Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                       
23-07-2024, 17:31
Vahid kart: Tələbələr bu imtiyazlardan istifadə edə biləcək


Vahid kart: Tələbələr bu imtiyazlardan istifadə edə biləcək

Azərbaycanda vahid tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Kartların gələn tədris ilindən istifadəsi nəzərdə tutulub. Rəsmi açıqlamada deyilir ki, sözügedən kart sayəsində tələbələr müəyyən endirimlərdən yararlana biləcəklər.
“Yeni tədris ilində biz ali təhsil müəssisələri ilə danışıb razılığa gəlmişik. Vahid tələbə kartı ilə bağlı həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. kimi müxtəlif endirimlər tətbiq ediləcək”, – deyə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elnur Nəsibov bildirib.
Təhsil üzrə ekspert Elnur Aydın Modern.az-a açıqlamasında bildirib ki, vahid tələbə kartı nəqliyyatda, müəyyən iaşə obyektlərində güzəştli imtiyazlar verən kart sistemidir: "Həmçinin, alış-veriş zamanı karta keşbeklər gələcək. Bu dünya praktikasında da çox yayılmış sistemdir. Kart sistemi mərhələli şəkildə olacaq və bütün bakalavr tələbələrinə aid edilməsi nəzərdə tutulub. Tələbərin nəqliyyat xərclərində vahid kart sistemində güzəştlər nəzərdə tutulub".
Qeyd edək ki, bir çox ölkələrdə istifadə edilən tələbə kartlarının aşağıdakı üstünlükləri var:


- İctimai nəqliyyatda (metro, avtobus, dəmiryolu, gəmi və sair) endirim təmin edir.

- İdman mərkəzləri, kinoteatrlar, teatrlar və əyləncə mərkəzlərində tələbələrə endirim təklif edilir.

- Muzey və mədəni tədbirlərdə endirimli və ya pulsuz giriş hüququ verir.

- Bəzi restoranlar və marketlərdə tələbələrə endirim təklif edir.

- Tələbə kartı ilə kitabxanalarda kitablar ala bilər, bəzi elektron resurslara (məsələn elektron kitabxanalar) daxil olaraq endirimlə və ya pulsuz istifadə etmə imkanı əldə edə bilərlər.

- Bəzi şirkətlər və müəssisələr tələbə kartı daşıyanlara təcrübə müddətində imtiyazlar təklif edə bilər.

Bu üstünlüklər ölkə və təhsil müəssisələrinin siyasətinə və tərəfdaşlıq proqramlarına bağlı olaraq dəyişə bilər. Tələbələr üçün vahid tələbə kartlarının əsas məqsədi təhsil və tədqiqat prosesini dəstəkləməkdir.
Nazirliyin rəsmi nümayəndəsi Elnur Nəsibov bildirib ki, vahid tələbə kartının yaradılması ilə bağlı hazırlıqlar davam edir:
“Kartın yaradılması barədə qərar qəbul olunmuşdu. Vahid kart vasitəsi ilə ödənişləri həyata keçirtmək, universitetə girişi təmin etmək, müxtəlif kampaniya və güzəştlərin həyata keçirilməsi mümkün olacaq. 1000-ə yaxın şirkətlərin siyahısı var, onlar tələbərin sosial vəziyyətini nəzərə alaraq endirimlər etməyə hazır olduqlarını bildiriblər. Bu barədə tədris ilinin əvvəllərində məlumat verəcəyik. Digər sahələrdə də dövlət tərəfindən müəyyən olmuş tariflər üçün razılaşma tələbi irəli sürülüb. Bu ilki addımın daha da inkişafı üçün Təhsilin İnkişaf Fondu universitetlərlə və özəl sektorlarun tərəfdaşları ilə birgə işləyirik. Təhsilin pilləsindən asılı olmayaraq tələbə adını daşıyan bütün şəxslərə aid olacaqdır", - o qeyd edib.
Təhsilin İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova isə deyir ki, kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub: "Buraya əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir. Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər".
Onun sözlərinə görə, kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. "Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər”, - o, "Kaspi" qəzetinə açıqlamasında bildirib.
N.Qədirova ictimai nəqliyyatda tətbiq olunacaq güzəştlərlə bağlı suala cavab olaraq bildirib ki, bu barədə də işlər həyata keçirilir: “Hazırda nəqliyyatla bağlı konkret təklif və ya addım yoxdur. Amma biz artıq işlərə başlamışıq, müəyyən qurumlarla görüşlər keçirmişik. Bu istiqamətdə endirimlərin, güzəştlərin əldə olunmasına cəhd edirik. Tələbələrin əsas problemlərindən biri ictimai nəqliyyat olduğu üçün bu istiqamətdə də fond olaraq çalışırıq”.
23-07-2024, 13:05
Fikrət Məmmədovun qızı YAP-ın namizədlər siyahısında - FOTO


