Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
Tarix : 25-10-2019, 13:42
Cocuq Mərcanlı sakinlərinə pulsuz gübrə və toxum paylanılıb

Oktyabrın 24-də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və “Moran Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə media-tur təşkil olunub.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, media-turu təşkil etməkdə məqsəd, əkinçiliklə məşğul kənd sakinlərinə mineral gübrələrin və sertifikalı toxum məhsullarının pulsuz paylanılmasını yaxından izləməkdir.
Media nümayəndələrinin iştirakı ilə baş tutan görüş çərçivəsində kənd sakinlərinə 13,6 ton mineral gübrə və 10 ton sertifikatlı toxum paylanılıb.
Mineral gübrələr və toxum məhsulları kənd sakinlərinə paylanıldıqdan sonra mətbuat nümayəndələri yerli fermerlər tərəfindən yetişdirilən pambıq sahələrinə baxış keçiriblər. Baxış zaman jurnalistlərin pambıqçılıq sahəsində fəaliyyət göstərən qabaqcıl fermerlərlə görüşü keçirilib və fermerlər onların pambıqçılıqla bağlı çoxsaylı suallarını cavablandırıblar.
Görüşdən sonra jurnalistlər qəsəbə ərazisində gəzintidə olmuş, sakinlərin yaşam tərzi ilə tanış olublar. Mineral gübrələrin və sertifikalı toxumun pulsuz paylanılması və media nümayəndələri ilə baş tutan görüş qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, sentyabr ayının 10-dan etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. “Aqrolizinq” ASC və “Moran Aqro” MMC-nin birgə təşəbbüsü ilə baş tutan görüşün bir məqsədi də Cocuq Mərcanlı kənd sakinlərinin də səyyar satışdan yararlanmalarını təmin etməkdir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!