Xamenei ABŞ ilə danışıqlara razılıq verib .....                        Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik .....                        Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb .....                        Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb .....                        Laricaninin yerinə o təyin olundu .....                        Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub .....                        Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb .....                        “Parni iz Baku”nun daha bir üzvü vəfat etdi .....                        Xarq adası uğrunda döyüşlər başlayacaq .....                       
11-10-2024, 13:53
Bu yollarda elektron tərəzilər quraşdırıldı


Bu yollarda elektron tərəzilər quraşdırıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.
Agentlikdən bildirilib ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. Belə ki, 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə isə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.

Artıq 1-ci mərhələ üzrə 4 ərazidə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb:

1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə.

2. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində sol tərəfdə.

3. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə.

4. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə.

5 ərazi üzrə işlər davam etdirilir:

1. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə.

2. M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə.

3. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə.

4. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sağ və sol tərəfdə.

5. M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 44,9-cu kilometrində sağ və sol tərəfdə.

Daha 2 ərazi üzrə isə işlərə yaxın günlərdə başlanılacaq:

1. M-6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91.6-cı kilometrində sağ və sol tərəfdə.

2. “Zəfər Yolu”nun 21,4-cü kilometrində sağ və sol tərəfdə.

2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması planlaşdırılır. Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.

Məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzinin (Monitorinq mərkəzi) qurulması işləri də tamamlanıb. Bundan başqa, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanmaq üzrədir.
11-10-2024, 13:31
Leyla və Arzu Əliyevalar gənclərin ekoloji düşərgəsində - FOTO


Leyla və Arzu Əliyevalar gənclərin ekoloji düşərgəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin Yaşıl Təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.
“Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsi, IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən COP29 çərçivəsində təşkil edilir və 10-11 oktyabrda Qəbələ rayonunda keçirilib.
Düşərgədə Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gənc iştirak edir. Düşərgənin əsas məqsədi, noyabr ayında Bakıda keçiriləcək nüfuzlu COP29 tədbiri öncəsində gənclərin ekoloji məsələlərlə bağlı fikirlərini, gözləntilərini və təkliflərini dinləmək, onların bu sahədə fəallığını artırmaqdır.
İki gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vorkşoplarda iştirak edərək, ekoloji problemlərə dair yeni yanaşmalar əldə edəcəklər. Düşərgə, gənclərin bu mövzular üzrə biliklərini artırmaqla yanaşı, onların ekoloji problemlərin həllində fəal iştirakını təmin etmək və cəmiyyətin inkişafında mühüm rol oynayacaq fərdlər kimi formalaşmasına dəstək verməyi hədəfləyir.
Düşərgənin ilk günündə gənclər “Ətraf mühitin mühafizəsində gənclərin rolu” mövzusunda təşkil olunmuş vorkşopda qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Leyla Əliyeva düşərgə iştirakçılarının hazırladığı layihələri dinləyib və onların ekoloji təşəbbüslərinə yüksək qiymət verib.
Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva düşərgənin proqramı ilə yaxından tanış olub, iştirakçıların yaşadıqları çadır şəhərciyini ziyarət edərək onların gündəlik fəaliyyəti və düşərgə həyatına dair təəssüratlarını öyrəniblər.
Görüşün sonunda Leyla Əliyeva və Arzu Əliyeva gənclərlə birgə xatirə şəkli çəkdirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Gənclər isə öz növbələrində, düşərgənin təşkilində göstərdikləri dəstək və diqqət üçün Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkür ediblər.




