Daha bir marşrut xəttinin avtobusları yeniləndi .....                        36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək .....                        Mişustin və Əli Əsədov telefonla danışdı .....                        Bakıda kafedə partlayış - 3 nəfər YARALANDI .....                        Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA .....                        İlqar Hacıyevin istintaqı başa çatdı .....                        Təbiətə 36 min manatdan çox ziyan dəyib .....                        Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imiş .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 12-03-2021, 14:35
Aİ-nin xüsusi nümayəndəsi Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Butov.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistanla Azərbaycan arasında 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsi, habelə postmüharibə dövründə insan hüquqları ilə bağlı vəziyyətə dair müzakirələr aparılıb. Nümayəndə heyətinin üzvlərinin Ombudsmanın müharibə dövründə və müharibədən sonrakı dövrdə insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə çoxsaylı sualları cavablandırılıb.
Ombudsman Səbinə Əliyeva müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması faktlarına toxunub, bununla əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən Avropa İttifaqına ünvanlanmış bəyanat, müraciət, açıq məktub və hesabatlardan söz açıb. Səbinə Əliyeva Naftalan, Tərtər, Gəncə, Bərdədə qadağan olunmuş silahlardan istifadə edilməklə mülki şəxslərin hədəfə alındığı yaşayış məntəqələrində faktaraşdırıcı missiya səfərləri və toplanmış sübutlar əsasında hazırlanmış hesabatlar barədə qonaqlara ətraflı məlumat verib. Ombudsman 44 günlük müharibə zamanı Ermənistanın hücumları nəticəsində həlak olmuş uşaqlar, həmçinin Ermənistan tərəfinin Azərbaycanın hərbi əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı da hesabatlar hazırlandığını nəzərə çatdırıb.
Ombudsman Ermənistan tərəfindən işğal dövründə minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi, nəticədə mülki şəxslərin minaya düşərək həlak olması və yaralanması ilə bağlı faktları qonaqların diqqətinə çatdırıb, Avropa İttifaqını bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb. O, müharibə bitdikdən sonra məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının qarşısını alan bu halın ciddi narahatlıq doğurduğunu qeyd edib.
T.Klaar qəbula görə təşəkkür edib, Ombudsman təsisatının fəaliyyətini yüksək qiymələndirərək, gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da iştirak edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!