Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
13-02-2024, 10:54
Yaralı hərbçimiz əməliyyat olundu


Yaralı hərbçimiz əməliyyat olundu

Dünən axşam saatlarında xəstəxanaya daxil olan DSX əsgəri Pərviz Xəlilzadə tərəfimizdən əməliyyat olunub.
Bunun Ermənistanın hərbi təxribatı nəticəsində yaralanan əsgərin vəziyyəti barədə məlumat verən Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev bildirib.
Məlumata görə, əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib. Onun sözlərinə görə, xəstə ağır vəziyyətdə daxil olub:
“Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper silahının gülləsidir”.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
12-02-2024, 22:00
XİN Ermənistanın son hərbi təxribatını şərh etdi


XİN Ermənistanın son hərbi təxribatını şərh etdi

Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən törədilmiş son hərbi təxribatı şərh edib.
Şərhdə deyilir:
"12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Ermənistan tərəfinin bu təxribatı Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir.
Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır.
Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır".
12-02-2024, 21:51
Orbandan İlham Əliyevə təbrik


Orbandan İlham Əliyevə təbrik

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.
Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var.
Ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımız, sosial ənənələrimiz, ailə dəyərlərinə hörmət və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlıq təkan verir. Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
12-02-2024, 20:42
Sabirabadda arıları kim qırıb?


Sabirabadda arıları kim qırıb?

Yaxud aylardır bağlı qalan cinayətin üstü açılacaqmı?
Kəlbəcər rayonundan məcburi köşkün olan Kərim Əhmədovun başına qəribə iş gəlib. Kərim kişi deyir ki, hələ Kəlbəcərdə yaşayandan arıçılıqla məşğul olub. Məcburi köçkünlüyün ən çətin illərində də o bu sənətdən uzaqlaşmayıb. Deyir ki, torpaqlarımız yağı düşməndən azad olunandan sonra arıçılığa diqqət daha da artıb. Arıçılığın inkişafı ilə bağlı ölkə Prezidenti İlham Əliyevin xüsusi sərəncamı da var.
Kərim Əhmədov üç ildir ki, arılarını qışda Sabirabad rayonunun Qarağacı kəndində saxlayır. Kənddə şəxsi torpaq sahəsi də alıb, ev də tikdirib. Kəlbəcər azad olunandan sonra isə yay aylarında arılarını Kəlbəcərə aparır. Ötən ilin payızında Kəlbəcərdən dönəndən sonra başına qəribə hadisə gəlib.
“Kəlbəcərdə hələ ki məskunlaşma olmadığından və qışın sərt keçməsi üzündən qış aylarında yenə də arıları aran bölgələrində saxlayırıq. Keçən il də payızda arıları aparıb həyətimə yığdım. Həmin kənddən üç-dörd nəfər bir dəfə mənə yaxınlaşdılar ki, arıları burada saxlama. Səbəbini soruşdum. Dedilər ki, bəs arılar yoncalarımızı, otumuzu yeyir, bizə ziyan vurur. Onlara izah elədim ki, arılar ziyan vurmur, əksinə, bitkilərdə tozlanma aparır, bağ-bostanın məhsuldarlığına ciddi xeyir verir. Lakin gördüm ki, onlar yenə də narazı qaldılar. Gedib kəndin icra nümayəndəsinə də məndən şikayət etmişdilər. İcra nümayəndəsi də mənə zəng vurub arıları burdan götürməyimi istədi. Ona da izah etdim ki, arılar heç kəsə ziyan vurmur və bir də öz həyətimdədir. Əlavə etdim ki, arıçılığın inkişafı xüsusi dövlət proqramına da daxildir. Ölkə Prezidenti İlham Əliyevin bununla bağlı rəsmi göstərişləri var. Arıçılara dövlət subsidiya da ayırır…
Bir neçə ay öncə yenə də arıları yoxlamağa getmişdim. Qonşuluqda yaşayan qadın məni görəndə soruşdu ki, Kərim dayı, siz həyətdə nə isə itirməmisiniz ki? Soruşdum ki, nə məsələdi, niyə soruşursuz ki? Cavab verdi ki, bir neçə gün qabaq gecədən xeyli keçmiş gördük ki, sizin həyətdə taqqıltı gəlir. Bir azdan çıxıb baxdıq, lakin heç kəsi görmədik. Sonra fikirləşdik ki, yəqin siz nə isə itirmisiz, gəlib axtarırsınız.
Arıçı yoldaşım Əli Xudaverdiyevlə birlikdə qonşu qadından aralanıb arı yeşiklərinə yaxınlaşanda gördüyümüz mənzərədən donub qaldım. Arı yeşiklərininn hamısının ağzını bağlamışdılar. Havasızlıqdan 50-dən artıq arı ailəsi məhv olmuşdu. Salamat qalan arı ailələrinin isə yarıdan çoxu məhv olmuşdu. Bir neçə gün orada gözümlə od götürüb qalan arıları xilas etməyə çalışdım. İllərlə arıçılıqla məşğul olsam da bir neçə gün orada çəkdiyim əzab-əziyyəti ömrüm boyu yaşamamışdım. Mənə 10 min manatdan artıq maddi zərər və böyük mənəvi zərbə vurmuşdular. Görəndə ki, arıları qəsdlə qırıblar, dərhal “102”-ni yığıb başıma gələnləri Daxili İşlər Nazirliyinə bildirdim.
Bir neçə gündən sonra məni Sabirabad rayon Polis İdarəsinə çağırdılar. Ərizə yazıb başıma gələnləri orada qeyd elədim. İşi tədqiqatçı Elnur Hacıyevə tapşırdılar. Elnur müəllim dedi ki, dayı, arxayın ol, cinayəti törədənləri tapacam. Hər dəfə də zəng vurub soruşanda məni arxayın salırdı ki, narahat olmayım. Aradan bir neçə ay keçəndən sonra anladım ki, Elnur Hacıyev işə barmaqarası baxır. Sonradan öyrəndim ki, həmin kənddə onun yaxın qohumları da yaşayır. Bir gün isə eşitdim ki, Elnur Hacıyev cinayət işinə xitam verib.
Bu dəfə ərizə ilə Sabirabad rayon prokurorluğuna müraciət etdim. Respublikanın baş prokuroru Kamran Əliyevə teleqram vurdum. Sabirabad rayon prokurorluğundan məni əmin etdilər ki, cinayətin üstü açılacaq. İndi prokurorluğun cavabını gözləyirəm. İnanıram ki, nəhayət, haqq yerini tapacaq. Axı dilsiz-ağızsız canlıları məhv edənlər hər cür cinayət də törədə bilərlər”
P.S. Biz də inanır və ümid edirik ki, bu işi törədənlər tapılıb layiqli cəzalarını alacaqlar.
İ.Məmmədli,
“Bütöv Azərbaycan” qəzeti
12-02-2024, 20:27
Mişustin Prezidentə təbrik məktubu yolladı


