Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
30-10-2024, 16:57
Ata məhkəmədə oğlunun qatilini bağışladı - “Buraxın, getsin”


Ata məhkəmədə oğlunun qatilini bağışladı - “Buraxın, getsin”

Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.
Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.
Danışdıqlarından məlum olub ki, zərərçəkmişlə hadisədən 20 gün əvvəl tanış olubmuş: “Bir-birimizi instaqramda tanımışıq. Xeyli yazışdıqdan sonra ondan borca pul istədim. Birinci dəfə borc verdi, dediyim vaxtda da qaytardım. Üstündən bir neçə gün keçdikdən sonra yenə pul lazım oldu. Bu dəfə ona müraciət edəndə dedi ki, gəl Balaxanıya, götür. Dediyi yerə getdim, amma pulu verməkdən imtina etdi. Nəsə mübahisə etməyə başladıq. Mənə qeyrət söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Yerə yıxıb bıçaqla boynuna iki zərbə vurdum. Öləndən sonra da izi itirmək üçün onun telefonunu, həmçinin cibindəki 3 manat pulu götürüb qaçdım”.
Təqsirləndirilən şəxs cinayətin necə baş verdiyini danışarkən, mərhumun zalda əyləşən anası Günel İmanova və babası hisslərini cilovlaya bilməyiblər. “Biz 18 il yetimçiliklə uşaq böyütmüşük. Necə rahat danışa bilərsən?”, - deyə qohumlar səslərini yüksəldiblər.
Məhkəməyə sədrlik edən hakim qohumlardan sakit olmalarını tələb edib.
Öldürülən gəncin atası Elçin İmanov prosesin davamında ifadə verib. Bundan əvvəlki iclasda o, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini demişdi.
Ata İmanov bu gün də əvvəl dediklərinin üstündə dayanıb. O, yenə də təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib: “Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram”.
Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib.
Qeyd edək ki, Rəşid İmanovun anket məlumatlarından aydın olub ki, o özü də qəsdən adam öldürdüyünə görə 12 il həbsdə olub. Oğlunun 5 yaşında həbsxanaya düşən ata, onun ölümündən 9 gün sonra cəzasını tam başa vuraraq azadlığa buraxılıb.
Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.
30-10-2024, 16:32
Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib


Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 173kv.m. olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təxliyə edilib.
30-10-2024, 16:28
Emin Əmrullayevdən iki yeni təyinat


Emin Əmrullayevdən iki yeni təyinat

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni müdirlər təyin edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.
Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.
30-10-2024, 15:23
COP29-a görə tibb müəssisələri hazır vəziyyətə gətirilib


COP29-a görə tibb müəssisələri hazır vəziyyətə gətirilib

COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.
Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O, bildirib ki, bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub.
Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.
COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.
Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb.
Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb.
Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb.
30-10-2024, 14:55
“Turizm haqqında” qanuna dəyişiklik edildi


“Turizm haqqında” qanuna dəyişiklik edildi

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Turizm haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilib:
- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.
30-10-2024, 14:50
Elnur Əliyevə yeni vəzifə verildi


Elnur Əliyevə yeni vəzifə verildi

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni sərəmcam imzalayıb.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Müşahidə Şurasının tərkibinə daxil edilib.
İqtisadiyyat nazirinin keçmiş müavini, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Şuranın tərkibindən çıxarılıb.
30-10-2024, 14:30
Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO


Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

29-10-2024, 17:02
Bakı Kənar Dairavi yolda uçqun təhlükəsi aradan qaldırılır


Bakı Kənar Dairavi yolda uçqun təhlükəsi aradan qaldırılır

Azərbaycan Avtomobil Yolları Agentliyi və Fövqaladə Hallar Nazirliyinin xüsusi texnikası və canlı qüvvəsi Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı km-lik hissəsinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxurların idarə olunmasını gücləndirmək üçün tədbirlər görür.
İlk gün axşam saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsində qaya parçalarının yola doğru uçqun təhlükəsi yaranıb.
"Yaranmış problemlə bağlı məlumat daxil olan kimi, sözügedən texnikadan əraziyə xüsusi və canlı qüvvəsi səfərbəraraq Fövqaladə Hallar və Daxili İşlər nazilrikləri ilə birlikdə təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti dayandırıla bilər.
Bir daha sürücüdən təhlükəsizlik məsələyə anlayışla yanaşılması və tətbiq edilən üsullardan istifadə edilən alternativ yollardan istifadə xahiş olunur", - deyə agentlik edilib.
29-10-2024, 16:59
Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA


Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA

Sosial mediada Bakıdakı Məşədi Dadaş məscidinin mərhum imam-camaatı Hacı Şahin Həsənlinin qəbirüstü abidəsinin şəkilləri paylaşılıb. Şəkillərdən qəbirüstü abidədə bəzi yeniliklərin edildiyi görünür. Hacı Şahinin məzarının yeni görünüşü ictimai müzakirələrə səbəb olub. Belə ki, onun türbəni xatırlatdığı, gələcəkdə ziyarətgaha çevirilə biləcəyini düşünürlər var.
Hacı Şahinin qardaşı Hacı Elçin Həsənli isə deyilənlərlə razılaşmayıb:
“Qəbirüstü abidə düzəldilməmişdi. Sinə daşını sifariş verib gözləyirdik. Sifariş gecikdiyinə görə, məzarın üstü boş qalmasın deyə müvəqqəti iş görülmüşdü. Qəbirüstü elə qalmalı deyildi ki...”.
Mərhumun qardaşı məzarı ziyarətgaha çevirməyəcəklərini deyib:
“Qəbirüstü abidə indi necə var, elə də qalacaq. Yəni bundan sonra hansısa dəyişiklik edilməyəcək. Kim istəyirsə, ziyarətə gəlir. Məzarı ziyarətgah halına gətirmək barədə isə düşünmürük. Ola bilər ki, orada xırda əlavələr edək - lampa qoyaq və s. Hacının adını yaşatmaq üçün ailə olaraq biz xüsusi nəsə etmirik”.
İlahiyyatçı Elşad Miri isə məzarların ehtişamlı edilməsinin, dəbdəbəli sinə daşı qoyulmasının İslam dini ilə bir araya sığmadığını deyib:
“Peyğəmbərin sağlığında oğlanları, qızları, yaxud həyat yoldaşları, əmiləri, digər yaxınları ölüb. Hansı birinin qəbri üzərində sinə daşı, yaxud ehtişamlı abidə düzəltdirib? Onların qəbirlərinin üzərində sinə daşı olubmu, xeyr. Bu gün təəssüflər olsun ki, bəzi insanlar sağlığında dəyər vermədikləri şəxslərin ölümündən sonra onların qəbirlərinin üzərində nələrsə etməklə hansısa mesaj vermək istəyirlər. Adam var ki, sağlığında ata-anasına elə də hörmət etməyib, lakin onlar dünyasını dəyişəndə qəbirlərinin üzərində möhtəşəm deyə biləcəyimiz elə abidələr qoydururlar ki, hamı bunlara "halal olsun, ata-anasına necə məzar daşı düzəltirib” desin. İslamda isə belə şeylər yoxdur”.
E.Miri onu da vurğulayıb ki, mərhum Hacı Şahinin məzarı üzərində də xüsusi nəsə edilməsi İslama uyğun deyil:
“Mərhum Hacı Şahinin məzarı üzərində belə nələrsə etmək məsələsinə gəldikdə, Allah ona rəhmət eləsin, o, artıq dünyasını dəyişib. Allah onun günahlarını bağışlasın. Etdikləri, danışdıqları ilə Allaha cavab verəcək. Onun qəbri üzərində belə nələrinsə edilməsi dinə görə doğru deyil. Amma kimsə nəsə etmək istəyirsə, buna Azərbaycan reallığında heç kim nəsə deyə bilmir. Təsəvvür edin ki, ömründə bircə dəfə namaz qılmayan, Quran oxumayan Mir Möhsün ağanın məzarını da ziyarətgaha çeviriblər. Həzrəti imam Əli heç vaxt Azərbaycanda olmadığı halda onun guya ayaq izi düşdüyü iddia edilən yeri ziyarətgaha çeviriblər. Azərbaycanda xiristianlığı yaymağa gələn şəxsin adına "Cərciz peyğəmbər" ziyarətgahı yaradıblar, insanlar ora axın edirlər. Ona görə deyirəm ki, bu məsələlərin İslama aidiyyəti yoxdur. İslamda qəbirüstünü ehtişamlı etmək, oranı ziyarətə çevirmək anlayışı yoxdur. Qəbiristanlıqlara gedib nəzir qoymaq İslamın istədiyi yanaşma deyil”.
29-10-2024, 16:48
Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşdi


Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşdi

Nazirlər Kabineti “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərar verib.
Qərara əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229,0 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirməlidir. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 229,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!