11-10-2024, 13:15
COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var


COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var

COP29-da ən böyük gözlənilən yeniliklər danışıqlar prosesində iqlim maliyyəsi ilə bağlı qərarın verilməsidir. İqlim maliyyəsi ilə bağlı ilk dəfə əsaslı bir sənədin qəbulu gözlənilir. COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var. Onlardan ikisi xüsusilə vacibdir. Biri iqlim maliyyəsi, digəri karbon bazarlarının formalaşdırılması, tənzimlənən karbon bazarları ilə bağlıdır. Bu da Paris Sazişinin 6-cı maddəsi ilə əlaqədardır. Həmin iki qərarın qəbul edilməsi halında COP prosesi çərçivəsində tarixi nailiyyət hesab olunacaq.
Bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə müsahibəsində deyib.
"Bundan əlavə, biz 14 sədrlik təşəbbüsü irəli sürmüşük. Onların bəziləri COP prosesinə böyük yenilik gətirən təşəbbüslərdir. Bunlara İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu və COP Atəşkəsi Qlobal Təşəbbüsünü nümunə göstərmək olar. Bu gün etibarilə COP Atəşkəsi Qlobal təşəbbüsünə 127 dövlət qoşulub. Bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP tarixində ilk dəfədir ki, irəli sürülüb. İlk dəfədir ki, COP-lar tarixində hərbi fəaliyyətin iqlimə zərər vuran, emissiya yaradan bir fəaliyyət kimi təsbit olunması və buna görə də qlobal atəşkəsin elan olunması barədə qərara gəlinib və belə təşəbbüs irəli sürülüb. Hazırkı kontekstdə çox önəmli bir təşəbbüsdür. 127 dövlətin, 1100-dən artıq beynəlxalq, qeyri-hökumət təşkilatlarının, tanınmış şəxslərin, dini liderlərin həmin təşəbbüsə qoşulması onun əhəmiyyətinin göstəricisidir", - deyə Y.Rəfiyev qeyd edib.
11-10-2024, 12:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
11-10-2024, 00:03
Ermənilərin növbəti Gəncə terroru - 4 il...


Ermənilərin növbəti Gəncə terroru - 4 il...

Ermənistanın Gəncədə törətdiyi terrordan 4 il keçir.
11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər.
Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
10-10-2024, 22:54
Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq


Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq.
Bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, bu məqsədlə 2024−2027-ci illər ərzində içməli su və suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, suvarılan və suvarılması mümkün əkin sahələrinin müəyyən olunması və elektron xəritələşdirilməsi, irriqasiya və meliorasiya sistemlərinin layihələrinin işlənilməsi, magistral və təsərrüfatlararası suvarma kanallarının bərpası və inşası nəzərdə tutulur.
Məlumat bazası əsasında əkinəyararlı sahələrin elektron xəritələşdirilməsi, geniş miqyasda region üçün xas olan əkin növünün planlaşdırılması təmin olunacaq. Nəticədə içməli su və suvarma suyu üzrə idarəetmə sistemi müasirləşdiriləcək, suvarılan və suvarılması mümkün əkin sahələrinin suya tələbatı tam ödəniləcək.
10-10-2024, 22:37
Sumqayıtda yanğın


Sumqayıtda yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat verib. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan polietilen istehsalı sexində baş verdiyi və yayılma, o cümlədən yaxınlıqdakı evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 800 kv.m. olan polietilen istehsalı sexinin içərisində 200kv.m. sahədə yığılmış polietilen tullantıları və sexin dam örtüyünün taxta atmaları 300 kv.m. sahədə yanıb. Sexin böyük hissəsi və yaxınlıqda yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
10-10-2024, 20:03
Baş Prokurorluqdan Əhmədlə bağlı açıqlama


Baş Prokurorluqdan Əhmədlə bağlı açıqlama

“Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun, ümumiyyətlə, azad edilməsi demək deyil”.
Bu sözləri Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov deyib.
O qeyd edib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilib və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən "Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal" növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib: “Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə, Əhməd Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.
Orxan Səmədov bildirib ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına, məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır: “Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna CM-nin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək”.
10-10-2024, 20:00
İlham Əliyev strategiyanı təsdiqləyən fərman imzaladı


İlham Əliyev strategiyanı təsdiqləyən fərman imzaladı

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.
Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
10-10-2024, 19:40
Prezident COP29-la bağlı sənədi təsdiqlədi


Prezident COP29-la bağlı sənədi təsdiqlədi

Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!