Mişustin Prezidentə təbrik məktubu yolladı

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Xalqın yüksək etimadı yeni Azərbaycanın qurulmasına, davamlı sosial-iqtisadi inkişafa və vətəndaşların rifahının yüksəlməsinə, beynəlxalq aləmdə respublikanın nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza geniş ictimai dəstəyin sübutudur.
Sizin dostluq, mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş strateji qərarlara uyğun olaraq iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq genişləndirilir, müxtəlif sahələrdə birgə layihələr uğurla həyata keçirilir. Bu, Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam cavab verir.
Sizinlə hər zaman açıq və konstruktiv şəraitdə keçən görüşləri məmnunluqla xatırlayıram. Etibarlı ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
12-02-2024, 20:14
Ermənistan hərbçimizin yaralanması barədə məlumatı araşdırır


Ermənistan hərbçimizin yaralanması barədə məlumatı araşdırır

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırır.
Bu barədə Ermənistan hərbi idarəsinin bəyanatında deyilir.
“Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və (və ya) məcbur qaldığı hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa, əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
12-02-2024, 18:10
Xankəndi Şəhər Polis Şöbəsinə rəis təyin olundu


Xankəndi Şəhər Polis Şöbəsinə rəis təyin olundu

Polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bununla bağlı daxili işlər naziri general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Zaur Nəsirov Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
12-02-2024, 17:47
Hərbiçimizin yaralanmasıyla bağlı Prokurorluqda cinayət işi açılıb


Hərbiçimizin yaralanmasıyla bağlı Prokurorluqda cinayət işi açılıb

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən hadisə ilə bağlı izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilin və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - məlumatda deyilir.
12-02-2024, 17:27
Ermənilər mövqelərimizi atəşə tutdu - Hərbiçimiz yaralandı


Ermənilər mövqelərimizi atəşə tutdu - Hərbiçimiz yaralandı

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
12-02-2024, 17:24
Bakı metropoliteni üçün avtomobillərin tədarükü ilə bağlı böyük layihəmiz var


Bakı metropoliteni üçün avtomobillərin tədarükü ilə bağlı böyük layihəmiz var

"Bizim bu il Bakı metropoliteni üçün avtomobillərin tədarükü ilə bağlı böyük layihəmiz var, 35 vaqon - bu, çox böyük layihədir".
Bunu "İzvestiya"ya müsahibəsində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov deyib.
"Bakının inkişafı üzrə baş planda tramvaylardan istifadə nəzərdə tutulduğundan elektrik avtobusları və tramvaylarla bağlı başqa layihələr də var", - o əlavə edib.
"Xüsusilə Rusiya, Azərbaycan, İran və Türkiyə arasında malların tədarükü üçün Azərbaycan dəmir yolundan istifadə imkanlarının genişləndirilməsi layihələrinin əlaqələndirilməsi yaxınlaşır. Bu da bu il həyata keçiriləcək", - diplomat vurğulayıb.
Qeyd edək ki, plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılacağı bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!