Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
Tarix : 19-11-2018, 12:07
Paytaxtın iki rayonunda iməcilik keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paytaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları, istirahət parkları salınır. Bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında iməciliklər keçirilir. Növbəti iməcilik Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməcilikdə hər iki rayonun rəhbərliyinin, ictimaiyyətin, idarələrin və təşkilatların nümayəndələrinin, təsərrüfat xidmətlərinin, gənclərin iştirak ediblər. İməcilik Səbail rayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib.
İməcliklərdə zamanı ərazində təmizlik işləri görülüb, mövcud ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağaclarin damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib, köhnələri isə təftiş olunub.
Hər iki rayonda keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd yeni zeytun və badam ağacları əkilib, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanılıb.
Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub.
Mövsüm ərzində Bakı şəhərində ərazilərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıq işləri ilə bağlı iməcliklər davam etdiriləcək.
Paytaxtın iki rayonunda iməcilik keçirilib
Paytaxtın iki rayonunda iməcilik keçirilib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!