Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
4-10-2024, 19:07
NATO-Azərbaycan əlaqələri müzakirə edildi

NATO-Azərbaycan əlaqələri müzakirə edildi

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.
“NATO nümayəndələri ilə görüş keçirdik və NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə o, paylaşımda qeyd edib.
4-10-2024, 18:34
Parlamentdə daha bir komitə toplaşdı

Parlamentdə daha bir komitə toplaşdı

Oktyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Komitə sədrinin müavini Günay Əfəndiyeva gündəliyə 3 məsələnin daxil olduğunu diqqətə çatdırıb.
İclasda əvvəlcə Mədəniyyət komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi barədə danışılıb. Bildirilib ki, layihədə mədəniyyətin inkişafı, bədii yaradıcılıq, informasiya vasitələrinin rolu və milli irsin qorunması ilə bağlı məsələlər əhatə olunub. Həmçinin mədəni tədbirlərin təşkili, gənc istedadların dəstəklənməsi və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi digər məsələlər arasında yer alıb.
Müzakirələr zamanı komitə üzvləri müxtəlif təkliflər irəli sürüblər.
Sonra gündəlikdə yer alan “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Turizm haqqında” Qanuna təklif olunan dəyişiklik turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədardır. Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara uyğunlaşdırma məqsədilə hazırlanıb. Layihənin qəbul edilməsi nəticəsində turizm və rekreasiya zonalarının ərazilərində bəzi fəaliyyət növləri ilə məşğul olmaq qadağan ediləcək.
Daha sonra gündəliyin digər məsələsi - “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Qeyd olunub ki, layihə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar qanunvericilikdə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə hazırlanıb. Belə ki, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəz olunması məqsədilə 2022-ci il 8 iyul tarixli sözügedən hüquqi sənədlə bəzi qanunlarda bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə, “zəifgörənlər” sözü isə “görmə qabiliyyəti qismən məhdud olanlar” sözləri ilə əvəz olunub.
Komitə üzvləri qanun layihələrinin əhəmiyyətini vurğulayaraq, mədəniyyətin inklüzivliyini artırmaq, cəmiyyətin bütün təbəqələrinin bərabər imkanlardan faydalanmasını təmin etmək istiqamətində atılan addımların müsbət təsirini vurğulayıblar.
Beləliklə, iclas mədəniyyət sahəsindəki hüquqi tənzimləmələrin müasirləşdirilməsi və cəmiyyətin inkişafına xidmət edən yeni addımların atılmasının müzakirəsi, komitənin 2024-cü il payız sessiyası üçün iş planının layihəsinin təsdiqlənməsi və qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması ilə yekunlaşıb.
4-10-2024, 17:54
Maşinisti narahat edənlər cərimə olunacaq

Maşinisti narahat edənlər cərimə olunacaq

Metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 200 yüz manat məbləğində cərimə edilir.
4-10-2024, 17:50
İlham Əliyev Cəbrayıldan Paşinyana mesaj verdi: Yolu belə çəkərlər!

