Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi .....                        Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər .....                        Ceyhun Bayramov Fidana zəng etdi .....                        Ərdoğan Kobaxidze ilə danışıqlar apardı .....                        Türkiyədə helikopter qəzaya uğradı .....                        Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər .....                        Ermənistan anklavları Azərbaycana təhvil verir? .....                        Abşeron kanalında balıqlar tələf oldu .....                        Suraxanıda bina yandı - ÖLƏN VAR .....                       
31-03-2024, 09:16
Xocalıda qalıqları tapılan 7 nəfərlə vida mərasimi keçirildi - FOTO


Xocalıda qalıqları tapılan 7 nəfərlə vida mərasimi keçirildi - FOTO

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib. Mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutur. Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək. Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;


2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;


3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;


4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;


6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;


7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.






31-03-2024, 08:04
Ermənistan sərhədə qoşun toplayır - Bakıdan xəbərdarlıq


Ermənistan sərhədə qoşun toplayır - Bakıdan xəbərdarlıq

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
"Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir", - açıqlamada bildirilir.
31-03-2024, 00:20
31 Mart soyqırımından 106 il ötür


31 Mart soyqırımından 106 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
30-03-2024, 21:33
Bütün taksilər ağ və qırmızı rəngli olacaq? - AÇIQLAMA


Bütün taksilər ağ və qırmızı rəngli olacaq? - AÇIQLAMA

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapmış taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib.
Bunu REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"Ağ rəng neytraldır. Qırmızı rəng isə alternativ rəng kimi verilib. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Baku Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə sarını satmaq kifayət qədər çətindir”,- deyə o qeyd edib.
"Yaşı 15 ildən aşağı olan avtomobil iyulun 1-ə qədər qeydiyyatdan keçirsə və AYNA-dan buraxılış vəsiqəsi alsa, bu tarixdən sonra rəng tələbi avtomobilə tətbiq edilməyəcək", - deyə A.Rzayev əlavə edib.
30-03-2024, 20:16
Gəncəyə dolu düşüb


Gəncəyə dolu düşdü

Gəncəyə dolu yağıb.
Bu gün saat 18:00 radələrində yağan güclü yağışdan sonra şəhərə dolu düşüb. Təxminən 5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
30-03-2024, 19:51
İsmayıllıda yol çökdü - FOTO


İsmayıllıda yol çökdü - FOTO

İsmayıllı-Lahıc avtomobil yolunda, Girdiman çayı üzərində olan körpünün torpaq qatına birləşən nöqtəsində çökmələr baş verib. Nəticədə iki zolaqlı yolun bir zolağının çiyin və torpaq yatağı, həmçinin asfalt qatı sürüşməyə məruz qalıb.
Bu səbəbdən avtomobillərin gediş gəlişində müəyyən çətinliklər yaranıb. Hazırda yolun hərəkət hissəsinin bir zolağı ilə minik avtomobilləri keçid etsələr də yük və digər ağır texnikaların körpüdən hərəkəti məhdudlaşdırlıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, yolda sürüşməyə səbəb son günlər yağan yağışlardan sonra çaylarda suyun artması və gələn sel sularının yolun bir hissəsini yuması olub. “Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Əraziyə canlı qüvvə və ağır texnika cəlb edilib. Ən qısa zamanda ortaya çıxan çətinlik aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək.



30-03-2024, 19:22
Yeni nazirdən icra məmurlarına tapşırıqlar


Yeni nazirdən icra məmurlarına tapşırıqlar

Ədliyyə Nazirliyində icra xidmətinin yerli qurumlarının rəhbərləri ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının əhəmiyyətini qeyd edib, icra işinin yeni tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülən tədbirlər, o cümlədən icra məmurlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər barədə məlumat verib.
Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə rəqəmsal innovasiyaların, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, onun yeni versiyasının hazırlandığı bildirilib.
İclasda icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, onlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi və s. ilə bağlı konkret tapşırıqlar verilib.
30-03-2024, 18:27
Türk Dövlətləri Təşkilatı 31 Martla bağlı paylaşım etdi


Türk Dövlətləri Təşkilatı 31 Martla bağlı paylaşım etdi

Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib.
TDT-nin soyqırımının 106-cı ildönümü ilə əlaqədar paylaşdığı mətndə qeyd olunub:
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”.
30-03-2024, 17:54
Cüdomuz “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazandı


Cüdomuz “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb.
73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda türkiyəli Umalt Dəmirəli məğlub edib. Onun həlledici görüşdəki rəqibi moldovalı Adil Osmanov olacaq.
73 kiloqramda çıxış edən digər cüdoçu Vüsal Qələndərzadə kiprli Kiprianos Andreuya, 81 kiloqramda yarışan Ömər Rəcəbli isə portuqaliyalı Joau Fernanduya məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.
30-03-2024, 17:40
Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayı artırılacaq


Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayı artırılacaq

Azərbaycanın ictimai nəqliyyatında avtobusların sayının artırılması hədəflənir.
Bunu REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"İctimai nəqliyyatda dəyişikliklər olacaq. Ölkəyə elektrik mühərrikli avtobuslar gətirilib. Marşrutlarda avtobusların yerlərini dəyişdirməklə biz avtobusların yüklülüyün azalmasına nail olmuşuq. Hazırda avtobusların daxilində yer var. Bakının yeni marşrut şəbəkəsi hazırdır. Biz onu rəqəmsal əkizə ötürmüşük. Marşrut xətlərinin sayı azalacaq, marşrutlarda avtobusların sayı artacaq. Bir-birini təkrarlayan marşrutlar dəyişdiriləcək. Məqsəd odur ki, fərdi nəqliyyat vasitələrindən avtobuslara keçid olsun və sıxlıq azalsın. Bakının avtomobillərdən daha çox piyada yönümlü olması üçün addımlar atılır", - deyə o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!