobil telefondan fərqli olaraq peycerdə məlumatı yalnız yazılı mətn şəklində göndərmək mümkündür.
Peycerdə hər bir cihaza ünvan kimi xidmət edən fərdi kod verilir. Bu yolla məlumat lazımi abunəçiyə çatır. Mesaj göndərmək üçün abunəçi operatora zəng etməli, peycer nömrəsini verməli və mesajın mətnini diktə etməlidir. Mətnin uzunluğu cihazın imkanları ilə məhdudlaşır (140 simvol).
Peycer ilk dəfə 1956-cı ildə "Motorola" tərəfindən təqdim edilib. İlk istifadəçiləri isə xəstəxana işçiləri olub.
Cihaz 1980-ci illərdə isə geniş yayılmağa başlayıb. Populyarlığının zirvəsində dünyada 163 milyondan çox insan peycerlərdən istifadə edib.
Məlumata görə, 2003-cü ilə qədər ABŞ-da peycer sənayesinin dövriyyəsi 6,2 milyard dollar, 2008-ci ildə isə 2,1 milyard dollar təşkil edib.
Dünyada peycerlərdən hələ də fövqəladə vəziyyətlərdə istifadə olunur, çünki peyjinq şəbəkələri mobil cihazlardan daha etibarlı rabitə təmin edir. 2021-ci ilin əvvəlində dünyada 2 milyondan çox peycer istifadəçisi var idi.
Livanda isə tez-tez elektrik kəsilməsi səbəbindən peycerlər populyardır və onları izləmək mobil telefonlardan daha çətindir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!