Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
3-10-2024, 16:37
Litva XİN rəhbərinin səsləndirdiyi fikirlər qəbuledilməzdir - Ayxan Hacızadə


Litva XİN rəhbərinin səsləndirdiyi fikirlər qəbuledilməzdir - Ayxan Hacızadə

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2 oktyabr tarixli iclası zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Q.Landsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Bildirilib ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.
AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.
Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərək Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassız fikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıran sanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.
Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana köçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmət edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə danışmır.
Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırış etməsi daha yaxşı olardı.
3-10-2024, 16:19
Sergey Narışkin Bakıya gəldi


Sergey Narışkin Bakıya gəldi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin oktyabrın 2-də Bakıya səfər edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

3-10-2024, 15:46
Prezident “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında


Prezident “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
3-10-2024, 15:38
Metroda faciə: Sərnişin qatarın altına düşüb öldü


Metroda faciə: Sərnişin qatarın altına düşüb öldü

"Bakı Metropoliteni" 28 May stansiyasında sərnişin qatarın altına düşüb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən xəbər verilib.
"Qatar maşinisti dərhal əyləcləməni sıxıb. Yüksək gərginlik aradan qaldırılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Kişi sərnişin qatarın altından çıxarılsa da, təəssüf ki, dünyasını dəyişib", - məlumatda deyilir.
Qeyd olunur ki, hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb.
3-10-2024, 15:33
Buraxılış imtahanlarında dəyişiklik: yeni model hazırlanır


Buraxılış imtahanlarında dəyişiklik: yeni model hazırlanır

2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, yeni imtahan modeli aprobasiyadan keçirilib, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilib.
Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.

Tapşırıq nümunələri (ingilis dili)

Dinləmə mətni

Qiymətləndirmə meyarları (Azərbaycan dilində)

Qiymətləndirmə meyarları (Rus dilində)

Nəzərinizə çatdırırıq ki, proqram, imtahanda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
3-10-2024, 15:27
İlham Əliyev Zəngilan İstirahət Kompleksində


İlham Əliyev Zəngilan İstirahət Kompleksində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
3-10-2024, 15:13
Qətl törətməkdə şübhəli bilinən şəxs Vətən müharibəsi əlilidir


Qətl törətməkdə şübhəli bilinən şəxs Vətən müharibəsi əlilidir

Xəbər verdiyimiz kimi, oktyabrın 2- Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.
Hadisəni tərdən İnqilab Qayıbov Vətən müharibəsinin iştirakçısı olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və onun müharibə zamanı çəkilmiş fotosu paylaşılıb.
Bildirilib ki, İnqilab Qayıbov müharibədə snayper kimi xidmət edib. Onun Suqovuşan istiqamətidnə döyüşdüyü qeyd edilib. İ.Qayıbovun II qrup əlil olduğu da bildirilib.
Qeyd edək ki, faktla bağlı hazırda araşdıma aparılır.
3-10-2024, 15:09

Azərbaycan-Rusiya əlaqələrinin Cənubi-Qafqaza təsirləri:


Azərbaycan-Rusiya əlaqələrinin Cənubi-Qafqaza təsirləri:

Azərbaycan-Rusiya əlaqələri, hər iki ölkə əsrlərlə davam edən tarixi münasibətlərə malikdir və bu əlaqələr həm sovet dövründən əvvəlki, həm də sonrakı mərhələləri əhatə edir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Rusiya arasında əlaqələr yeni mərhələyə qədəm qoydu və müasir dövrdə bu münasibətlər bir çox sahədə inkişaf edir. İlk növbədə, bu iki ölkə arasındakı münasibətlər regionda siyasi dinamikanın formalaşmasına təsir edir. Azərbaycan Rusiya ilə yaxın qonşuluq əlaqələri saxlamaqla yanaşı, balanslaşdırılmış xarici siyasət yeridir . Bu əlaqələr tarixi, siyasi və iqtisadi faktorlara əsaslanır. Hər iki ölkə strateji tərəfdaş olmaqla, enerji sahəsində sıx əməkdaşlıq edir və bölgədəki təhlükəsizlik məsələlərində müəyyən razılaşmalara malikdir. Azərbaycan-Rusiya münasibətləri siyasi baxımdan sıx əməkdaşlıq şəklində davam edir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm strateji tərəfdaşıdır. Hər iki ölkə beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləyir və müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Azərbaycan, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərə alaraq, balanslaşdırılmış xarici siyasət yürüdür. Eyni zamanda, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi rolunu oynayır.Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər, xüsusilə enerji və ticarət sahəsində mühüm əhəmiyyət daşıyır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hər iki ölkə arasında təbii qaz, neft və digər enerji resursları sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycanın enerji ixracı və tranzit layihələri də Rusiyanın diqqət mərkəzindədir. Bundan əlavə, qeyri-neft sektorunda da iki ölkə arasında əməkdaşlıq mövcuddur və Azərbaycandan-Rusiyaya və Rusiyadan-Azərbaycana qeyri-neft sektorunda həm ixrac həm də idxal prosesləri həyata keçirilir. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr daha çox enerji və ticarət üzərində qurulub. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında hər il milyonlarla dollarlıq ticarət əməliyyatları həyata keçirilir.
Azərbaycan Rusiyadan müxtəlif silahlar alır və hərbi texnologiya sahəsində əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan və Rusiya arasında təhlükəsizlik və regional sabitlik məsələlərində də qarşılıqlı maraq mövcuddur. Azərbaycan və Rusiya arasında mədəni və humanitar sahədə də sıx əlaqələr var. Rus dili Azərbaycanda geniş yayılıb və təhsil sahəsində rusdilli məktəblər və universitetlər fəaliyyət göstərir. Həmçinin, iki ölkə arasında mədəniyyət və elm sahəsində də əməkdaşlıq davam edir.
Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli və dərin inteqrasiyaya malikdir. Bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə inkişaf edir. Azərbaycanın balanslı xarici siyasəti və Rusiya ilə strateji tərəfdaşlığı regionda sabitlik və inkişafın təmin olunmasına yönəlib. Son illərdə Rusiya, xüsusilə 2020-ci ildəki müharibədən sonra regionda nüfuzunu qorumaq və gücləndirmək məqsədilə bir sıra addımlar atıb. Qarabağda infrastrukturun bərpası, nəqliyyat dəhlizlərinin yaradılması və digər iqtisadi təşəbbüslərlə Rusiyanın regiona təsirini artırmaq məqsədi güddüyü ehtimal olunur.
Bu əlaqələrin gələcəkdə necə inkişaf edəcəyi isə həm Cənubi Qafqazın, həm də beynəlxalq münasibətlərin ümumi mənzərəsindən asılı olacaq. Həmçinin ölkə Prezdentləri bir sıra səfərlər həyata keçirilir və Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana iki günlük rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunmuşdur. Rusiya prezidenti Azərbaycan prezident İlham Əliyevlə görüş zamanı Moskvanın Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçilik səylərini davam etdirməyə sadiq qaldığını bildirib.
Azərbaycan-Rusiya əlaqələrinin Cənubi Qafqaza təsirləri bir çox sahədə özünü göstərir və regionun geopolitik mənzərəsinə əhəmiyyətli təsir edir. Tarixi əlaqələrdən irəli gələrək, bu iki ölkə arasında olan siyasi, iqtisadi və hərbi əməkdaşlıq Cənubi Qafqazın sabitliyinə və inkişafına mühüm təsir göstərir.
Azərbaycan və Rusiya arasındakı siyasi əlaqələr regionun güc balansını müəyyən edən əsas amillərdən biridir. Rusiya, Cənubi Qafqazda strateji maraqları olan böyük güclərdən biridir və bu maraqların qorunmasında Azərbaycanla əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Azərbaycanın isə öz növbəsində, Rusiya ilə yanaşı Qərb dövlətləri ilə də balanslı xarici siyasət yürütməsi, regionda sabitliyin qorunmasına və strateji mövqeyinin möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda, Rusiya Qarabağ münaqişəsində vasitəçi rolunu oynamış və bölgəyə sülhməramlı qüvvələr yerləşdirərək münaqişə sonrası dövrdə təhlükəsizliyi təmin etməyə çalışmışdır.
Azərbaycan və Rusiya arasındakı iqtisadi əməkdaşlıq Cənubi Qafqazın iqtisadi inkişafına və enerji saiyasətinə birbaşa təsir edir. İki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq regionun iqtisadi stabilliyinə töhfə verir. Rusiya, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, regionun enerji layihələrində də aktiv iştirak edir. Eyni zamanda, qeyri-neft sektoru sahəsində də iqtisadi əlaqələrin genişlənməsi Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirir.
Bununla belə, Rusiyanın Cənubi Qafqazdakı hərbi varlığı bəzi narahatlıqlar doğura bilər, lakin Azərbaycan bu əlaqələrdə balanslı siyasət yürüdərək regional sabitliyi qorumağa çalışır. Ümumilikdə, Azərbaycan-Rusiya əlaqələri Cənubi Qafqazın gələcəyi üçün mühüm rol oynayır. Bu əlaqələrin güclənməsi və ya zəifləməsi bölgədəki digər ölkələrin strateji seçimlərinə, həmçinin regional sabitlik və təhlükəsizlik məsələlərinə təsir edə bilər.
Əhədəmin Heydərli,
Azərbaycan Universteti

3-10-2024, 15:06
İlham Əliyev Zəngilanda yaşayış kompleksinin tikintisi ilə tanış oldu


İlham Əliyev Zəngilanda yaşayış kompleksinin tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
3-10-2024, 15:06
İlham Əliyev Zəngilanda yaşayış kompleksinin tikintisi ilə tanış oldu


İlham Əliyev Zəngilanda yaşayış kompleksinin tikintisi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!