Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
13-11-2024, 13:41
Ermənistan COP-a buna görə gəlməyib - Ekspert AÇIQLADI


Ermənistan COP-a buna görə gəlməyib - Ekspert AÇIQLADI

“Ermənistan nümayəndə heyətinin COP29-a qatılacağını istisna etmirəm”.
Bu fikri politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.
Politoloq qeyd edib ki, tədbir hələ 8 gün davam edəcək. Bakıdakı tədbirə açılışdan sonra qatılan rəsmilər də var:
“Ermənistanı təmsil edə biləcək rəsmi ona görə ilk gündən COP29-a qatılmayıb ki, açılışda Qarabağın işğaldan azad edilməsinə dair Prezident İlham Əliyevin çıxışındakı fikirləri və toplantıda azad olunan şəhərləri də göstərən filmi izləməliydi. Yəqin baş nazir Nikol Paşinyan düşünüb ki, bu halda başçılıq etdiyi hökumətə qarşı radikal müxalifət fəallaşacaqdı. Ona görə də tədbirin açılışında iştirak etməməyə qərar veriblər. Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyəti yoxdur. Nikol Paşinyan çox çalışırdı ki, Bakı İrəvanla yarımçıq sənədi imzalasın və o COP29-da iştirak etsin. Bu baş vermədi. Danışıqlar isə COP29-dan sonra dayandığı yerdən davam edəcək”.
13-11-2024, 13:03
Mixail Mişustin Bakıdadır - FOTO


Mixail Mişustin Bakıdadır - FOTO

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və rəsmi şəxslər qarşılayıblar.



13-11-2024, 12:50
İlham Əliyevdən müstəmləkə keçmişi olan dövlətlərə ÇAĞIRIŞ


İlham Əliyevdən müstəmləkə keçmişi olan dövlətlərə ÇAĞIRIŞ

COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.
Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.
“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyə dövlətimizin başçısı bildirib.
13-11-2024, 12:35
Prezident kiçik ada dövlətlərinin Sammitində - FOTO


Prezident kiçik ada dövlətlərinin Sammitində - FOTO

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.






13-11-2024, 12:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti sasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 0-5° isti olacaq.
13-11-2024, 11:56
Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik açıldı - FOTO



Prezidentlərin iştirakı ilə Xankəndidə fabrik açıldı - FOTO


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğu vurğuladı. Qeyd etdi ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq dedi ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.
İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd etdi. Şavkat Mirziyoyev nümayəndə heyətlərimizin yaxından işlədiyini, qarşıya qoyulan layihələrin uğurla icra edildiyini dedi.
Prezident İlham Əliyev ölkəmizə səfərə gələrək COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü bildirdi.
İmzalanan sənədlərin önəminə toxunan Azərbaycan Prezidenti dedi ki, yaşıl enerjinin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir.
Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirdi və burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğuladı.
Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq bildirildi, ölkəmizin Özbəkistanda ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Prezident Şavkat Mirziyoyev: Təbrik edirəm. Uğurlu başlanğıcdır.

Prezident İlham Əliyev: Burada həm Azərbaycan dilində, həm də özbək dilində yazılıb. Sözlər eynidir.

Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.
Mən Şavkat Miromonoviçə, bütün özbək dostlarımıza və qardaşlarımıza belə qardaşlıq münasibətinə görə bir daha minnətdarlığımı bildirir və bu müəssisənin açılışı münasibətilə sizi təbrik edirəm.

x x x

Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.







12-11-2024, 23:42
Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım


Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransdan paylaşım edib.



