Rusiya Qazaxıstanla müttəfiq oldu .....                        Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ .....                        Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar müzakirə edilib? .....                        Etimadı doğrultmayan məmurlar cəzalandırılacaq .....                        Paşinyan Zəngəzur dəhlizinin tikilmə vaxtını AÇIQLADI .....                        Təyyarə qəzasında Rusiya izi iddialarına rəsmi cavab: “Düşmən deyilik!” .....                        Kamran Əliyev onu rəis müavini təyin etdi .....                        Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu... .....                        Putin Tokayevin dəvətini qəbul etdi .....                       
21-05-2024, 14:16
"Kanal13" rəhbərinin həbs müddəti uzadıldı


"Kanal13" rəhbərinin həbs müddəti uzadıldı

Məhkəmə Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar verib.
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti bir ay uzadılıb.
Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
21-05-2024, 13:26
Özbəkistanlı həmkarlarımızı Bakıya dəvət edirik - Nazir


Özbəkistanlı həmkarlarımızı Bakıya dəvət edirik - Nazir

Noyabr ayında Bakıda COP29 tədbiri - BMT-nin növbəti iqlim konfransı təşkil olunacaq. Ölkəmiz ətraf mühitin mühafizəsinə sadiqdir. Azərbaycanın COP29-un ev sahibi seçilməsi iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə qlobal müzakirələrin inkişafında bizim fəal rolumuzu nümayiş etdirir.
Bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biz əhəmiyyətinə və miqyasına görə yeganə olan bu platformada özbəkistanlı həmkarlarımızın iştirakını mühüm hesab edirik və onları bu hadisə ilə əlaqədar bir daha Bakıya dəvət edirik”, - deyə nazir bildirib.
21-05-2024, 13:18
İlham Əliyev Rəisi ilə son görüşündən danışdı: "Önəmli qərarlar qəbul edilib"


İlham Əliyev Rəisi ilə son görüşündən danışdı: "Önəmli qərarlar qəbul edilib"

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə faciədən əvvəl iki saatdan çox birlikdə olduğunu, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edildiyini bildirib.
Bunu dövlət başçısı mayın 21-də İranın Azərbaycandakı səfirliyində İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdikdən sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbətində deyib:
“İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.
21-05-2024, 13:05
Rəisi Azərbaycan parlamentində də anıldı


Rəisi Azərbaycan parlamentində də anıldı

Milli Məclisdə helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən şəxslərin xatirəsi anılıb.
İclasda onların ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Dost və qardaş İran xalqına öz başsağlığımızı bildirirk. İran xalqına səbir və dözüm diləyirik”,- deyə Milli Məclisin spikeri Sahibə Qafarova bildirib.
Qeyd edək ki, bu gün – mayın 21-də Təbrizdə helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə vida mərasimi keçirilir.
Təbrizdən sonra həlak olanların cənazələri paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.
İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.
Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.
21-05-2024, 12:13
Leysan yağış, dolu və qar yağacaq - Sabahın havası


Leysan yağış, dolu və qar yağacaq - Sabahın havası

Mayın 22-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər dağlıq ərazilərdə, gündüz isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
20-05-2024, 20:41
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.
Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.
Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
20-05-2024, 19:57
Hidayət Heydərov dünya çempionu oldu


Hidayət Heydərov dünya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
20-05-2024, 19:48
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə


Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Mayın 20-23-də magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək üçün qabiliyyət imtahanlarına qeydiyyat aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı mayın 23-ü saat 23:59-dək aparılacaq.
Qeydiyyatdan keçən bakalavrlar mayın 27-dən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qabiliyyət imtahanlarının iyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan bakalavrlar müsabiqədə test imtahanının nəticəsi ilə iştirak edirlər.
Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.
20-05-2024, 18:23
Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO


Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası Seyminin sədri Dayqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əvvəlcə Latviya parlamentinin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Dayqa Mierinya Xatirə kitabını imzalayıb.
Görüşdə qeyd olunub ki, 2018-ci ildə 100 illik yubileylərini qeyd etmiş Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdirlər. Bu gün ölkələrimiz arasında siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Sahibə Qafarova inamını ifadə edib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcək.
İki il öncə Latviyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri, aparılan danışıqları məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd edib. Görüşdə parlament sədrlərinin, işçi qruplarının qarşılıqlı səfərlərinin, müntəzəm görüşlərinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, həmçinin parlamentlərin profil komitələri və komissiyaları arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda yaranmış yeni vəziyyət barədə məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, torpaqlarımızın 30 il işğal altında saxlanılmasına və münaqişənin həll olunmamasına səbəb ölkəmizə münasibətdə ikili standartların nümayiş olunması olmuşdur. Bu illər ərzində BMT TŞ-nin 4 məlum qətnaməsi və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər icra olunmayıb.
Üç gün öncə Cenevrə şəhərində Ermənistan parlamentinin spikeri ilə keçirilmiş ikinci görüşünün təfərrüatları barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirib. O deyib ki, sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur. Spiker Sahibə Qafarovanın sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də proses davam etdirilir.
Söhbət zamanı ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası barədə məlumat verilib. Mina terrorunun bu ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesini ciddi ləngidən amillərdən olduğu bildirilib.
Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdiyimiz bir vaxta təsadüf etdiyini deyən Latviya parlamentinin sədri ölkəmizə səfərini əlamətdar adlandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən qonaq, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını deyib. Qonaq, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib.
Azərbaycana səfəri çərçivəsində Qarabağ regionuna səfərindən söz açan Latviya parlamentinin sədri, Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratları ilə bölüşüb. O, deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu.
O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması 30 illik müddəti əhatə etsə də, xalqlarımız arasında mədəni əlaqələrin tarixi daha dərindir. Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.
Dayqa Mierina Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də şahidi olduğunu söyləyib. O, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.
Söhbət zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Milli Məclisin də COP29 çərçivəsində keçiriləcək tədbirlərə fəal qoşulacağını, bu çərçivədə Azərbaycan Parlamentinin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında da məlumat verib.
Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




20-05-2024, 18:10
Mincivana 3 min 146 nəfər köçürüləcək


Mincivana 3 min 146 nəfər köçürüləcək

Prezident İlham Əliyevin mayın 18-də təməlini qoyduğu Zəngilan rayonunun Mincivan qəsəbəsinə media-tur təçkil olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva media nümayəndələrinə bildirib ki, ərazisi 301,51 hektar olan Mincivan qəsəbəsinə birinci mərhələdə 3 min 146 nəfər köçürüləcək: “2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. Qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq".
Qurumun rəsmisi onu da vurğulayıb ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır: “Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!