“İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan .....                        Təcridxanaya aparılan yeməyin içindən heroin çıxdı .....                        Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi .....                        "EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                       
Tarix : 12-04-2017, 19:42
Aydın Əliyev GUAM-ın baş katibi ilə görüşdü

Aprelin 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.

Butov.az xəbər verir ki, Komitədən Axar.az-a verilən məlumata görə, sədr Aydın Əliyev Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib və əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır.

A.Əliyev indiyədək Bakı şəhərində GUAM çərçivəsində bir çox tədbirlərin keçirildiyini, həmçinin təşkilatın Ticarət və Nəqletməyə Yardım layihəsinin gömrük və sərhəd sahəsində bir sıra planların gerçəkləşdirilməsində, onların fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsində region üçün etibarlı platforma kimi çıxış etdiyini vurğulayıb.

GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycanın GUAM üzvü olan dövlətlər arasında bütün sahələrdə, eləcə də gömrük sahəsində əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. Ticarət və Nəqletməyə Yardım layihəsinin üzv ölkələr qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən baş katib vurğulayıb ki, sözügedən layihə üzrə məsələlərin həlli müvafiq orqanlar arasında əlaqələri möhkəmləndirib, bu əlaqələr istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə töhfəsini əsirgəməyib.

Görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin perspektiv inkişafı müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!