Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 20-04-2022, 10:38
Azərbaycan və Estoniya XİN başçıları məktublaşıb
Azərbaycan Respublikası və Estoniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets arasında məktub mübadiləsi baş tutub.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Nazir Ceyhun Bayramov məktubunda iki ölkə arasında əlaqələrin ötən 30 il müddətində davamlı şəkildə inkişaf etdiyini bildirərək, qarşılıqlı yüksək səviyyəli səfərlərin, eləcə də ölkələrimiz arasında geniş hüquq-müqavilə bazasının mövcudluğunun Azərbaycan və Estoniya arasında münasibətlərin müxtəlif sahələrdə möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Nazir, Azərbaycan - Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi gündəliyin müzakirə olunması üçün mühüm platforma olduğunu bildirib.

Məktubda, həmçinin ənənəvi dostluq və qarşılıqlı anlaşma kimi möhkəm təməli olan və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin qarşıdan gələn illərdə daha da inkişaf edəcəyinə dair inam ifadə olunub.

Öz növbəsində, nazir Eva-Mariya Liimets ölkələrimiz arasında əməkdaşlığın son 30 ildə inkişaf etdiyini bildirərək, ali təhsil və informasiya texnologiyaları sahələrində əməkdaşlıqda əldə olunmuş nailiyyətləri xüsusilə vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda gücləndirilmiş təhlükəsizlik və daha geniş regional əməkdaşlığa yönəlmiş səylərinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən nazir, Estoniyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Nazir, ikitərəfli gündəlikdə olan bütün başlıca məsələlər üzrə əməkdaşlığın daha da irəli gedəcəyinə dair inam ifadə edib.

Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!