Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
5-10-2024, 13:13
Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxıldı


Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxıldı

Naxçıvan Muxtar Respublikasında (MR) Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxılıb.
Tədbirdə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər və işçi heyəti, eləcə də Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, digər rəsmi şəxslər və ekokönüllülər iştirak edib.
Məqsəd biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması olub.
Bu gün həmçinin Uzunoba su anbarına 50 min sazan balığının körpələri, eyni zamanda Kəklik və Turac quşları təbiətə buraxılacaq.
5-10-2024, 12:59
Cüdoçumuz dünya çempionatının finalında


Cüdoçumuz dünya çempionatının finalında

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
100 kiloqramdan yuxarı çəkidə mübarizə aparan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Arsen Kadjayevə ipponla qalib gəlib. O, qızıl medal uğrunda qarşılaşmada Denis Batçayevlə (IJF) üz-üzə gələcək.
100 kiloqram çəki dərəcəsində çıxış edən Əjdər Bağırov isə yarımfinalda özbəkistanlı Muhammadsodik Sodikova uduzub. O, bürünc medal görüşündə iranlı Ali Reza Niksereştlə qarşılaşacaq.
Qeyd edək ki, hələlik bu dünya çempionatında Azərbaycan millisinin aktivində bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.
5-10-2024, 12:34
Bazar günü 28 dərəcə isti olacaq


Bazar günü 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
5-10-2024, 12:26
Zəfər xronikası - 5 oktyabrda azad olunan kəndlər


Zəfər xronikası - 5 oktyabrda azad olunan kəndlər

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

5 oktyabr - müharibənin 9-cu günü

• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bu barədə rəsmi twitter səhifəsində paylaşım edib.

• Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.

• Azərbaycan Ordusunun zərbələri nəticəsində Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 3 tankı məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Aprel döyüşlərində düşmənin altı tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin gedişində Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.

• Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 5-i saat 16:00-ya olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.

• İşğalçı ölkənin silahlı qüvvələri cəbhə bölgəsindən 100 kilometr uzaqlıqdakı Mingəçevir şəhərini raket atəşinə tutub, nəticədə 5 nəfər yaralanıb.

• Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntülərini paylaşıb.

• Ermənistan ordusunun Cəbrayıl istiqamətində atıb qaçdığı xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

• Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi, Bərdə, Gəncə və Mingəçevir şəhərlərini, Tərtər rayonunun Əskipara kəndini, Ağdam rayonunun Xındırıstan kəndini və cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxıb, əhalinin əmlakına külli miqdarda ziyan dəyib.
5-10-2024, 12:09
Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü


Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü

Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.
Hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb.
Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
5-10-2024, 11:51
Vitse-spiker ilk səfərini Gürcüstana etdi - FOTO


Vitse-spiker ilk səfərini Gürcüstana etdi - FOTO

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov vitse-spiker kimi ilk səfərini Gürcüstana edib.
O həmkarları ilə birlikdə Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın maliyyə vəsaiti hesabına (SOCAR) yeni inşa olunan uşaq bağçasının istifadəyə verilməsində iştirak edib.
Həmçinin, Baş nazirin dəvəti ilə Tbilisidən Saqarecoya qədər olan 4 zolaqlı Kaxeti şossesinin 85 kilometrlik hissəsinin 35 kilometrlik magistral yolunun açılışında iştirak ediblər.



5-10-2024, 11:46
Cəbrayıldakı məktəbdə pedoqoji heyət formalaşıb - Rəsmi


Cəbrayıldakı məktəbdə pedoqoji heyət formalaşıb - Rəsmi

"Prezidentin izi ilə" ənənəvi media tur iştirakçıları Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə olublar.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov jurnalistlərə bildirib ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Həmçinin, təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Bundan başqa F.Bədəlov məktəbdə pedoqoji heyətin formalaşmasının həyata keçirildiyini də diqqətə çatdırıb: "Sevindirici haldır ki, bütün müəllimlər Cəbrayıl şəhərinə köçürülən və Cəbrayıl rayonu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərdir. Məktəbdə bütün fənlər üzrə ixtisaslı kadrlar çalışır".
Xatırladaq ki, təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.









4-10-2024, 21:20
Təqaüddə olan müəllim intihar etdi


Təqaüddə olan müəllim intihar etdi

Masallı rayonu Dəmirçi kənd sakini Asif Abbaszadə intihar edib.
Asif Abbaszadə uzun müddət Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib.
İki ildir yaşı ilə əlaqədar təqaüddə olan Asif müəllimin hansı səbəbdən intihar etməsi məlum deyil.
4-10-2024, 20:03
Zakir Həsənov TEKNOFEST-də - FOTO


Zakir Həsənov TEKNOFEST-də - FOTO

Müdafiə naziri Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.
General-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.



4-10-2024, 19:07
NATO-Azərbaycan əlaqələri müzakirə edildi


NATO-Azərbaycan əlaqələri müzakirə edildi

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.
“NATO nümayəndələri ilə görüş keçirdik və NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə o, paylaşımda qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!