Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 1-10-2015, 14:02
BMT tribunasına çıxan gerçəklər


Butov.az Milli.az-a istinadən xəbər verir ki, başa çatmaq üzrə olan həftəni, dolayısı ilə, 3-cü dünya müharibəsinin rəsmən elan edildiyi təqvim kimi də qiymətləndirə bilərik. Həftə içində BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yubiley toplantısı dünya liderlərini bir stol ətrafına toplayıb münaqişələri çözmək məqsədi güdürdüsə də, əks effekt alındı. ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putinin 28 sentyabrda BMT tribunasından səslənən nitqləri dünyanın mövcud durumuna, münaqişələrə ikili baxışın mövcud olduğunu, bu baxışların eyni istiqamətdə deyil, əks qütblərə yönəldiyini göstərdi. Barak Obamanın nitqindən aydınlaşır ki, ABŞ "demokratiya, insan haqlarının müdafiəsi", "terrora qarşı mübarizə" adı altında 2001-ci ildən başlayaraq açıq şəkildə yürütdüyü işğal, xaos planlarını durdurmaq niyyətində deyil. Əksinə, bu prosesi növbəti 10 il müddətində daha sərt, daha faciəvi şəkilə salmaqda iddialıdır. Əfqanstan, İraq, Suriya, Liviya, Misir və sair kimi ölkələrdə milyonlarla insanın qətli bahasına yürüdülən ABŞ siyasətinin qarşıdakı dönəmdə daha geniş coğrafiyanı əhati edəcəyinin, Obamanın təbirincə, "dost ölkələrə" də yayılacağının anonsu verildi. Anlaşılan budur ki, artıq ABŞ dünya dövlətlərini "dostlarının hakimiyyətə gətirilməsi", "maraqlarının müdafiəçisi olan QHT, Media şəbəkəsinin qurulması ilə bu dövlətlərin təzyiq altında saxlanılması" kimi nisbətən normal, müasir vasitələrlə idarə etmək taktikasından imtina edir. İndi o, xaos, parçalanma, işğal kimi klassik variantlara üstünlük verməklə, dünya dövlətlərini ətalətə sürükləmək, diktə etdiyi bütün istəklərinin qeyd-şərtsiz qəbul olunması həddinə çatdırmaq niyyətindədir.

Rusiya prezidenti isə ABŞ planlarına "dur" deyə biləcək bir güc mərkəzinin formalaşmaq üzrə olduğunu anons etdi. Vladimir Putinin çıxışı, ABŞ planları haqqında bilinən, amma eyhamlarla danışılan fikirlərin açıq tekstlə, ölkənin birinci şəxsinin üzünə deyilməsi ilə yadda qaldı. "Xaricdən idxal olunan standart "demokratiya paketləri" nəticəsində şərq ölkələrində yaranan faciəvi duruma diqqət çəkən Putin, belə davranışların onun ölkəsinə çatmaması üçün ciddi addımlar atacaqlarını bildirdi. Onun dediklərinin reallığa çevrilməsi isə çox yubanmayıb. Rusiya parlamenti ölkənin silahlı qüvvələrindən xarici əməliyyatlarda istifadə olunmasına razılıq verən qərar çıxarıb. 2 gün sonra, 30 sentyabrda isə dünya mediasının xəbər gündəmini Rusiya qırıcılarının Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara dair informasiyalar tutdu. Rusiya Suriya ərazisində olan hərbçilərinin İŞİD-ə qarşı vuruşacağını bəyan etsə də, keçirilən əməliyyatların ABŞ-a qarşı olduğu heç kimdə şübhə doğurmur. O baxımdan ki, beynəlxalq ekspertlər İŞİD, Əl-Qaidə və digər qlobal terror təşkilatlarının ortaya çıxması ilə ABŞ-ın "antiterror əməliyyatları" arasında əlaqələr olmasına dair rəy yaradırlar. Bir zamanlar ehtimal formasında irəli sürülən, qlobal terror şəbəkələrinin ABŞ tərəfindən ya məqsədli şəkildə yaradıldığı, ya da ən azı ABŞ-ın bu şəbəkələrin fəaliyyətindən öz maraqlarına uyğun formada faydalandığını ehtiva edən iddialar, indi artıq aksioma çevrilir. Bununla da, Rusiyanın İŞİD-ə qarşı müharibəsi, dolayısı ilə ABŞ tərəfindən idarə edilən "xaos proqramına" qarşı mübarizə kimi dəyərləndirilir.

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yubiley toplantısında cərəyan edən mürəkkəb proseslərin gündəmə verdiyi fərqli bir mövzu da var. Belə ki, ABŞ prezidentinin 28 sentyabr nitqində səslənən tezislərlə Avropada fəaliyyət göstərən bəzi QHT-lərin, o cümlədən Avropa Dövlətlərarası təşkilatların açıqlamaları, rəyləri arasında bir uyğunluq olduğu aydınlaşır. Paralellər aparmaqla isbatlamaq mümkündür ki, uzun illər boyu ABŞ və Avropanın müştərək QHT, KİV şəbəkələri tərəfindən hədəf seçilən ölkələr barədə səslənən tezislər, verilən rəylər heç bir dəyişiklik edilmədən, Obamanın BMT tribunasından səsləndirdiyi nitqində təkrarlanır. Amma Obama nitqində nə Avropaya, nə də onun QHT-lərinə istinad etmir, açıqladığı tezisləri ABŞ-ın dünyaya baxışı, uzun illər mövcud olmuş fəaliyyət proqramı kimi təqdim edir. Əgər verilən ideyaların, qurulan planların, həyata keçirilən fəaliyyətlərin müəllifi, bir sözlə meydanın oyunçusu ABŞ-dırsa, onda Avropanın rolu nədir? Avropa oyunçu, yoxsa xidmətçidir? Fransanın "Le Nouvel Observateur" qəzetində bu suala cavab axtarılması, artıq mövzunun kifayət qədər aktuallıq qazandığına işarə edir. Avropa Parlamentinin 10 sentyabrda Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə toxunan müəllif ölkəmizə qarşı sərgilənən münasibəti məntiqsiz davranış kimi təqdim edir. Azərbaycan kimi zəruri tərəfdaşı özündən uzaqlaşdıran Avropanı məntiqsiz davranışda ittiham edən "Le Nouvel Observateur" bu cür addımların kənar güclərin diqtəsilə atılmasını istisna etmir.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!