KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
29-06-2024, 11:51
Mirzoyan Azərbaycanla sülhdən danışdı


Mirzoyan Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin Cənubi Qafqazda sabit sülh nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb.
Bu barədə o, alban həmkarı İqli Hasani ilə görüşdə danışıb.
Mirzoyan normallaşma prosesini Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forumda alban həmkarına təqdim edib.
Görüşdə Ermənistan-Albaniya münasibətlərinin inkişaf perspektivləri də müzakirə olunub.
29-06-2024, 11:28
Gəncədə qorxunc hadisə: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı


Gəncədə qorxunc hadisə: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı

Gəncədə 3 nəfər yanıq xəsarəti alıb.
Şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumatı təsdiq ediblər:
"Araşdırmalarla müəyyən edilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb. Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.
28-06-2024, 23:47
Təbrik edirəm!


Təbrik edirəm!

Çox Hörmətli, Cənab Nazir!
Sizi 28 iyun-doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür, şərəfli peşənizdə, xidmətinizdə uğurlar arzulayıram.
Uca Tanrı Sizi qorusun!
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər
Birliyinin üzvü”, yazar,
jurnalist-araşdırmaçı
28-06-2024, 23:45
Laçının Sus kəndində məktəb fəaliyyətə başlayacaq? - AÇIQLAMA


Laçının Sus kəndində məktəb fəaliyyətə başlayacaq? - AÇIQLAMA

Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir.
Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Bugünədək minə yaxın ev və yaşayış kompleksi bərpa edilib və tikilib.
"Gənclər Laçın rayonunun dirçəldilməsində önəmli rol oynayır", - deyə o, əlavə edib.
Qeyd edək ki, Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
28-06-2024, 22:50
Su anbarı daşdı - 100-ə yaxın evi su basdı


Su anbarı daşdı - 100-ə yaxın evi su basdı

Hacıqabulda 100-ə yaxın evi su basıb.
Son günlər aramsız yağan yağılar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb.
Sakinlərin sözlərinə görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.
Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində 100-ə yaxın ev su içində qalıb. Eyni zamanda əkin sahələri su altındadır.
Hazırda təbii fəlakətin qarşısını almaq məqsədilə əraziyə FHN-nin və Rayon İcra Hakimiyyətinin müxtəlif təyinatlı texnikaları cəlb olunub.
28-06-2024, 18:33
Naxçıvan Ali Məclisi də buraxıldı - Seçki təyin edildi


Naxçıvan Ali Məclisi də buraxıldı - Seçki təyin edildi

Naxçıvan Ali Məclisi buraxılıb, sentyabrın 1-nə seçkilər təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iyunun 28-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sentyabrın 1-nə seçkilər təyin edilib.
28-06-2024, 18:22
MSK sabah seçkilərlə bağlı qərar verəcək


MSK sabah seçkilərlə bağlı qərar verəcək

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.
İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” qəbul ediləcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
28-06-2024, 18:14
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı


FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
28-06-2024, 17:55
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq


Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 29-da Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.
28-06-2024, 17:51
ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib


ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomat bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.
"Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermınistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək", - o deyib.
Qeyd edək ki, NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!