Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi .....                        Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər .....                        Ceyhun Bayramov Fidana zəng etdi .....                        Ərdoğan Kobaxidze ilə danışıqlar apardı .....                        Türkiyədə helikopter qəzaya uğradı .....                        Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər .....                        Ermənistan anklavları Azərbaycana təhvil verir? .....                        Abşeron kanalında balıqlar tələf oldu .....                        Suraxanıda bina yandı - ÖLƏN VAR .....                       
10-04-2024, 20:27
İsrailin COP29 üzrə koordinatoru Azərbaycana gəldi


İsrailin COP29 üzrə koordinatoru Azərbaycana gəldi

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.
Bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb.
“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib.
Qeyd edək ki, aprelin 4-də İsrail Xarici İşlər Nazirliyi COP28-in təsirləri və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı qurumlararası konfrans təşkil edib. Konfrans nazirliklərin, biznes sektorunun, elmi dairələrin və yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilib. Konfrans çərçivəsində Karmela Şamir İsrailin COP29-da iştirakı üzrə yeni təyin edilən milli koordinator olduğu açıqlanıb.
10-04-2024, 19:30
Abşeronda avtoxuliqanlıq edən sürücü tutuldu


Abşeronda avtoxuliqanlıq edən sürücü tutuldu

"Nexia" markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.
10-04-2024, 18:32
Atletçimiz Tailandda 3 medal qazandı


Atletçimiz Tailandda 3 medal qazandı

Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medal qazanıb.
109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.
10-04-2024, 17:00
Ermənistan ordusu atəş açdı - Zabitimiz yaralandı


Ermənistan ordusu atəş açdı - Zabitimiz yaralandı

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində qarşı tərəfdəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Məlumata görə, hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
"Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - DSX-dən bildirilib.
10-04-2024, 08:48
Hüquqşünas Səmədoğullarını ziyarət edib


Hüquqşünas Səmədoğullarını ziyarət edib

Tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Birinci Fəxri Xiyabanda uyuyan Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun, Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun və Azərbaycan filosofu, ictimai xadim, fəlsəfə elmləri doktoru, professor Heydər Hüseynovun məzarlarını ziyarət edib.

Səməd Vəkilov onunla bərabər ziyarətə gələn dostlarına sağlığında Vaqif əmi deyərək müraciət etdiyi mərhum Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb. Heydər Hüseynovun məzarı başına gəlincə, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın mərhum filosovun həyat və fəaliyyətindən bəhs edən- “Bir ömrün izi ilə” adlı mükəmməl bir kitab yazdığını bildirib.
9-04-2024, 23:33
“Azərbaycan hərb tarixi” kitabı ingilis dilində çapdan çıxıb.


“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan
çıxıb.


Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan elmi əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Nəşrin müəllifləri İnstitutun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun dosenti Nərminə Əmirbəyovadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən hazırlanan kitabda
qədim dövrlərdən XX əsrin əvvəllərinədək Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamülü kompleks şəkildə öyrənilib. Nəşrdə Azərbaycanda hərb işinin yaranması və inkişafı dövrü barədə
də ətraflı məlumat verilir. Çoxsaylı mənbə və ədəbiyyat əsasında hazırlanan əsərdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətinin inkişafının xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi
əməliyyatlarda istifadəsi üsulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub. Monoqrafiyada dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub.

Kitab çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib. Nəşrə dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, yürüşlərin və döyüş düzülüşlərinin sxemləri, tarixi silahların fotoşəkilləri, miniatürlər, o cümlədən müxtəlif sənəti nümunələri daxil edilib. Ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini
şərtləndirib. Kitab Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulub.
9-04-2024, 21:04
İlham Əliyev Ramazan bayramıyla bağlı paylaşım etdi


İlham Əliyev Ramazan bayramıyla bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Ramazan bayramınız mübarək!”
Paylaşımı təqdim edirik:

9-04-2024, 19:28
Qeyri-etik paylaşımlar və çağırışlar edən “TikTok”erlər həbs olundu


Qeyri-etik paylaşımlar və çağırışlar edən “TikTok”erlər həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar. Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.
DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.
9-04-2024, 18:30
Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu - Nazirlikdən açıqlama


Erməni silahlı qüvvələri Naxçıvanı atəşə tutdu - Nazirlikdən açıqlama

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə “Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
9-04-2024, 18:16
Bayram günlərində mərkəzi küçələrə giriş qadağan edilir


Bayram günlərində mərkəzi küçələrə giriş qadağan edilir

Aprelin 10-14-də – Ramazan bayramı günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək, fərdi parklanma talonu almaları tövsiyə olunur.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!