İlham Əliyev Cəbrayıldan Paşinyana mesaj verdi: Yolu belə çəkərlər!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Təqdimat mərasimində dövlət başçısının Cəbrayıl sakinlərilə maraqlı söhbəti olub. Bu söhbət əsnasında Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi zamanı tez-tez istifadə etdiyi və hamının dillər əzbəri olan məşhur ifadəsi bir daha yada düşüb: "Nooldu Paşinyan, yol çəkirdin Cəbrayıla?!”.
Bugünkü söhbət zamanı Cəbrayıl sakini Firidun Əliyev doğma torpağa qayıdışla əlaqədar Prezidentə təşəkkür edib və o məşhur ifadəni xatırladıb:
“İşğaldan azad olunmuş ərazilərdə yaradılmış infrastrukturu gördükcə adamın ürəyi açılır. Bir də Siz dediyiniz kimi, bu xarabalıqları görmək çox kədərlidir. Ancaq bu xarabalıqlara da isti ocaqları gətirənlər məhz Sizsiniz. Ona görə də Sizə xüsusi təşəkkür edirik.
Siz çıxışlarınızın birində demişdiniz ki, dünyanın görmək istəmədiyi ədaləti biz bərpa etdik. Bəli, bu ədaləti bərpa etdiyiniz üçün Sizə xüsusi təşəkkür edirəm.
Bir də məşhur bir frazanız var idi, xalq arasında geniş yayılmışdı, o frazanın da cavabı artıq var ki, Cəbrayıla yolu məhz belə çəkirlər. Sağ olun, təşəkkür edirəm, minnətdaram Sizə. Var olun!”.
Prezident İlham Əliyevin cavabı da maraqlı olub:
“Sağ olun. Tamamilə haqlısınız, yolu belə çəkərlər. Amma Cəbrayıla o yolun çəkilişi də, əslində, bu işğalı əbədi etmək üçün göstərilən səylərin bir hissəsi idi. Ona görə Ermənistandan Cəbrayıla yeni yol çəkmək istəyirdilər ki, sonra burada məskunlaşma getsin, Ermənistana gediş-gəliş daha da asanlaşsın. Lakin bütün bu planları biz alt-üst etdik, Azərbaycan xalqı alt-üst etdi, bütün dünyaya öz iradəsini göstərdi və bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir. Ancaq, eyni zamanda, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq.
Bizim hərbi əməliyyatlarımızı bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənirlər. Dəfələrlə söhbətlər əsnasında, yəni, hərbi işlərdən başı çıxan insanlarla görüşlər əsnasında, - mən xarici nümayəndələri nəzərdə tuturam, - Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar, o cümlədən Cəbrayıl əməliyyatı, 5-6-7 müdafiə xəttinin, minalanmış və istehkamlarla təmin edilmiş o müdafiə xətlərinin hərbçilərimiz tərəfindən aşılması onlarda böyük təəccüb doğurur. İlk növbədə, əməliyyatların planlaşdırılması, əməliyyatların aparılması və eyni zamanda, sinəsini qabağa verib, gülləyə verib müdafiə xətlərini yaran bizim döyüşçülərimizin qəhrəmanlığı onlarda təəccüb doğurur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizi Qələbəyə aparan bizim milli ruhumuz olub.
Bütün bu amillər, deyə bilərəm ki, dünyada Azərbaycana olan hörməti bəlkə də birə on artırıb. Bu gün biz dünya miqyasında böyük hörmətə və nüfuza malik olan ölkəyik. Bu gün həm ölkə vətəndaşları və eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar başlarını dik tutublar. Dünyada milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan dilində danışan, Azərbaycan dili ana dili olan soydaşlarımızın sayı 50 milyondan çoxdur. Bu Qələbə onların da Qələbəsidir, onlar üçün də qürur mənbəyidir. Bu, əbədi belə olacaq. Biz bu torpaqlarda əbədi yaşayacağıq. Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət kimi əbədi yaşayacaq. Azad edilmiş torpaqlarda bütün buna oxşar gözəl binalar inşa edilir və ediləcək. Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək. Mən buna şübhə etmirəm, əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir. Bizim gücümüz - siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm. Bu yaxınlarda mən bu barədə danışmışam, nə qədər böyük səylər göstərilib ki, bizim döyüş qabiliyyətimiz daha da artsın. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi dövründə biz bütün dünyaya hərbi cəhətdən nəyə qadir olduğumuzu nümayiş etdirdik. Bilin və Azərbaycan xalqı bilsin, o vaxtdan bu günə qədər bizim hərbi qüdrətimiz daha da artıb. Əgər kimsə bizim qabağımızda durmaq fikrinə gələrsə, yenə də peşman olacaqdır.
Bu gün, eyni zamanda, şəhər günüdür və buradan orada quraşdırılmış səhnə də görünür. Bir azdan sonra sizi bayram konserti də gözləyir. İnşallah, bundan sonra bu torpaqlarda ancaq bayramları qeyd edək. Bir daha təbrik edirəm”.

4-10-2024, 17:43
Heyvanlarla rəhmsiz rəftar edənlər 2 min manat cərimələnəcək

Heyvanlarla rəhmsiz rəftar edənlər 2 min manat cərimələnəcək

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən. heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
4-10-2024, 17:27
Azərbaycanda bu şəxsləri 7 min manat cərimə gözləyir

Azərbaycanda bu şəxsləri 7 min manat cərimə gözləyir

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə isə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. Qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
4-10-2024, 17:22
Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək- Ekspert açıqladı

Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək- Ekspert açıqladı

Sənədsiz evlər problemi illərdir qalmaqdadır. Dövlətə məxsus torpaqların sənədləşdiriləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır. Şirkətlərə məxsus torpaqlarda olan tikililərin taleyi ilə bağlı isə hansısa məlumat verilmir.
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, neft kontraktına aid olan ərazilərdə tikilən evlərə birmənalı olaraq sənəd verilməyəcək:
“Çünki o torpaqların çoxu radiasiyalı və insan orqanizminə ciddi ziyan gətirə biləcək ərazilərdə yerləşir. Bu səbəbdən neft müqaviləsinə aid olan torpaqlarda tikilən evlərin sənədləşdirilməsi mümkün olmayacaq. Gələcəkdə həmin torpaqların təmizlənməsi və həmin neft şirkətlərinin balansından çıxarılması həyata keçirildiyi və yaşayış fondu torpaqlarına aid edildiyi təqdirdə bu məsələyə baxıla bilər. Amma neft kontraktına aid olan torpaqlarda fərdi yaşayış evlərinin sənədləşdirilməsi nəzərdə tutulmur”.
Ekspert vurğulayıb ki, bu evlərin gələcəkdə köçürülməsi həyata keçirilə bilər:
“Bu ərazilərdə yaşamaq özü belə insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən həmin yerlərdə yaşayan sakinlər köçürülə bilər. Bu birbaşa insanların özünün sağlamlığı ilə bağlı məsələlərdir və hökumət bu məsələdə heç də güzəşt etmək niyyətində deyil. Harada insan sağlamlığına ziyan gətirən hallar varsa, buna yol verilməyəcək”.

3-10-2024, 22:53
"Qarabağ" Bakıda məğlub oldu

"Qarabağ" Bakıda məğlub oldu

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb.
Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü

Zəngilanın dirçəliş

və qayıdış dövrü

Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!