Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
28-10-2025, 16:30
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb - AÇIQLAMA


“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb - AÇIQLAMA

Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb.
Əhalinin mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər.
“Bolmart”ın qaynar xətti ilə əlaqə saxlanılıb.
Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil.
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi.
Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.
Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
28-10-2025, 16:25
Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR


Bakıda saxlanılan ruslarla bağlı YENİ QƏRAR

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbsi uzadılıb. Səbail Rayon Məhkəməsi onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb.
Bu barədə saxlanılanlardan Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib.
Rusiya vətəndaşları Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Onların İran vasitəsilə ölkəyə gətirilən narkotik vasitələrin tranziti və dövriyyəsi, həmçinin kiberfırıldaqçılıq halları ilə əlaqədar araşdırıldığı bildirilir.
Xatırladaq ki, 1 iyul tarixində Səbail Rayon Məhkəməsi həmin şəxslər barəsində dörd aylıq həbs qətimkan tədbiri seçmişdi.
28-10-2025, 16:18
Parlament Zəfər Günü bəyanat yayacaq


Parlament Zəfər Günü bəyanat yayacaq

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayacaq.
Bununla bağlı parlamentin oktyabrın 31-də keçiriləcək plenar iclasının gündəliyinə məsələ daxil edilib.
28-10-2025, 16:10
Milli Məclis bu tarixdə toplaşır - Gündəlikdə 11 məsələ var


Milli Məclis bu tarixdə toplaşır - Gündəlikdə 11 məsələ var

Milli Məclisin oktyabrın 31-də keçiriləcək payız sessiyası üzrə növbəti plenar iclasının gündəliyi açıqlanıb.
İclasda 11 məsələnin müzakirəsi nəzərdə tutulub.

Həmin məsələlər aşağıdakılardır:

1. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

2. "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
28-10-2025, 16:02
Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - FOTO


Xocavənddə daha 30 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan 20, Sos kəndinə çatan 10 ailəyə evlərinin açarları təqdim olunub.
Qırmızı Bazar və Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Qırmızı bazar qəsəbəsinə 20 ailə olmaqla 71 nəfər, Sos kəndinə isə 10 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb. Bugünki köç də daxil olmaqla Qırmızı bazar qəsəbəsində 30 ailə olmaqla 110 nəfərin, Sos kəndində isə 20 ailə olmaqla 89 nədərin məskunlaşması təmin edilib.

****

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Bu gün Qırmızı Bazar qəsəbəsi 20 ailə olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla 42 nəfərə qucaq açıb.
Azərbaycan dövləti tərəfindən hər iki yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.
Bununla, hər iki yaşayış məntəqəsinə artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki köçdə Qırmızı Bazar qəsəbəsində 10 ailə olmaqla 39 nəfər, Sos kəndində isə 10 ailə olmaqla 47 nəfərin məskunlaşması təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.









27-10-2025, 20:30
Naxçıvanda ağır qəza - Ölən var


Naxçıvanda ağır qəza - Ölən var

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
Hadisə Culfa rayonunun Camaldın kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı “Kia” markalı avtomobillə DAF markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Nəcəfova Gülnar Sakit qızı hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
27-10-2025, 19:18
Faciəvi şəkildə ölən Kəmalə tələbə imiş - FOTO


Faciəvi şəkildə ölən Kəmalə tələbə imiş - FOTO

Abşeron rayonunda binadan yıxılaraq həyatını itirən Kəmalə Əbilovanın fotosu yayılıb.
K.Əbilova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Fotonu təqdim edirik:

27-10-2025, 19:12
Konstitusiya Məhkəməsi qərar qəbul etdi


Konstitusiya Məhkəməsi qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2-ci və 218.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru F.Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsi, 71-ci maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin müddəalarından irəli gələrək, həmin Məcəllənin 211.2.2–211.2.6-cı maddələrində müəyyən edilən əsaslarla cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrıldıqda istintaq müddətinin axımı ilkin cinayət işinin başlandığı gündən hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsasla ayrılmış cinayət işi üzrə ibtidai istintaq müddəti ayrılma haqqında qərar qəbul edildiyi (yeni cinayət işi başlanıldığı) gündən hesablanır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz
27-10-2025, 17:54
Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat


Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat

“Bolmart” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir.
Bu haqda məlumatı “Barometr TV” teleqram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib.
Musavat.com-un məlumatına görə, “Bolmart” mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur.
Araşdırmaya görə, “Bolmart” brendinin arxasında Pro-Mart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, bu şirkət Az Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib. Hər iki qurumun 50 faiz payla ortaqlığı qeydə alınıb. “Bolmart”ın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə Bolmart Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub.
Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.
Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.
Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və Pro-Mart MMC barəsində inzibati icraat açılıb.
Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi.
Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Şirkət özünü “yerli brend” kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb.
Milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin vergidən yayınma və ya real gəlirləri gizlətmə ehtimalı daim gündəmdə qalır.
27-10-2025, 17:49
Ermənistan "3+3"lə bağlı Azərbaycanla müzakirə aparır


Ermənistan "3+3"lə bağlı Azərbaycanla müzakirə aparır

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.
Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!