İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 12-04-2019, 11:57
Serbiyada Azərbaycan diplomatiyasına görə 100 ağac əkildi

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı aprelin 12-də ölkəmizin Serbiyadakı səfirliyinin təşkilatçılığı, Belqrad şəhər meriyasının və “Zelenilo” yaşıllaşdırma idarəsinin dəstəyi ilə “Taşmaydan” parkı və Səfirliyin həyətyani ərazisində rəmzi olaraq 100 ədəd xatirə ağacı əkilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar, yerli KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə səfirliyin müşaviri Mahir Cəfərov bu il iyulun 9-da Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını bildirib, Azərbaycan Xalq Cümhuriyyəti, o cümlədən diplomatiyamızın tarixi haqqında məlumat verib.
Çıxışında M.Cəfərov 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müstəqil dövlət kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq fəal xarici siyasət həyata keçirdiyini söyləyib.
Müşavir ümummilli lider Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olan müasir Azərbaycan dövlətçiliyinin əsaslarının Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqəli olduğunu vurğulayıb.
Daha sonra Taşmaydan parkının tarixi haqda məlumat verən müşavir, bildirib ki, iki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olub. Osmanlılar dövründə Belqradda inşa olunmuş qala və divarlar bu karxanadan çıxarılan daşlardan tikilib. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunublar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülüb və burada yaşıllıqlar salınıb. Hal hazırda 8 hektar ərazini əhatə edən bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.
Tədbir iştirakçıları belə tədbirin keçirilməsindən məmnunluqlarını ifadə etmiş və iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrindən bəhs etmişlər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!