Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
10-09-2024, 17:27
Əhməd Əhmədovun məhkəməsi təxirə salındı


Əhməd Əhmədovun məhkəməsi təxirə salındı

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək proses oktyabrın 8-nə kimi təxirə salınıb.
10-09-2024, 17:09
7 yaşlı qızını dəmirlə döyən ana xəstəxanaya yerləşdirildi


7 yaşlı qızını dəmirlə döyən ana xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Xudat şəhərində 7 yaşlı qız anası tərəfindən zorakılığa məruz qalıb.
Hadisə ilə əlaqədar rəsmi qurumlar hərəkətə keçib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstə qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmələri və qançırları diaqnozu ilə daxil olub. Hazırda azyaşlının stasionar müalicəsi davam etdirilir.
Xaçmaz rayonunun Xudat qəsəbəsinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra televiziya kanallarında açıqlama verib. "Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü", - o qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, anası tərəfindən döyülən azyaşlı nəzarətə götürülüb. "Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - qurum rəsmisi əlavə edib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, hadisə ilə əlaqədar tibbi ekspertiza təyin edilib, ana sağlamlığı ilə əlaqədar ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
10-09-2024, 16:54
"Formula-1"ə görə 100-dən çox tibb işçisi təhkim olundu - FOTO


"Formula-1"ə görə 100-dən çox tibb işçisi təhkim olundu - FOTO

2024-cü il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün 30-dan çox (ehtiyat briqadalarla birlikdə) təcili tibbi yardım avtomobili, ümumilikdə 132 tibb işçisi təhkim olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün təhkim olunan tabeli tibb müəssisələrinin tibb heyəti ilə görüşüb.
TƏBİB rəhbəri yarışlarda tibbi xidmət göstərəcək təcili tibbi yardım briqalarına baxış keçirib və proseslə yaxından tanış olub.
Yarış xətti boyunca iştirakçılara, Formula-1 çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Bakıda təşkil olunan 2024-cü il Formula-1 Azərbaycan Qran Prisi üzrə idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün dənizkənarı bulvar boyu 6, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 təcili tibbi yardım avtomobili olmaqla, ümumilikdə 132 tibb işçisindən ibarət təcili tibbi yardım briqadaları təhkim olunub.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
12-15 sentyabr tarixlərində Bakı Kristal Zalda keçiriləcək tədbirdə isə 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.
Qeyd edək ki, TƏBİB 5 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.




10-09-2024, 16:46
Bu universitetin əməkdaşlarının maaşları 30% artırılacaq


Bu universitetin əməkdaşlarının maaşları 30% artırılacaq

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.
Bu barədə BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək.
Elmi Şura, həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.
9-09-2024, 23:57
Faciəvi şəkildə ölən gənc bu universitetin tələbəsi imiş


Faciəvi şəkildə ölən gənc bu universitetin tələbəsi imiş

Bu gün Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Fuad İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
9-cu mikrorayonda baş verən hadisə zamanı Fuad İsmayılov evdə tələbə yoldaşları ilə birgə olub.
Gənc ehtiyatsızlıqdan binanın həyətində dayanan avtomobilin üzərinə düşüb. Onun hadisə yerində dünyasını dəyişdiyi bildirilir.
21 yaşlı gəncin Azərbaycan İdman Akademiyasının ikinci kurs tələbəsi olduğu bildirilir. Ailədə iki uşaq olublar.
Faktla bağlı araşdırma aparılır.

9-09-2024, 22:46
Bərzani COP29-a dəvət edildi


Bərzani COP29-a dəvət edildi

Bu gün İraqın Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb.
Bu barədə region hökumətinin mətbuat xidməti bildirib.
Görüş zamanı səfir Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət təqdim edib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsinə də diqqət yetirilib, hər iki tərəf Azərbaycan və Kürdüstan regionu arasında daha sıx əməkdaşlığı asanlaşdırmaq üçün konsulluq xidmətlərinin yaradılmasının vacibliyini vurğulayıb.
9-09-2024, 21:23
Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat


Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinə yeni rəis təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon 39-cu Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Azər Quliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Bölməsinin rəisi (baş inspektor) təyin olunub.
Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Quliyev, bu təyinata qədər uzun illər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), daha sonra Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.
9-09-2024, 20:32
7 yaşlı qız döyüldü


7 yaşlı qız döyüldü

Xudat şəhərində azyaşlı döyülüb.
Hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.
Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.
Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
9-09-2024, 19:33
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA


İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA

Ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb.
Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.
9-09-2024, 19:13
Rəsmi Bakıdan Mirzoyana cavab


Rəsmi Bakıdan Mirzoyana cavab

Təəssüf ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib.
“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.
Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır.
Saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hal-hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.
Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 9 sentyabr tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında bildirib ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müddəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bununla yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çatdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!