Rusiya Qazaxıstanla müttəfiq oldu .....                        Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ .....                        Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar müzakirə edilib? .....                        Etimadı doğrultmayan məmurlar cəzalandırılacaq .....                        Paşinyan Zəngəzur dəhlizinin tikilmə vaxtını AÇIQLADI .....                        Təyyarə qəzasında Rusiya izi iddialarına rəsmi cavab: “Düşmən deyilik!” .....                        Kamran Əliyev onu rəis müavini təyin etdi .....                        Uşaqlıq dostu ilə eyni gündə şəhid oldu... .....                        Putin Tokayevin dəvətini qəbul etdi .....                       
13-05-2024, 14:32
Kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəyik - Prezident


Kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəyik - Prezident

Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcək.
Bunu Prezident İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbulu zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub.
13-05-2024, 00:10
“Sumqayıt” ikinci pilləyə yüksəldi


“Sumqayıt” ikinci pilləyə yüksəldi

Mayın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti turun daha iki oyunu keçirilib.
Günün ilk matçında “Qəbələ” “Sabah”ı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Qəbələ”nin heyətində Allaş və Bauque fərqləniblər.
Bu məğlubiyyətlə “Sabah” avrokuboklar yolunda mübarizədə ciddi zərbə alıb. Belə ki, aktivində 52 xal olan “Sabah” 5-ci pillədə qərarlaşıb. “Qəbələ” isə 23 xalla sonuncudur.
Günün ikinci matçı Sumqayıtda oynanılıb. Burada “Gənclər şəhəri”nin təmsilçisi “Səbail”i qəbul edib. Oyunda sevinən tərəf meydan sahibləri olub. Rəqiblərinə 2:1 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
12-05-2024, 23:38
Bakıda 9-cu sinif şagirdini bıçaqladılar


Bakıda 9-cu sinif şagirdini bıçaqladılar

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə Əhmədli qəsəbəsində baş verib.
Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.
12-05-2024, 22:32
“Qalatasaray” və “Fənərbağça” qələbə qazandı


“Qalatasaray” və “Fənərbağça” qələbə qazandı

Mayın 12-də futbol üzrə Türkiyə Superliqasında 36-cı turun oyunları keçirilib.
Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Fənərbağça” turu itkisiz başa vurublar.
“Qalatasaray” səfərdə “Karagümrük”ü 3:2, “Fənərbağça” isə öz meydanında “Kayserispor”u 3:0 hesabları ilə məğlub ediblər.
Bu qələbələrdən sonra “Qalatasaray” 99 xalla turnir cədvəlinin lideridir. Ondan 6 xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan “Trabzonspor”un hesabında isə 61 xal var.
12-05-2024, 15:44
25 minə yaxın şagird və abituriyent imtahan verib


25 minə yaxın şagird və abituriyent imtahan verib

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunub. İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edib. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Qeyd edək ki, Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 30-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat 5 - 10 iyun tarixlərində olacaq.

12-05-2024, 15:32
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır


Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar.
Onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində məskunlaşıblar.
Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjorian Rusiya sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.
12-05-2024, 15:20
400-dən çox namizəd dövlət qulluğu imtahanı verib


400-dən çox namizəd dövlət qulluğu imtahanı verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
Dövlət qulluğuna qəbul imtahanı, həmçinin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (BB vəzifə qrupları istisna olmaqla) DİM-in yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda təşkil olunub.
Burada namizədlər kompüter vasitəsilə imtahanı veriblər. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında iştirakçıların şəxsi kabinetlərinə yerləşdirilib.
Xatırladaq ki, yeni imtahan korpusunda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olaraq, binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan verir.
Məhz bu texnologiya sayəsində Naxçıvanda keçirilən imtahan da elektron formada təşkil olunub və vahid mərkəzdən idarə olunub.
Yeni imtahan korpusunun fəaliyyətə başlaması biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır.

Dövlət qulluğuna qəbul imtahanı

İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 8 nəfər, AC4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 34 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Qeyd olunduğu kimi, AB, AC, BA vəzifə qrupları üzrə imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində keçirilib. Bu imtahanda 88 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1, AB4 altqrupu üzrə 3, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 6, AC4 altqrupu üzrə 4, BA1 altqrupu üzrə 4, BA2 altqrupu üzrə 13, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 70 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
12-05-2024, 14:31
Azərbaycanlı qol güləşçisi super ağır çəkidə Avropa çempionu oldu - FOTO


Azərbaycanlı qol güləşçisi super ağır çəkidə Avropa çempionu oldu - FOTO

Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində yarışan Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempinonatının qızıl medalını qazanıb.
Tərxan Müzəffərov super ağır çəkidə İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstandan olan güclü rəqiblərini məğlub edərək 1-ci yerin sahibi olub.
Qeyd edək ki, 2014-cü ildən bəri qol güləşi üzrə super ağır çəki dərəcəsində Azərbaycana heç bir medal gəlmirdi.
Tərxan Müzəffərovun bu çəkidə qızıl medal qazanması ilə son 10 ildə super ağır çəkidə Azərbaycana ilk medal daxil olub.


12-05-2024, 12:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
11-05-2024, 21:43
DİN-dən xəbərdarlıq


DİN-dən xəbərdarlıq

Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Bununla bağlı nazirlik sosial çarx hazırlayıb.
Xəbərdarlıqda deyilir: "Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!