İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 28-01-2020, 09:16
23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xaqan Rzanın "Butov.az"a müsahibəsi

- Əvvəlcə Xaqan Rzanı tanıyaq...

- Mən Rza Xaqan Fuad oğlu Bakı şəhərində anadan olmuşam. 44 saylı orta məktəbi bitirib Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam. Hərbi xidməti başa vurduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi vəzifəsində işləməyə başlamışam. Hazırda da həmin vəzifədə işləyirəm.

- Maraqlıdır, seçki platformanızda hansı məsələlər əks olunub?

- Bizim məhəlləmizdə ən böyük problem evləri söküləndə tikinti şirkətlərinin insanlara qarşı etdiyi ədalətsizliklərdir. Sakinlərə evlərinin qarşılığında bəzi hallarda elə məbləğ ödəyirlər ki, onlar o pula heç əvvəlki evinin sahəsi qədər də mənzil ala bilmir. Çox insan evlərindən narazı şəkildə yola salınıb. Belə halların az olmadığı bəllidir. Bu problemi mən özüm də 4-cü kərpic döngəsində yaşayarkən görmüşəm. Bizim əsas vədimiz də bu istiqamətdədir.

- Hansısa siyasi partiyanın üzvüsünüz?

- 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasından bitərəf kimi özüm öz namizədliyimi irəli sürmüşəm. Heç bir siyasi partiyanın üzvü deyiləm.

- Hazırda seçicilər arasında təbliğat-təşviqat kampaniyası davam edir. Siz bu kampaniyanı hansı üsullarla aparırsınız?

- Təbliğat-təşviqat kampaniyası dairənin əhatə etdiyi küçələrdə hər bir məhəllə sakinləri ilə fərdi şəkildə görüş formasında davam edir. Sakinlərlə görüşür, problemlərini dinləyir, onları daha yaxından tanımağa çalışıram.

- Seçicilərlə görüşürsünüz. Onların əsas problemləri nədir?

- Dairənin sakinlərinin problemləri müxtəlifdir. Ancaq ən böyük problemləri kiçik sahəli həyət evlərindədir. Burada bir çox ev qəzalı vəziyyətdədir. Yaşamaq üçün əlverişsizdir. İnsanların evləri yaxşı isidilmir, çünki hazırda onların istilik problemləri var. Qışda belə çətinliklərin yaratdığı fəsadları nəzərə alsaq, bunun nə demək olduğu aydın olar.

Bir çox ailənin işıq, su və digər sosial problemləri var. Bu insanlar illərdir evlərinin sökülməsini gözləyirdi ki, söküntü başlasın və yeni şəraitli evlə təmin olunsunlar.

- Şüarınız maraqlıdır. Sizcə, məhəlləniz öz məhəllə adamını qalib edə biləcək?

- Ən əsası odur ki, insanlar inanır və ümid edirlər. Düzdür, ətrafımda məni dəstəkləyən insanlar çoxdur. Ancaq namizəd tək mən deyiləm. Hər namizədin öz seçici auditoriyası var. Ümid edək ki, deputat olmaq istəyən digər namizədlərin də niyyəti sakinlərin problemlərinə əlac olmaqdır. Məqsəd kiminsə deputat seçilməyi olmamalıdır. Məqsəd deputat seçilərək məhəllə insanlarının problemlərini araşdırıb onları həll etmək olmalıdır. Mən əminəm və seçicilərimlə görüşərkən bu əminlik məndə daha da güclənir ki, məhəllə adamları kənardan gəlib onların dairəsinin deputatı olan insanlardan bezib. Əminliklə deyə bilərəm ki, məhəllə adamlarının əksəriyyəti mənə səs verəcək. Bunu mən yox, məhəllə sakinləri deyir.

Hesab edirəm ki, bu məhəllədə böyümüş və yaşayan insan məhəllə problemlərini daha yaxşı bilir. Bu məhəllənin problemlərini kənardan gələn deyil, məhz bu məhəllədə yaşayan insan həll edəcək.

Bu məhəllədə yaşayan bir insan kimi sakinlərimizi öz Məhəllə adamına SƏS verməyə çağırıram.

Azadə Yolçu


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!