12-11-2024, 23:33
ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi


ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi

COP29 çərçivəsində metan və qeyri-karbon istixana qazlarına həsr olunmuş plenar iclas keçirilib.
İclas Azərbaycan, Çin və ABŞ-ın birgə təşkilatçılığı ilə təşkil olunub.
İclasda sammitin məqsədi, ambisiyaları artırmaq, fəaliyyətə imkan vermək, bütün maraqlı tərəflərə çatdırmaq, aydın siyasi iradə nümayiş etdirmək üçün COP29 planı ətrafında konsensus və impuls yaratmağın əhəmiyyəti qeyd olunub. Plenar iclasda İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) imkan verən müəyyən edilmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), Milli Uyğunlaşma Planları (NAP), uzunmüddətli aşağı emissiya inkişaf strategiyaları (LT-LEDS), uyğunlaşma üçün ambisiyaların artırılması və digər icra, dəstək vasitələrinə toxunulub.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev ABŞ və Çin ilə birgə belə bir plenar iclasın əhəmiyyətinə toxunaraq, iqlim dəyişikliyinə qarşı mübarizədə əməkdaşlığın vacibliyini bir daha qeyd edib.
12-11-2024, 22:46
Dünya liderləri Bakıda...


[b]Dünya liderləri Bakıda...[/b]

Noyabrın 12-də Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiyanın Baş nazirini Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər qarşılayıblar.

12-11-2024, 22:08
"Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi


"Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi

“Moldova Respublikası vətəndaşları adından sizə müraciət etmək mənim üçün böyük şərəfdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.
Bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Moldova Respublikasının Prezidenti Maya Sandu deyib.
Onun sözlərinə görə, ölkəsi iqlim dəyişikliyi ədalətsizliyinin parlaq nümunəsidir. Bildirib ki, Moldovanın qlobal tullantılara töhfəsi 0,03 faiz olsa da, bu ölkə Avropanın iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ən həssas regionudur.
“Temperaturun yüksəlməsi, uzun sürən quraqlıqlar, eləcə də gözlənilməz və güclü yağıntılar buğda və qarğıdalının məhsuldarlığını azaldır, Moldovanın iqtisadiyyatı və irsi üçün vacib olan üzüm bağları isə yeni problemlərlə üzləşir. Suya çıxış getdikcə çətinləşir, bu da həm kənd təsərrüfatına, həm də gündəlik həyata təsir edir. Dünyadakı kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlar çox vaxt bərpa üçün lazımi resurslara malik olmadığından bu yükü bölüşürlər. Bu, həssas ölkələrə üstünlük verən və onların davamlılığını artıran ədalətli və əlçatan iqlim maliyyələşmə sisteminə təcili ehtiyacı vurğulayır. İnkişaf etmiş ölkələrin dəstəyinə ümid etmək olduqca ədalətlidir”, - deyə M.Sandu bildirib.
Moldova Prezidentinin sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini sürətləndirmək üçün mövcud fondlar və proqramlar bürokratik prosesləri yüngülləşdirməlidir.
“Moldovada biz karbon qazı emissiyalarının azaldılmasına öz töhfəmizi veririk. İqtisadiyyatımızı çökdürən Rusiya-Ukrayna müharibəsinin yaratdığı çoxsaylı böhranlara baxmayaraq, biz daha yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirərək milli meşəsalma proqramına - meşələrin sahəsini 5 faiz artırmaq cəhdinə başlamışıq. Resursların məhdudluğuna baxmayaraq, biz bu məqsədi planetin və gələcək nəsillərin sağlamlığı, havanın keyfiyyətinin, biomüxtəlifliyin və torpaqların yaxşılaşdırılması üçün həyata keçiririk.
Son qlobal enerji böhranları bizi tez hərəkət etməyə məcbur etdi. Biz enerji səmərəliliyi hesabına istehlakı azaldırıq və bərpaolunan enerji mənbələrindən istifadəni genişləndiririk. Lakin meşələrin salınması və karbonsuzlaşdırma baha başa gəlir və daha ardıcıl dəstəklə biz bu ekzistensial səyləri sürətləndirə bilərdik.
Qlobal istiləşmə biz digər böhranları həll edənə qədər gözləməyəcək. Planetin böyük ərazilərini yaşayış üçün yararsız hala gətirmək riski ilə hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək. Bizim bugünkü həmrəyliyimiz Yer kürəsinin gələcəyini müəyyən edəcək”, - deyə Moldova Prezidenti qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!