Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
30-09-2024, 16:39
Suraxanıda açıq sahədə yanğın


Suraxanıda açıq sahədə yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN-dən bildirilib.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
30-09-2024, 16:23
Putin Polad Bülbüloğlunu təltif etdi


Putin Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın bu ölkədəki sabiq səfiri Polad Bülbüloğlunu təltif edib.
Bu barədə o, fərman imzalayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Aleksandr Nevski ordeni ilə təltif olunub.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
30-09-2024, 16:19
Masazırda hərbi sursatlar aşkarlandı


Masazırda hərbi sursatlar aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 təlim əl qumbarası və 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
30-09-2024, 16:19
Masazırda hərbi sursatlar aşkarlandı


Masazırda hərbi sursatlar aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 təlim əl qumbarası və 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
30-09-2024, 16:06
Narkotikin təsiri altında olan "BMW" sürücüsü saxlanıldı


Narkotikin təsiri altında olan "BMW" sürücüsü saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Məştağa qəsəbəsində “BMW” markalı avtomobilin sürücüsü Bəybala Camalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş DYP İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Camalovun narkotik vasitə qəbul etməsi aşkarlanıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
30-09-2024, 15:56
Bu universitetə rektor təyin edildi


Bu universitetə rektor təyin edildi

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə BAAU-nun rektoru vəzifəsinə təyin edilib.
Səyavuş Qasımov yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.
S. Qasımov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011-2012-ci illərdə Avropa Birliyinin “Erasmus Mundus” proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. “Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil” mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. Bakı Avrasiya Universitetində tədris olunan “Geosiyasətin müasir problemləri”, “Dövlət idarəçilik nəzəriyyəsi” və “Politologiya” fənlərinin tədris proqramlarını tərtib edib.
İngilis və rus dillərini bilir.
Əmək fəaliyyətinə 2007-ci ildə Bakı Avrasiya Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb. BAAU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.
2014-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir.
Azərbaycan Elm Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.
Elm və təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
30-09-2024, 15:46
Ağdam şəhərinə ilk köç bu tarixdə olacaq


Ağdam şəhərinə ilk köç bu tarixdə olacaq

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.
Bunu açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
"Bu işlər Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində plana uyğun qaydada davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllıqla planlaşdıraraq bunu edirik".
O qeyd edib ki, hazırda Ağdam rayonunun üç kəndində quruculuq işləri davam edir:
"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda üç kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir.
Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə beş məhəllənın salınması nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 bina inşa olunur. Ağdam şəhərinə gəən ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq, tikinti işləri yekunlaşdıqdan sonra digər məhəllələrə də köç başlayacaq".
29-09-2024, 16:29
Macar jurnalist Qarabağda gördüklərindən dəhşətə gəldi: "Erməni yalanlarına inanmayın!"


Macar jurnalist Qarabağda gördüklərindən dəhşətə gəldi: "Erməni yalanlarına inanmayın!"[/size]

Azərbaycan Parlament Jurnalistlər Birliyinin dəvəti ilə "Magyar Hirlap" qəzeti və eyniadlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti, BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev ölkəmizdə səfər olublar. Onlar işğaldan azad edilən ərazilərə səfər ediblər və Bakıda mühüm görüşlər keçiriblər.
İlk dəfə Cənubi Qafqazda olan Macarıstan jurnalisti səfərlə bağlı təəssüratlarını bölüşüb.
O, ermənilərlə bağlı gerçəklikləri üzə çıxaracaq ilginc faktlar açıqlayıb.
Jurnalist dünyanın müxtəlif ölkələrində Cənubi Qafqazdan yazan həmkarlarına, xüsusilə avropalı jurnalistlərə müraciət edib və onları Ermənistan-Azərbaycan münaqişəsinə dair yalan təbliğata aldanmamağa çağırıb:
"Mən ilk dəfədir Cənubi Qafqazda, Azərbaycanda oluram. Burada hər şey Avropadakı təbliğatçı jurnalistlərin yazdığı kimi deyil. Avropada oturduğunuz yerdən “Azərbaycan Ermənistanın torpağını işğal edib” kimi cəfəng fikirlərə yol vermək olmaz. Bu iddialar sırf erməni təbliğatından ibarətdir və erməni diasporundan maliyyələşən jurnalistlər tərəfindən uydurulur. Avropa jurnalistləri prosesləri dərindən araşdırmadan bu təbliğatın təsiri altında qalır, bəzən yanlış tərəfə dəstək verir".
Süto-Nagy Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini bildirib:
"O yerlərdə viran qoyulmuş kəndləri, dağıdılmış evləri öz gözlərimlə gördüm. Oraya geri dönən azərbaycanlılarla söhbət edəndə, erməni təbliğatının nə qədər böyük yalanlar üzərində qurulduğuna şahid oldum. Bu səfərdən sonra düşüncələrim kökündən dəyişdi. Macarıstanda insanlar yalan danışanlara bir-birinə "Sən erməni kimi yalançısan!" deyir. Bu ifadənin nə qədər haqlı olduğunu indi daha yaxşı başa düşürəm".
Macar jurnalist bütün dünya mediasını ədalətin yanında olmağa və erməni yalanlarını ifşa etməyə çağıraraq sözlərini belə tamamlayıb:
"Həqiqət hər zaman aydınlığa çıxmalıdır. Media olaraq bizim borcumuz, insanlara gerçəyi göstərmək və yalan təbliğata uymamaqdır".


