Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ .....                        Ukrayna ilə Rusiya razılığa gəldi .....                        Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO .....                        Şəkidə ofisiant müdirini öldürdü .....                        Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir .....                        Hitlerin yəhudi olmadığı təsdiqləndi .....                        Alim Qasımova mükafat verildi .....                        Mbappe Bakıya gəlmədi - Baş məşqçi səbəb AÇIQLADI .....                        Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                       
6-09-2024, 17:55
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət etdi


ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Şəhidlər Xiyabanında ehtiramını bildirib.
O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığını ifadə edib.
6-09-2024, 17:47
Şuşada 32 ildən sonra ilk toy - FOTO


Şuşada 32 ildən sonra ilk toy - FOTO

Şuşanın toylu-büsatlı günləri yenidən başlayıb - 32 ildən sonra şəhərdə ilk dəfə toy mərasimi keçirilir.
44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.
Qeyd edək ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.




6-09-2024, 17:42
Özünü öldürən hərbçimiz bu rayondandır


Özünü öldürən hərbçimiz bu rayondandır

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlu intihar edib. O, odlu silahdan istifadə etməklə özünü öldürüb.
Hərbçimiz Bərdə rayonunun Həsənqaya kəndindəndir.
O, 2006-cı ildə həmin kənddə anadan olub. Hərbçimizin Həsənqaya kəndində dəfn olunacağı bildirilir.
Qeyd edək ki, fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib.
Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
6-09-2024, 17:35
Azər Rəşidoğlunun diaqnozu açıqlandı


Azər Rəşidoğlunun diaqnozu açıqlandı

Bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlunun son durumu ilə bağlı açıqlama verilib.
Bu haqda Azər Rəşidoğlunun yaxın dostu Rəsul Mirhəşimli danışıb:
“Dostum Azər Rəşidoğlunun Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatına məruz qalıb.
Qeyd edim ki, Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub. Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Əməliyyatda iştirak edən bütün həkimlərə və tibb işçilərinə də xüsusi təşəkkür edirəm.
Azər artıq palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər.
Allahın izni ilə Azər yaxın günlərdə xəstəxanadan çıxıb, əvvəlki enerjisi ilə işlərini davam etdirəcək”, - deyə R.Mirhəşimli bildirib.
Qeyd edək ki, A.Rəşidoğlu bir sıra KİV-lərdə, o cümlədən "Azadlıq", "Ayna-Zrkalo", "Bu gün", "Yeni Müsavat" qəzetlərində, APA agentliyində çalışıb. Jurnalistin hazırkı iş yeri "Qaynarinfo.az"dır.
6-09-2024, 16:51
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Millimiz aktivinə daha bir qızıl medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.
Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
6-09-2024, 16:38
Atasını döyərək öldürən şəxs anlaqsız vəziyyətdə imiş


Atasını döyərək öldürən şəxs anlaqsız vəziyyətdə imiş

Cari il aprelin 29-da Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Göyçay rayon prokurorluğundan verilən məlumata görə, istintaqla 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Kamal Əhmədova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri nəticəsində cinayət əməli törədilən zaman Kamal Əhmədovun anlaqsız vəziyyətdə olması, habelə cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etməsi müəyyən edildiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.
İş üzrə istintaq tamamlanaraq Kamal Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
6-09-2024, 16:30
Gömrük Komitəsinin böyük inspektoru həbs edildi


Gömrük Komitəsinin böyük inspektoru həbs edildi

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
6-09-2024, 16:26
AŞPA üzvlərinin Azərbaycana gəlməsinə bu halda icazə veriləcək - Prezident açıqladı


AŞPA üzvlərinin Azərbaycana gəlməsinə bu halda icazə veriləcək - Prezident açıqladı

AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.
Dövlətimizin başçısı bu sözləri Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
Prezident İlham Əliyev vurğulayıb: “Bu ilin yanvarında baş verənlər (AŞPA-da - red.) qırmızı xətti keçdi. <…> Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.
Prezident qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. “Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. <…> Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, - deyə dövlət başçısı əlavə edib.
6-09-2024, 15:47
İlham Əliyevdən Rusiya və Ukraynaya mühüm MESAJ: Biz hazırıq...


İlham Əliyevdən Rusiya və Ukraynaya mühüm MESAJ: Biz hazırıq...

Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.
O, bu sözləri Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”.
6-09-2024, 14:30
Rəsulzadənin “20 Yanvar” dairəsindəki şüarı yerinə qaytarılacaq? - AÇIQLAMA


Rəsulzadənin “20 Yanvar” dairəsindəki şüarı yerinə qaytarılacaq? - AÇIQLAMA

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarı əks olunan lövhə "20 Yanvar" dairəsi kimi tanınan ərazidəki səhiyyə müəssisəsinin binası üzərindən götürülüb. Lövhənin altında Azərbaycan bayrağı da əks olunmuşdur.
Bəs lövhə yerinə nə vaxt bərpa ediləcək?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev saytımıza bildirib ki, təmir işləri yekunlaşan kimi sözügedən lövhə öz yerinə qaytarılacaq.
"Hələ ki təmir işləri davam etdirilir", - o deyib.
Qeyd edək ki, sözügedən bina 1993-cü ildə tikilib və Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!