Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
6-02-2024, 20:30
Komanda yoldaşını vuran futbolçu klubundan ayrıldı


Komanda yoldaşını vuran futbolçu klubundan ayrıldı

"Turan Tovuz" klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün 4 oyunluq diskvalifikasiya etmişdi.
6-02-2024, 20:15
“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edildi


“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edildi

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
6-02-2024, 19:56
Ceyhun Bayramov TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul etdi


Ceyhun Bayramov TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul etdi

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
Bu barədə XİN məlumat yayıb. Məlumata görə, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.
Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
6-02-2024, 19:46
Şəhid xanımı tapdığı 11 min dolları sahibinə qaytardı


Şəhid xanımı tapdığı 11 min dolları sahibinə qaytardı

Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.
Şəhidin həyat yoldaşı pulu itirən şəxsi tapmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.
Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Məlumata görə, bu məbləğ 11 min dollar olub.
Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.
6-02-2024, 17:26
Azərbaycanda yeni ictimai qurum yaradıldı


Azərbaycanda yeni ictimai qurum yaradıldı

Azərbaycanda yeni ictimai qurum yaradılıb. "Təhsil Ekspertləri Mərkəzi" adlanan qurumun təsisçiləri bildiriblər ki, məqsəd təhsillə bağlı yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etməkdir.
Təşkilatda təhsil ekspertləri İlham Əhmədov, Məzahir Məmmədli, Sona Aliyeva , Kamran Əsədov, Elşən Qafarov, Vüsal Kərimli, Elçin Əfəndiyev, Elmin Nuri, Adil Vəliyev təmsil olunurlar.
"Təhsil Ekspertləri Mərkəzi" təhsilverənləri, valideyinləri, təhsilalanları, ziyalıları, təhsil sahəsindəki QHT-ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini əməkdaşlığa dəvət edib.
“Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcək.
Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaq.
Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir”, - deyə təsisçilər bəyan ediblər.
6-02-2024, 16:59
“Atabank” ASC-nin daşınmaz əmlakının satışa çıxarılır


“Atabank” ASC-nin daşınmaz əmlakının satışa çıxarılır

Fevralın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.
Bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53 (Yeni qaydalara Vunqtau küçəsi, 6B) ünvanında yerləşən dəyəri 190 min manat olan qeyri-yaşayış sahəsindən gedir.
Xatırladaq ki, "Atabank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilib.
6-02-2024, 16:38
Mingəçevirdə intihara cəhd edən gənc xilas olundu


Mingəçevirdə intihara cəhd edən gənc xilas olundu

Mingəçevir şəhəri, Puşkin küçəsində bir nəfər vətəndaş dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd nümayiş etdirib. Bunu görən sakinlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hadisə barədə məlumat veriblər.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xialsediciləri dərhal hadisə yerinə cəlb olunub. Binanın həyətindəki yanğınsöndürən-xilasedicilər intihara cəhd etmək istəyən 1989-cu il təvəllüdlü Təhməzov Müşfiq Hilal oğlunu fikrindən daşındırmaq məqsədilə onunla məsafədən psixoloji söhbət apardıqları vaxt damdakı xilasedicilər yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı anidən tutaraq intiharın qarşısını alıblar.
5-02-2024, 21:01
TƏBİB Tovuzda ölən azyaşlıyla bağlı məlumat yaydı


TƏBİB Tovuzda ölən azyaşlıyla bağlı məlumat yaydı

Ötən gün saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif Raul oğlu İsmayılov Tovuz Rayon Mərkəzi Xəstəxanasının (MRX) Təcili yardım şöbəsinə yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.
Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.
5-02-2024, 21:00
“Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər

“Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər

Fazil Mustafanın vəkili Könül Quliyevanın fikirlərini təqdim edirik:

Hörmətli seçicilər, sizi qarşıdan gələn Prezident seçkilərində vəkili olduğum Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın adından salamlayır və onun bir sıra məsələlərə münasibətini əks etdirən fikirlərini sizinlə bölüşürəm.
Hər bir dövlətin öz gələcəyinə münasibəti ölkə gəncliyinə münasibəti ilə ölçülür. Azərbaycanın da dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən biri gənclər siyasətidir. Bəs “dövlət gənclər siyasəti” anlayışı nə cür izah olunur? Bu – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafının, dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədilə hazırlanan gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq, hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib.
Dövlətimiz gənclər siyasətinin hazırlanması və reallaşdırılması üçün kifayət qədər ciddi tədbirlər həyata keçirmişdir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”, “Xaricdə təhsil üzrə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi olduqca mühüm sənədlər qəbul edilmişdir. Bəs proqram xarakterli bu dövlət sənədlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı vəziyyət nə cürdür? Və bu vəziyyət müasir cəmiyyəti qane edə bilərmi?
Əziz seçicilər, hər bir istiqamət üzrə mövcud problemlərə diqqət yetirmək, bu problemlərin həlli yönümündə təkliflər vermək istərdik.
Birinci istiqamət gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı ilə bağlıdır. Təəssüf ki, bu gün mənəvi-əxlaqi tərbiyə haqqında danışmaq dəbdə deyil – televiziya efiri əksər hallarda yüngül həyat tərzini yorulmadan təbliğ edən, intellektual səviyyəsi və əxlaqi keyfiyyətləri şübhə doğuran şou-biznes nümayəndələri tərəfindən zəbt olunub. İnternet məkanında müəyyən məhdudiyyətlərin tətbiqi barədə heç kəs düşünmür, gündəlik həyatda gənclər milli-mənəvi dəyərlərdən daha çox “dəyərsizliyi təcəssüm etdirən” qərb dəyərlərinə üstünlük verirlər. Gənclərin mədəni həyatda iştirakı yalnız onların ifaçılıq müsabiqələrinə cəlb edilmələri ilə məhdudlaşır. Yalnız ifaçılıq sənəti ilə məşğul olmaq gənclərin mədəni həyatda iştirakı kimi anlaşılır. Niyə gənc aktyorlar və rejissorlar, rəssamlar və heykəltəraşlar, yazıçılar və şairlər üçün yaradıcılıq müsabiqələri keçirilmir və keçirilirsə, niyə ifaçılıq müsabiqələri kimi geniş təbliğ edilmir? Gənclər milli ruhda tərbiyə almalı, xalqımızın əxlaqi və mənəvi dəyərlərini yaşatmağı bacarmalıdırlar. Onların mədəni həyatda inkişafı birtərəfli olmamalıdır.
İkinci istiqamət istedadlı gənclərə dövlət qayğısı ilə bağlıdır. Bu qayğının nədən ibarət olduğu müəyyən dərəcədə müəmmalı görünür. Azərbaycanda istedadlı gənclər az deyil. Elm, təhsil, idman və mədəniyyətin müxtəlif sahələrində fitri istedadları, xüsusi bacarıq və qabiliyyətləri ilə seçilən gənclərə göstərilən qayğı yalnız müsabiqə və sərgilərin təşkili ilə məhdudlaşır. İstedadlı gənclər üçün təhsil və məşğulluqları sahəsində müvafiq şərait yarada bilirikmi? Ali məktəblərə qəbul prosesində və ya işə qəbul zamanı gənclərin istedadları ilə fərqləndikləri nəzərə alınırmı? Niyə istedadlı gənc ali məktəbə qəbul zamanı seçdiyi ixtisas üzrə xüsusi bilik və bacarıqlara malikdirsə, bu cür istedada sahib olmayanlarla eyni şərtlər əsasında imtahan verir? Bir çox xarici ölkələrdə yeniyetmə və gənclərin kəşfləri və ixtiralarına xüsusi diqqətlə yanaşılır, onlar geniş ictimaiyyətə təqdim olunurlar, barələrində kitablar nəşr olunur, verilişlər hazırlanır. Niyə ölkəmizin istedadlı gənclərini tanımırıq? Niyə onları tanıtmırıq?
Respublikanın bütün bölgələrində inşa olunmuş “Gənclər evi” adlı məkanlar niyə bu funksiyanı yerinə yetirməkdə maraqlı deyil? Ümumiyyətlə, etiraf etməliyik ki, Gənclər evləri şəhər və rayonlarda idmanın inkişafına xidmət göstərməli olan Olimpiya idman kompleksləri kimi durğunluq dövrünü yaşayırlar. Bu cür gedişlə hər hansı bir “Gənclər evi” yaxın gələcəkdə çox asanlıqla “Qocalar evi”nə çevrilə bilər. Məhz bu məqsədlə dövlət tərəfindən “Azərbaycan Gəncliyi: 2025-2050” Strateji Dövlət Proqramının hazırlanması və təsdiq edilməsi məqsədəuyğun hesab edilə bilər.