29-09-2024, 14:05
“Prezidentin çıxışındakı tövsiyələr fəaliyyətimizin əsas istiqamətini təşkil edəcək”


“Prezidentin çıxışındakı tövsiyələr fəaliyyətimizin əsas istiqamətini təşkil edəcək” – Komitə sədri

“Ölkəmizin siyasi həyatında çöx mühüm bir hadisə olan müstəqil dövlətimizin VII çağrış parlamenti öz işinə başladı. Prezidnet İlham Əliyevin parlamentdə çıxışı ictimaiyyətdə geniş marağa səbəb oldu. Biz parlament üzvləri üçün bu çıxış, əlbəttə ki, xüsusi önəm daşıyır”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin 2020 və 2024-cü illərdə Milli Məclisdə deputatlar qarşısında etdiyi çıxışlar Azərbaycanın siyasi kursunda və inkişafında müəyyən dəyişiklikləri əks etdirir. “Bu çıxışların müqayisəli təhlili Azərbaycanın daxili və xarici siyasətində prioritetlərdə baş verən dəyişiklikləri, ölkənin iqtisadi vəziyyətini, sosial problemləri və beynəlxalq münasibətlərdə tutduğu mövqeyi daha aydın şəkildə göstərir. Prezidentin 2024-cü il çıxışında isə artıq post-müharibə dövrü ilə bağlı məsələlərə diqqət daha çox yönəlib. İlham Əliyev bu çıxışında haqlı olaraq İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsini dünya miqyasında tarixi hadisə adlandırdı. Çünki Azərbaycan dünyada separatizmin kökünü kəsməyə nail olan azsaylı dövlətlərdən biridir.
Eyni zamanda cənab Prezident İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını diqqətə çatdırdı. Xüsusilə qeyd etdi ki, “İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik.”
2020-ci ildə əldə olunan qələbənin nəticələrinin reallaşmasından, xüsusilə azad edilmiş ərazilərdə gedən bərpa və yenidənqurma işlərinin davam etdirilməsindən danışan cənab Prezident qeyd etdi ki, görülən işlər təkcə infrastruktur və sosial məsələlərlə məhdudlaşmır, həm də Qarabağda iqtisadi inkişaf və dayanıqlı yaşayışın təmin olunmasının vacibliyini şərtləndirir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, 2024-cü ildə Əliyev Qarabağın bərpasını artıq uzunmüddətli bir dövlət strategiyası kimi təqdim edir. Burada təkcə hərbi və iqtisadi güc deyil, həm də Azərbaycanın beynəlxalq arenada daha aktiv rol alması, regionda aparıcı bir dövlət kimi mövqeyinin güclənməsi məsələləri qabardılmışdır”.
S.Qurbanov xatırladır ki, Prezident VI çağrış parlamentin üzvləri qarşısındakı çıxışı zamanı bir çox mühüm vəzifələr tapşırmış, yeni siyasi konfiqurasiyanın formalaşdığını, yeni siyasi münasibətlər sistemində qanunverici orqanın cəmiyyətə mühüm töhfə verəcəyinə inamını ifadə etmişdi: “Bu inam biz deputatların siyasi məsuliyyətini daha da artırdı. Prezident xüsusi ilə Yeni Azərbaycan Partiyası üzvlərini siyasi islahatlarda daha fəal olmağa çağırmışdı. VI çağırış parlamentin ölkənin siyasi həyatı üçün mühüm qanunların qəbulunda göstərdiyi fəaliyyət siyasi plüralizmə daha da təkan verdi. Siyasi partiyalar və media haqqında qanunları da xüsusi qeyd etməliyik”.
“Cənab Prezidentin VII çağırış parlament üzvlərinin fəaliyyətindən gözləntilərini dilə gətirərkən söylədiyi “əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir” fikirləri bizim üçün qürürvericidir. Sözsüz ki, Milli Məclisin fəaliyyətinə verilən bu qiymətdə xanım sədr Sahibə Qafarovanın parlament diplomatiyası sahəsində apardığı gərgin fəaliyyəti və yaratdığı münbit iş mühiti də öz rolunu oynamışıdr. Şübhəsiz ki, 7-cı çağırış parlament üzvləri cənab Prezident İlham Əliyevin proqram xarakterli bu möhtəşəm çıxışındakı tövsiyələri öz fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edib, dövlərimizə və xalqımıza sədaqətlə xidmət edəcəklər”, S.Qurbanov fikrini yekunlaşdırıb.
29-09-2024, 14:00
Bütün boksçularımızdan qələbə - İBA Çempionlar Liqası


Bütün boksçularımızdan qələbə - İBA Çempionlar Liqası

Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.
Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.
Müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin Milli Gimnastika Arenasında izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. Altı raundluq döyüş Azərbaycan boksçusunun inamlı qələbəsi ilə yekunlaşıb.
Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionu Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktivinə yazıb.
Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.
Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kq-da döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində Azərbaycanın 4-cü qələbəsini rəsmiləşdirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!