İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 1-03-2019, 12:17
Əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı təlimlər keçirilib

Əhalinin siyahıyaalınmasına hazırlıq işləri çərçivəsində təlimlər təşkil olunub.
Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevralın 20-22-də, eləcə də fevralın 27-dən martın 1-dək komitədə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarına əsasən, hazırlanmış “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı”na uyğun olaraq oktyabrın 1-10-də ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı təlimlər keçirilib.
Yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələrinin qatıldığı təlimlərdə iştirakçılara əyani vasitələrdən istifadə olunmaqla təqdimatlar edilib, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun, Siyahıyaalma qrupunun rəhbəri Azad Abasəliyevin və komitənin əhali statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibovun çıxışları dinlənilib.
Təlim proqramı Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarını, siyahıyaalma və sorğu vərəqələrinin doldurulmasına dair göstərişləri, yerli statistika orqanlarının rəislərinin və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonu üzrə nümayəndələrinin, siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların əhalinin siyahıyaalınması ilə bağlı vəzifələrini və fəaliyyət istiqamətlərini, əhalinin siyahıyaalınması ilə bağlı ümumilikdə 27 metodoloji və digər sənədlərin izahlı təqdimatını əhatə edir. İştirakçılara siyahıyaalma və sorğu vərəqələrinin, siyahıyaalma zamanı istifadə edilən digər sənədlərin onların doldurulmasına dair göstərişlərə uyğun olaraq izahları verilib, təlim iştirakçıları həmin sənədləri nümunə üçün tərtib ediblər.
Təlimin əsas məqsədlərindən biri də mənimsənilmiş proqram əsasında inzibati ərazi vahidi üzrə təşkilati planın “Siyahıyaalma məntəqələri üzrə işçilərin təlimatlandırılması planı”na uyğun olaraq müəyyən edilmiş tarixlərdə yerli statistika orqanlarının rəisləri və siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonları üzrə nümayəndələri tərəfindən siyahıyaalmaya cəlb ediləcək işçilərin, yəni siyahıyaalma məntəqələrinin müdirlərinin və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların təlimatlandırılmasının təmin olunmasıdır.
Təlimdə əhatə olunan mövzulara dair geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!