Əziz seçicilər, gənclər siyasətinin digər mühüm istiqaməti gənclərin sağlamlığının qorunması və fiziki inkişafı ilə bağlıdır. Bu gün ölkə prezidentinin xüsusi diqqət və qayğısı sayəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı üçün münbit şərait yaranmışdır. Təəssüf ki, aidiyyəti dövlət qurumları bu şəraitdən yetərincə istifadə edə bilmir. Bölgələrdə inşa edilmiş çoxsaylı idman qurğuları – stadionlar, idman və trenajor zalları, şahmat məktəbləri və idman meydançaları nadir hallarda oyun və yarışlara ev sahibliyi edirlər.
Yeniyetmə və gənclərin təkcə sağlam həyat tərzinə cəlb edilməsində, fiziki inkişafına nail olunmasında deyil, həm də onların vətənpərvərlik ruhunun yüksəldilməsində, hərbin sirlərinə yiyələnməsində və çağırışaqədərki gənclərin hərbi xidmətə hazırlanmasında xüsusi əhəmiyyət kəsb edən müxtəlif növ idman tədbirlərinin bu məkanlarda təşkili və keçirilməsi hər zaman diqqət mərkəzində olmalıdır. Bölgələrdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirməli olan Gənclər və İdman idarələri fəaliyyət göstərdikləri ərazidə hər növ idman qurğularının təkcə idmançılar üçün deyil, məktəblilər və tələbələr, ümumiyyətlə bölgənin bütün yeniyetmə və gəncləri üçün əlçatanlığının təmin edilməsində maraqlı olmalıdır.
Gənclərin sağlamlığının qorunmasına yalnız bədən tərbiyəsi və idmanın təbliğ edilməsi ilə deyil, həm də maarifləndirmə işinin təkmilləşdirilməsi ilə nail olmaq olar. Bu gün narkomaniya gənclərimiz üçün bir bəlaya çevrilmişdir. Rəsmi statistikaya görə, bu gün ölkədə 40 minə yaxın narkotik istifadəçisi var ki, onların da əksəriyyəti gənclərdir. Qeyri-rəsmi statistika isə fərqli rəqəmlər səsləndirir.
Əlbəttə kütləvi hal almış bu bəlanın qarşısını almaq çox çətindir. Amma mümkündür. Bu sahədə maarifləndirmə işini genişləndirməli və təkmilləşdirməliyik. Təhsil müəssisələrində mütəmadi olaraq həkim və mütəxəssislərlə məsləhət saatları təşkil olunmalıdır. Narkomaniyaya qarşı mübarizə yalnız xəbər formatlı televiziya proqramlarında bu mövzuda kriminal xəbərlər təqdim etməklə məhdudlaşmamalıdır. Dövlət qurumları, vətəndaş cəmiyyəti təmsilçiləri daha təsirli üsullardan istifadə etməli, maarifləndirmə işini daha məzmunlu və mənalı təşkil etməlidirlər.
Əziz seçicilər, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın “1Həyati+50 Vacib MƏSƏLƏ” adlı seçki platformasında xüsusi yer alan Gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənc ailələrə dövlət yardımının göstərilməsidir. Dünyanın inkişaf etmiş bir çox ölkələrində ailə institutunun böhranla üzləşdiyi, onun mövcudluğunun təhlükə altına düşdüyü hər birimizə məlumdur. Xalqımızın milli-mənəvi dəyərlərinin mənbəyi, dövlətimizin sarsılmaz dirəyi olan ailəyə daim diqqət və qayğı ilə yanaşmalı, xüsusilə də gənc ailələrin problemlərinin həllində yardımçı olmalıyıq.
Hesab edirik ki, gənc ailələrə ilkin mərhələdə mütləq qaydada dövlət tərəfindən maddi yardım göstərilməli, onlara bir müddət güzəştli vergi sistemi tətbiq edilməli, işləyən gənc anaların əmək haqqına övladları 6 yaşına çatanadək sosial yardım əlavə edilməli, onların gündəlik iş saatı 6 saat, həftəlik iş günü 4 gün olmalıdır. Gənc analar övladlarını müşayiət edərkən nəqliyyatdan pulsuz istifadə etmək hüququna malik olmalıdırlar. Özəl tibb müəssisələrində 3 yaşına kimi körpələrə pulsuz tibbi xidmət təşkil olunmalıdır. Yalnız bu halda gənc ailə öz üzərində dövlətin sosial yardımını hiss etmiş olar.
Gənclər siyasətinin digər bir istiqaməti də gənclərin məşğulluğunun təmin edilməsi, biznes fəaliyyətinin təşkilinə, kiçik və orta sahibkarlığa cəlb edilməsinə, karyera quruculuğuna dəstək göstərilməsidir. Təhsil müəssisələrini bitirmiş gənclər bir çox hallarda işsiz qalır və ya ixtisaslarına uyğun olmayan işlə məşğul olmaq məcburiyyətində olurlar. Məsələyə köklü şəkildə yanaşmanı vacib hesab edirik və düşünürük ki, gənclərin işlə təmin olunmasında proqnozlaşdırma və planlaşdırma kimi amillərə mütləq qaydada üstünlük verilməlidir.
Hörmətli seçicilər, sizi fevralın 7-də keçiriləcək prezident seçkilərində Fazil Mustafaya səs verməyə dəvət edirəm.
5-02-2024, 20:00
Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı


Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.
"Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. "Bir millət, iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq", - paylaşımda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!