Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
12-09-2024, 16:21
Ağcəbədidə 26 yaşlı qız özünü güllələdi


Ağcəbədidə 26 yaşlı qız özünü güllələdi

Ötən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Laçın rayon Qarakeçdi kənd sakini, 1998-ci il təvəllüdlü Ülviyyə Baxşəlizadə yaşadığı Taxtakörpü qəsəbəsidəki evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.
Ü.Baxşəlizadə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
12-09-2024, 16:16
MSK Natiq Cəfərlinin şikayətini təmin etmədi


MSK Natiq Cəfərlinin şikayətini təmin etmədi

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai 1-ci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntularla bağlı iddialar araşdırılıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, bu barədə deputatlığa namizədliyi qeydə alınmış Cəfərov Natiq Mehman oğlu MSK-ya müraciət edib.
Namizəd iddia edib ki, dairənin 10, 21, 11, 18, 23, 32, 20, 38 saylı seçki məntəqələrində pozuntular qeydə alınıb.
Araşdırma zamanı iddia edilən pozuntuların əsasını tapmadığı müəyyən edilib. Namizədə seçki məntəqəsindən 10 videogörüntü təqdim edilib. Videolarda 1, 24 və 25 saylı seçki məntəqələrində səsvermə kabinlərindən iki nəfərin eyni anda çıxdığı görünüb. Məlum olub ki, həmin şəxslərin biri seçici, digəri isə ona kömək edən şəxsdir. Ona görə bu, qanun pozuntusu hesab edilməyib.
Müəyyən edilib ki, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.
R.İbrahimov əlavə edib ki, videoda əks olunan üç seçicidən biri gözdən əlil, digərləri də eyni şəkildə köməyə ehtiyacı olan şəxslər olub. Buna görə, həmin seçicilərin özəl durumu ilə bağlı seçici siyahısında qeyd aparılıb.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
12-09-2024, 16:08
Yol qəzasında ölən piyada Qarabağ qazisidir


Yol qəzasında ölən piyada Qarabağ qazisidir

Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümünə səbəb olan yol qəzası ilə bağlı yeni xəbər var.
Sentyabrın 10-da Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində “Daewoo” markalı avtobusla vurulan və nəticədə vəfat edən piyada Qarabağ qazisi imiş.
Hadisə yerində aldığı ağır xəsarətlərdən vəfat edən 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev Cəbrayıl rayonundandır, o Qarabağ müharibəsinin döyüşcüsü olub.
Mərhum E.Xudiyev cəbhənin Cəbrayıl, Zəngilan, Fizuli, Qubadlı, Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Onun qardaşı Eldar Kazım oğlu Xudiyev də I Qarabağ döyüşlərinin iştirakçısı olub.
Xatırladaq ki, hadisəni 46 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Akif Ələkbərli törədib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
12-09-2024, 15:53
Formula 1-ə saxta bilet satan şəxs saxlanıldı


Formula 1-ə saxta bilet satan şəxs saxlanıldı

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb.
Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.
Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Sonda bir daha qeyd edək ki, “Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.
12-09-2024, 14:38
Parlamentin yeni deputatları ilk bu qanunları müzakirə edəcək


Parlamentin yeni deputatları ilk bu qanunları müzakirə edəcək

Milli Məclisin payız sessiyasının plenar iclası Daxili Nizamnaməyə əsasən, sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Yeni çağırış Milli Məclisdə ilk müzakirə olunan mövzular COP-29-la əlaqədar olaraq ekoloji sahədə olacaq.
Belə ki, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bəzi məsələlərlə bağlı Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq edilməsi məqsədilə Milli Məclisə təqdim edilib.
“Heyvanlar aləmi haqqında", "Balıqçılıq haqqında", "Ovçuluq haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq olunması məqsədilə Milli Məclisə təqdim edilən qanun layihələri arasındadır.
Bununla bərabər "Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin meyarları haqqında təlimat, "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında" Əsasnamə təsdiq olunub. Hazırda 5 qanun layihəsi - "Atmosfer havasına atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında", "Qablaşdırma və qablaşdırma tullantılarının dövriyyəsi haqqında", "Heyvanlarla məsuliyyətli davranış haqqında", "Ekoloji maarifləndirilmə haqqında", "Yerin təki haqqında" qanun layihələri, "Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" razılaşdırılma mərhələsindədir.
12-09-2024, 13:14
Horadiz kəndinin 80 faizi minalardan təmizlənib


Horadiz kəndinin 80 faizi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları sürətlə davam etdirilir.
Bunu ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, minatəmizləmə əməliyyatları 3 üsulla aparılır, mexaniki vasitələrlə, itlərin dəstəyi ilə və əllə.
"Füzuli rayonun Horadiz kəndində də minatəmizləmə fəaliyyəti davam etdirilir. Artıq bu kəndin 80 faizi minalardan partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə işğaldan azad edilmiş ərazilər minalarla hədindən artıq çirkəndirildiyindən minatəmizləmə fəaliyyəti zamanı ANAMA əməkdaşları qarışıq tipli mina sahələri ilə də, üzləşirlər. Bu sahələrin mina xəritələri mövcud olmadığından qurğuların quraşdırılma sıxlığı və ardıcılığı bilinmir. Əsas təhlükə isə ən çox taxta və plastik gövdəli minaların illər keçdikçə hava şəraitinin təsiri altında deformasiyaya uğraması və partlayıcı qurğuların kənar təsir olmadan işə salınmasıdır".
12-09-2024, 12:47
Ceyhun Bayramov Lüksemburqdan olan həmkarı ilə danışdı


Ceyhun Bayramov Lüksemburqdan olan həmkarı ilə danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər Azərbaycan və Lüksemburq arasında mövcud münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində bu kimi təmasların əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.
Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12-09-2024, 12:12
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 13-
də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.
11-09-2024, 22:00
Dəmir yoluna çıxan qadını qatar vurdu


Dəmir yoluna çıxan qadını qatar vurdu

Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.
Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".
"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilir.
11-09-2024, 21:27
Bakıda avtomobil marketə çırpıldı - Yaralananlar var


Bakıda avtomobil marketə çırpıldı - Yaralananlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı marketə çırpıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Şahidlərin verdiyi məlumata görə sükan arxasında əyləşən qadın sürücü yanlışlıqla əyləcin əvəzinə qaz pedalını sıxaraq gəldiyi sürətlə də marketə çırpılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!