Fikrət Məmmədovun qızı YAP-ın namizədlər siyahısında - FOTO

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri siyahısında keçmiş deputat və məmur övladlarının da adı yer alıb.
YAP-ın 48 saylı Abşeron birinci Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Nigar Məmmədova sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızıdır.
YAP tərəfindən namizədliyi irəli sürülmüş Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.

23-07-2024, 12:57
Abşeronda kişi arvadını pəncərədən atdı - Qadın öldü


Abşeronda kişi arvadını pəncərədən atdı - Qadın öldü

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 23-ü saat 7 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
23-07-2024, 12:40
Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişdi


Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişdi

Nazirlər Kabineti 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük orqanlarının malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər etməsinə və yaxud onu geri götürməsinə icazə verilən halların sayı artırılıb. Siyahiya aşağıdakı hallar da əlavə edilib:
- malların buraxılışı həyata keçirildikdən sonra 3 il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
- Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaqla, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
23-07-2024, 12:32
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 24-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti olacaq.
23-07-2024, 12:28
Xırdalanda 22 yaşlı qadını binadan atdılar - Əri tutuldu


Xırdalanda 22 yaşlı qadını binadan atdılar - Əri tutuldu

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadın binadan atılıb.
Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib. Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
22-07-2024, 21:43
Prezident Şuşada səsləndirdiyi fikirlər ərəb mediasında


Prezident Şuşada səsləndirdiyi fikirlər ərəb mediasında

Ərəb ölkələrinin aparıcı media orqanları Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərə geniş yer verib, eləcə də forumda müzakirə edilən mövzulara toxunublar.
Birləşmiş Ərəb Əmirliklərinin WAM, Misirin MENA, Sudanın SUNA rəsmi xəbər agentlikləri, eləcə də digər informasiya portalları yaydıqları informasiyalarda Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda tarixi transformasiyanın, tarixi-geosiyasi dəyişikliklərin baş verdiyini bildirdiyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin müasir tariximizdə mühüm hadisə adlandırıb.
Dövlətimizin başçısının ölkəmizin beynəlxalq əlaqələri, noyabrda Bakıda keçiriləcək COP29, Azərbaycanın iqlim dəyişmələri və yaşıl enerjiyə keçidlə bağlı məsələlərdə fəaliyyəti, eləcə də Ermənistanla normallaşma prosesi barədə fikirləri materialların ana xəttini təşkil edib.
Mavritaniya Xəbər Agentliyi, Misirin “Əxbar əl-yaum”, “əl-Əhram”, “əl-Yaum əs-sabi”, Mərakeşin “Parlament”, “Hurra press” saytları da Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından sitatlar gətirib, eyni zamanda, oxucularını Qlobal Şuşa Media Forumunda müzakirə edilən məsələlərlə tanış ediblər.
22-07-2024, 20:53
Sürət qatarı azyaşlını vurdu


Sürət qatarı azyaşlını vurdu

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
ADY-dən verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
"Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını itirib.
Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırıb: "Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar".
22-07-2024, 19:46
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi


Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.
Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və qarşısında duran vəzifələr və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri iştirak edib, məruzələr dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq, aidiyyəti qurumlara istilik xidmətlərinin keyfiyyətinin artırılması, istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi, istilik təchizatında fasilələrin yaranmaması, həmçinin digər təcili və təxirəsalınmaz addımlarla bağlı müvafiq tapşırıqlar verilib.
22-07-2024, 18:27
Oğuzda faciə: 11 yaşlı qız boğulub öldü


Oğuzda faciə: 11 yaşlı qız boğulub öldü

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
Hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!